A A A A A

Buen Personaje: [Aceptación]


1 Corintios 5:11-13
[11] Mas ahora os he escrito, que no os envolváis, es á saber, que si alguno llamándose hermano fuere fornicario, ó avaro, ó idólatra, ó maldiciente, ó borracho, ó ladrón, con el tal ni aun comáis.[12] Porque ¿qué me va á mí en juzgar á los que están fuera? ¿No juzgáis vosotros á los que están dentro?[13] Porque á los que están fuera, Dios juzgará: quitad pues á ese malo de entre vosotros.

1 Juan 1:9
Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.

1 Pedro 3:8-9
[8] Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız.[9] Çünki:«Kim həyatdan kam almaq,Xoş gün görmək istəyirsə,Qoy dilini şərdən,Ağzını hiylə danışmaqdan qorusun,

Juan 3:16
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.

Proverbios 13:20
Hikmətli ilə oturub-duran hikmət qazanar,Axmaqlarla ayaqlaşan bədbəxt olar.

Romanos 2:11
Çünki Allah insanlar arasında tərəfkeşlik etməz.

Romanos 5:8
Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.

Romanos 8:31
Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?

Romanos 14:1-2
[1] İmanı zəif olanı qəbul edin, amma onun fikirləri ilə mübahisəyə girişməyin.[2] Biri inanır ki, hər şeyi yeyə bilər, amma imanı zəif olan yalnız tərəvəz yeyir.

Hebreos 10:24-25
[24] Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək.[25] Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq.

Juan 6:35-37
[35] İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.[36] Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz.[37] Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram.

Colosenses 3:12-14
[12] Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün.[13] Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.[14] Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün.

Mateo 5:38-42
[38] “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.[39] Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.[40] Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver.[41] Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.[42] Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.

Mateo 25:34-40
[34] O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın.[35] Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz;[36] çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”.[37] Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik?[38] Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik?[39] Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?”[40] Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.

Romanos 15:1-7
[1] Biz imanı güclü olanlar imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq.[2] Hər birimiz yaxşılıq naminə inkişaf etdirmək məqsədi ilə qonşumuzu razı salaq.[3] Çünki Məsih də Özünü razı salmadı. Necə ki yazılıb: «Səni təhqir edənlərin təhqirləri altında qaldım».[4] Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun.[5] Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki,[6] hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz.[7] Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin.

Romanos 14:10-19
[10] Bəs sən nə üçün qardaşını mühakimə edirsən? Yaxud nə üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq.[11] Çünki yazılıb:«Rəbb deyir:Varlığıma and içdim,Hər diz önümdə çökəcək,Hər dil Allah olduğumu bildirəcək».[12] Beləcə hər birimiz özü üçün Allaha hesabat verəcək.[13] Buna görə də daha bir-birimizi mühakimə etməyək, əksinə, qərara alın ki, heç bir qardaşın önünə onu büdrədən yaxud pis yola çəkən bir şey qoymayasınız.[14] Rəbb İsada olaraq əminəm ki, heç bir şey özlüyündə murdar deyil. Amma nəyisə murdar sayan adam üçün o şey murdardır.[15] Əgər sənin qardaşın yediyin bir şeydən ötrü kədərlənirsə, onda sən məhəbbətə görə həyat sürmürsən. Uğrunda Məsihin öldüyü adamı öz yeməyinə görə həlaka təslim etmə.[16] İmkan verməyin ki, sizin yaxşı hesab etdiyiniz bir şey pislənsin.[17] Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.[18] Kim beləcə Məsihə qulluq edirsə, Allahı razı salır və insanların da rəğbətini qazanır.[19] Beləliklə, özümüzü sülh gətirən və bir-birimizi inkişaf etdirən işlərə həsr edək.

Azerbaijan Bible 1878
Public Domain: 1878