A A A A A

Günahlar: [Zina]


1 Korinflilərə 6:18
Cinsi əxlaqsızlıqdan uzaqlaşın. İnsanın etdiyi bütün digər günahlar bədəndən kənardadır, amma əxlaqsızlıq edən öz bədəninə qarşı günah edir.

Çıkış 20:14
Zina etmə.

İbranilərə 13:4
Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək.

Yaqubun 4:17
Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir.

Yeremya 13:27
Çöldəki təpələr üzərindəGördüyün iyrənc işləri,Zinakarlığını, şəhvətlə kişnəməyini,Həyasız əxlaqsızlığını gördüm.Vay halına, ey Yerusəlim!Sən nə vaxta qədərTəmizlənə bilməyəcəksən?»

1 Yəhyanın 1:9
Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.

Luka 16:18
Arvadını boşayıb başqası ilə evlənən hər kəs zina edir. Ərindən boşanmış qadınla evlənən də zina edir.

Matta 19:9
Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa, hər hansı bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənən kəs zina edir».

Süleymanın Məsəlləri 6:32
Qadınla zina edən qanmazdır,Özünü məhv etmək istəyən belə edər.

Romalılara 7:2-3
[2] Məsələn, ərli qadın qanunla ərinə o vaxtacan bağlıdır ki, əri sağdır; amma əri öldükdə qadın nikah qanunundan azad olur.[3] Buna görə də əgər qadın əri sağ ikən başqa bir kişiyə ərə gedirsə, zinakar sayılır. Amma əri ölsə, qadın qanundan azad olur və başqa bir kişiyə ərə getdikdə zinakar olmur.

Mark 10:11-12
[11] İsa onlara belə cavab verdi: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir.[12] Ərindən boşanıb başqasına gedən qadın da zina edir».

Matta 5:27-32
[27] “Zina etmə” deyildiyini eşitmisiniz.[28] Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur.[29] Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır.[30] Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.[31] “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir.[32] Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.

1 Korinflilərə 6:9-16
[9] Məgər bilmirsiniz ki, haqsızlıq edənlər Allahın Padşahlığını irs olaraq almayacaq? Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər,[10] oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq.[11] Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.[12] «Mənim üçün hər şeyə icazə var» deyirsiniz, lakin hər şey xeyir vermir. Mən də «hər şeyə icazə var» deyə bilərəm, amma özümü heç bir şeyə tabe etməyəcəyəm.[13] «Yemək qarın üçün, qarın da yemək üçündür» deyirsiniz, amma Allah həm qarını, həm də yeməyi yox edəcək. İnsan bədəni də əxlaqsızlıq üçün deyil, Rəbb üçündür. Rəbb də bədən üçündür.[14] Rəbbi dirildən Allah Öz qüdrəti ilə bizi də dirildəcək.[15] Bilmirsiniz ki, bədənləriniz Məsihin üzvləridir? İndi Məsihin üzvlərini götürüb bir fahişənin üzvləri edimmi? Əsla![16] Bilmirsiniz ki, fahişə ilə birləşən onunla bir bədən olur? Çünki deyilmişdir: «İkisi bir bədən olacaq».

Luka 18:18-20
[18] Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?»[19] İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.[20] Onun əmrlərini bilirsən: “Zina etmə. Qətl etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”».

1 Saloniklilərə 4:3-5
[3] Çünki Allahın iradəsinə görə müqəddəslik yolunuz belədir: cinsi əxlaqsızlıqdan qaçın,[4] hər biriniz Allahı tanımayan bütpərəstlər kimi şəhvət və ehtirasla deyil, müqəddəslik və hörmətlə arvad almağı öyrənin,[5] heç kim haqsızlıq edib bacı-qardaşını istismar etməsin. Çünki əvvəlcə sizə dediyimiz və xəbərdarlıq etdiyimiz kimi, Rəbb bütün bunlara görə qisas alacaq.

Mark 7:20-23
[20] Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik,[21] zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar.[22] Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir».[23] İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi.

Matta 15:17-20
[17] Başa düşmürsünüz ki, ağıza girən hər şey qarına gedir və ifraz olunur?[18] Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər.[19] Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.[20] İnsanı murdar edən şeylər bunlardır. Yuyulmamış əllərlə yemək isə insanı murdar etməz».

Süleymanın Məsəlləri 5:18-23
[18] Qoy çeşmən bərəkətli olsun,Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa![19] Sevimli maralın, gözəl ceyranınHəmişə səni öz döşləri ilə doydursun,Onun eşqi ilə məst ol.[20] Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan,Yad arvadı qoynuna almalısan?[21] İnsanların yolları Rəbbin gözü qarşısındadır,Onların hər addımlarını yoxlayır.[22] Şər insan öz təqsirlərinə görə tutular,Günahının kəməndinə dolanar.[23] Tərbiyəsizliyi üzündən həlak olar,Hədsiz səfehliyi üzündən azar.

Yəhya 8:4-11
[4] İsaya dedilər: «Müəllim, bu qadın zina edərkən əməlində yaxalandı.[5] Qanunda Musa bizə əmr edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?»[6] Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı.[7] Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: «Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın».[8] Sonra yenə əyilib yerə yazı yazdı.[9] Bu sözləri eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar. İsanı tək qoydular, qadın da ortada idi.[10] İsa dikəlib ona dedi: «Qadın, onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?»[11] Qadın «heç kim, Ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə».

Süleymanın Məsəlləri 6:20-35
[20] Oğlum, atanın əmrini yerinə yetir,Ananın öyrətdiklərini atma.[21] Onları qəlbinin başına yapışdır,Həmişə onları boynuna bağla.[22] Gəzəndə onlar sənə yol göstərər,Yatanda səni hifz edər,Oyananda sənə məsləhət verər.[23] Bu əmr çıraqdır, bu təlim nurdur,Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.[24] Bunlar səni pozğun qadından,Şirindilli yad arvaddan qoruyar.[25] Onun gözəlliyinə aşiq olma,Onun kirpiklərinin əsiri olma.[26] Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar,Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar.[27] Bir kişi qoynuna od alandaƏyin-başı yanmazmı?[28] Köz üzərində gəzəninAyaqları bişməzmi?[29] Qonşusunun arvadının yanına girənin də halı belədir,O qadına toxunan cəzasını çəkər.[30] Qarnını doydurmaq üçün ac oğru oğurlarsa,Kimsə onu qınamaz.[31] Amma onu tutsalar, yeddi qat ödəməlidir,Evinin var-yoxunu verməlidir.[32] Qadınla zina edən qanmazdır,Özünü məhv etmək istəyən belə edər.[33] Bu kişinin nəsibi kötək, şərəfsizlikdir,Biabırçılığı üzərindən silinməz.[34] Çünki ərini qeyrət coşdurar,Ondan amansızcasına qisas alar.[35] Heç nə ilə ərinin qarşısını almaq olmaz,Nə verilsə belə, o razılaşmaz.

Süleymanın Məsəlləri 5:3-22
[3] Əxlaqsız qadının dodağından sanki bal axır,Dili şirin, yağdan yumşaqdır.[4] Amma aqibəti yovşan kimi acıdır,İkiağızlı qılınc kimi kəskindir.[5] Onun ayaqları ölümə aparır,Onun addımları ölülər diyarına çatır.[6] Həyat yoluna fikir vermir,Yolları dolaşıqdır, özü də bilmir.[7] İndi, ey övladlar, mənə qulaq asın,Dilimdən çıxan sözlərdən yayınmayın.[8] Belə qadından uzaq ol,Evinin qapısına yaxın getmə.[9] Yoxsa şərəfini yadlara verərsən,Ömrünü zalımlara sərf edərsən.[10] Sənin var-yoxunu yadlar yeyər,Qazancın özgənin evinə gedər.[11] Ömrünün sonu çatanda,Canında taqət qalmayandaAh-nalə çəkərək belə deyərsən:[12] «Mən də tərbiyəyə nifrət etdim,Ürəyimdə məzəmmətlərə güldüm![13] Müəllimimin sözünə baxmadım,Tərbiyəçilərimə qulaq asmadım.[14] Camaatın və icmanın arasındaAz qala hər cür bəlaya düşəcəkdim».[15] Öz su anbarından,Öz quyunun içməli suyundan iç.[16] Niyə sənin qaynaqların küçələrə,Su arxların meydanlara axıb getsin?[17] Onlar yalnız səninki olsun,Yadlara paylama.[18] Qoy çeşmən bərəkətli olsun,Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa![19] Sevimli maralın, gözəl ceyranınHəmişə səni öz döşləri ilə doydursun,Onun eşqi ilə məst ol.[20] Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan,Yad arvadı qoynuna almalısan?[21] İnsanların yolları Rəbbin gözü qarşısındadır,Onların hər addımlarını yoxlayır.[22] Şər insan öz təqsirlərinə görə tutular,Günahının kəməndinə dolanar.

1 Korinflilərə 7:1-40
[1] İndi isə «kişi qadına toxunmasa yaxşıdır» yazdığınıza gəlincə,[2] əxlaqsızlığın qabağını almaq üçün hər kişinin öz arvadı, hər qadının da öz əri olsun.[3] Ər arvadına aid, arvad da ərinə aid olan nikah borcunu yerinə yetirsin.[4] Arvadın bədəni özünün yox, ərinin ixtiyarındadır. Eləcə də kişinin bədəni özünün yox, arvadının ixtiyarındadır.[5] Müvəqqəti olaraq razılıqla, dua üçün vaxt ayırmaqdan savayı bir-birinizi ər-arvadlıq təminatından məhrum etməyin. Bundan sonra yenə də bir yerdə olun ki, nəfsinizə hakim olmadığınıza görə Şeytan sizi sınağa çəkməsin.[6] Bunları əmr kimi yox, güzəşt kimi deyirəm.[7] Çünki bütün insanların mənim kimi olmasını istərdim. Amma hər bir insanın Allahdan aldığı öz ənamı var – birininki belədir, digərininki başqa cürdür.[8] Evli olmayanlara və dul qadınlara isə bunu deyirəm: mənim kimi qalsalar, onlar üçün yaxşı olar.[9] Əgər özlərini saxlaya bilmirlərsə, qoy ailə qursunlar. Çünki ehtirasdan yanmaqdansa ailə qurmaq daha yaxşıdır.[10] Evli olanlara isə mən əmr edirəm, daha düzgün desəm, Rəbb əmr edir: qadın ərindən ayrılmasın.[11] Ayrılırsa, ərsiz qalmalıdır yaxud əri ilə barışmalıdır. Ər də arvadını boşamasın.[12] Başqalarına isə Rəbb yox, mən deyirəm ki, əgər bir qardaşın iman etməyən arvadı var və arvad onunla yaşamağa razıdırsa, əri onu boşamasın.[13] Bir arvadın iman etməyən əri varsa və əri onunla yaşamağa razıdırsa, qoy arvadı ondan boşanmasın.[14] Çünki iman etməmiş ər arvadı vasitəsilə təqdis olunur və iman etməmiş arvad imanlı əri vasitəsilə təqdis olunur. Əks halda uşaqlarınız natəmiz olardı, indi isə onlar müqəddəsdir.[15] İman etməyən ayrılırsa, qoy ayrılsın. Qardaş ya da bacı belə hallarda məcburiyyət qarşısında deyil. Allah sizi sülhdə yaşamağa çağırıb.[16] Ey qadın, ərini xilas edib-etməyəcəyini haradan bilirsən? Yaxud sən, ey ər, arvadını xilas edib-etməyəcəyini haradan bilirsən?[17] Amma hər kəs Allahın ona təyin etdiyi kimi Rəbbin çağırışına uyğun həyat sürsün. Bunu bütün cəmiyyətlərə əmr edirəm.[18] Əgər bir nəfər sünnətli olaraq çağırış aldısa, sünnət olunmanı aradan qaldırmasın. Digəri isə sünnətsiz olaraq çağırış aldısa, qoy sünnət olunmasın.[19] Sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə Allahın əmrlərini yerinə yetirməkdir.[20] Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın.[21] Çağırış alanda qul idinsə, fikir eləmə. Amma əgər azad olmağa imkanın varsa, bu fürsəti əldən vermə.[22] Çünki Rəbdə çağırış alan vaxt qul artıq Rəbbin azad insanıdır. Eləcə də çağırış alan vaxt azad insan Məsihin quludur.[23] Siz çox baha qiymətə satın alınmısınız, insanlara qul olmayın![24] Ey qardaşlar, hər kəs çağırış alanda nə vəziyyətdə idisə, eləcə Allahla birlikdə qalsın.[25] İndi isə qızlara gəlincə, bu barədə Rəbdən əmr almamışam. Amma etibara layiq olmaq üçün Rəbbin mərhəmətinə nail olmuş bir insan kimi öz fikirlərimi deyirəm.[26] Məncə, indi yaranmış çətin vəziyyətə görə insanın olduğu kimi qalması yaxşıdır.[27] Arvadınla nikahla bağlısansa, ondan azad olmağını arzu etmə. Arvadın yoxdursa, özünə arvad axtarma.[28] Amma evlənməyin günah deyil. Qızın da ərə getməsi günah deyil. Amma belə adamlar bu həyatda əziyyət çəkəcəklər. Mən sizi bundan qorumaq istəyirəm.[29] Qardaşlar, bunu demək istəyirəm: vaxta az qalıb. Bundan sonra arvadı olanlar olmayanlar kimi,[30] yas tutanlar tutmayanlar kimi, sevinənlər sevinməyənlər kimi, mal alanlar malı olmayanlar kimi,[31] bu dünyanın işlərindən faydalananlar bu işlərdən uzaq olanlar kimi olsunlar. Çünki bu dünyanın indiki vəziyyəti keçib-gedir.[32] Sizin qayğısız olmanızı istəyirəm. Subay kişi Rəbbi necə razı salmaq barəsində düşünüb Rəbbin işlərinin qayğısına qalır.[33] Evli isə arvadını razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır[34] və diqqəti yayınır. Ərsiz qadın yaxud qız da Rəbbin işlərinin qayğısına qalır ki, həm bədəndə, həm də ruhən müqəddəs olsun. Ərli qadın isə ərini razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır.[35] Bunu azadlığınızı məhdudlaşdırmaq üçün yox, yalnız sizin xeyrinizə deyirəm ki, ədəblə davranıb fikirlərinizi dağıtmadan özünüzü Rəbbə həsr edəsiniz.[36] Əgər bir nəfər nişanlandığı qızla düzgün davranmadığını düşünürsə, yaşı çatıb və evlənmək lazım gəlirsə, qoy o adam istədiyini etsin. O, günah etmir. Qoy onlar evlənsin.[37] Amma kim ürəyində qəti niyyət tutub, könüllü surətdə, öz nəfsinə hakim olaraq nişanlandığı qızla evlənməmək qərarına gəlirsə, o adam da yaxşı edir.[38] Buna görə də nişanlısı ilə evlənən yaxşı edir, evlənməyənsə daha yaxşı edir.[39] Arvad əri sağ ikən ona bağlı qalır. Əgər əri vəfat etsə, arvad azaddır və kimə istəsə, ərə gedə bilər. Lakin o kişi Rəbdə olmalıdır.[40] Amma fikrimcə, dul qadın olduğu kimi qalsa, daha xoşbəxt olar. Zənnimcə, məndə də Allahın Ruhu var.

Azerbaijan Bible 1878
Public Domain: 1878