A A A A A

Günahlar: [Asılılıq]


1 Korinflilərə 10:13-14
[13] Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz.[14] Beləliklə, ey sevimlilərim, bütpərəstlikdən uzaqlaşın.

1 Yəhyanın 2:16
Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.

1 Korinflilərə 15:33
Aldanmayın:«Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur».

Yaqubun 4:7
Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq.

1 Korinflilərə 6:12
«Mənim üçün hər şeyə icazə var» deyirsiniz, lakin hər şey xeyir vermir. Mən də «hər şeyə icazə var» deyə bilərəm, amma özümü heç bir şeyə tabe etməyəcəyəm.

1 Peterin 5:10
Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq.

Zəbur 50:15
Dar gündə Məni çağır,Mən səni xilas edəcəyəm,Sən də Məni şərəfləndirəcəksən».

Romalılara 5:3-5
[3] Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm,[4] dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır.[5] Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.

1 Korinflilərə 6:9-11
[9] Məgər bilmirsiniz ki, haqsızlıq edənlər Allahın Padşahlığını irs olaraq almayacaq? Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər,[10] oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq.[11] Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız.

Titusa 2:12
Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir.

Yaqubun 1:2-3
[2] Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin.[3] Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır.

İbranilərə 4:15-16
[15] Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.[16] Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.

Yəhya 3:16-17
[16] Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.[17] Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi.

Filipililərə 4:13
Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.

Zəbur 95:8
«Qoy ürəklərinizMerivada olduğunuz kimi,Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın.

Matta 6:13
Bizi sınağa çəkmə,Lakin bizi şər olandan xilas et.Çünki padşahlıq, qüdrət və izzətƏbədi olaraq Sənindir. Amin”.

Matta 26:41
Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür».

Azerbaijan Bible 1878
Public Domain: 1878