A A A A A

Günahlar: [Abort]


1 Korinflilərə 1:27
Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı,

Qanunun Təkrarı 24:16
Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə öldürülsün.

Qanunun Təkrarı 30:19
Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz.

Qalatiyalılara 1:15
Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah

Yeşaya 43:25
Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən,Bəli, Mən günahlarını yada salmaram.

Yeşaya 44:24
Səni Satınalan,Ana bətnində quruluş verən Rəbb deyir:«Bütün şeyləri yaradan, göyləri təkcə yayan,Təkbaşına yer üzünü sərən,

Efeslilərə 1:7
Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.

Çıkış 4:11
Rəbb ona dedi: «Ağzı insana kim verib? İnsanı lal, kar, kor yaxud gözlü edən kimdir? Bunu edən Mən Rəbb deyiləmmi?

Yeşaya 64:8
Yenə də, ya Rəbb, Sənsən Atamız:Biz gilik, Sən isə dulusçu,Biz hamımız Sənin əlinin işiyik.

Yeremya 1:5
«Mən sənə ananın bətnindəSurət verməzdən əvvəl səni tanıdım,Doğulmazdan əvvəl səni təqdis edibMillətlərə peyğəmbər etdim».

Zəbur 100:3
Rəbb Allahdır, siz bunu bilin,O bizi yaradıb, biz Ona aidik,Xalqıyıq, otlağında otardığı sürüyük.

Zəbur 127:3
Övladlar Rəbbin verdiyi paydır,Bətnin bəhrəsi Onun mükafatıdır.

Luka 2:6-7
[6] Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı.[7] O, ilk Oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı.

Efeslilərə 1:3-4
[3] Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun![4] O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq.

1 Korinflilərə 6:19-20
[19] Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz,[20] çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.

Yeşaya 45:9-11
[9] Yaradanı ilə çəkişənin vay halına!Çəkişən özü də saxsı qablar arasında yalnız saxsı parçasıdır.Gil öz dulusçusuna «Nə düzəldirsən?»Yaxud «yaratdığın şeyin dəstəkləri yoxdur» deyə bilərmi?[10] Atasına «Dünyaya məni nə üçün gətirdin?»Anasına «Məni nə üçün doğdun?» deyənin vay halına![11] İsrailin Müqəddəsi,Onu yaradan Rəbb belə deyir:«Övladlarımın gələcəyi haqqındaMənə sual verə bilərsinizmi?Gördüklərim işlər barəsindəMənə əmr edə bilərsinizmi?

Çıkış 21:22-25
[22] Adamlar dalaşanda bir hamilə qadın ona dəyən zərbədən uşaq salarsa və başqa ziyan ona dəyməsə, o qadının ərinin tələbi ilə təqsirkar adam hakimlərin təyin etdiyi məbləğdə cərimə ödəməlidir.[23] Əgər qadına ziyan dəyibsə, təqsirkar adam can əvəzinə can,[24] göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq,[25] yanıq əvəzinə yanıq, yara əvəzinə yara, zədə əvəzinə zədə ödəsin.

Zəbur 139:13-16
[13] Sən mənim daxili üzvlərimi yaratmısan,Mənə ana bətnində quruluş vermisən.[14] Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan,Ona görə şükür edirəm.Nə qədər xariqəli işlər görmüsən!Bunu ürəkdən yaxşı dərk edirəm.[15] Mən gizli bir yerdə yaranarkən,Dünyanın dərin yerində yaranarkənBədənim Səndən gizli qalmadı.[16] Dünyaya gəlməzdən əvvəlSənin gözlərin məni gördü.Ömrüm başlamazdan əvvəlMənə təyin etdiyin hər bir günü kitabına yazmısan.

Luka 1:41-44
[41] Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub[42] uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır![43] Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib?[44] Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi.

Çıkış 20:1-13
[1] Allah bütün bu sözləri belə söylədi:[2] «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.[3] Məndən başqa allahların olmasın.[4] Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.[5] Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.[6] Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.[7] Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.[8] Şənbə gününü yadda saxlayıb təqdis et.[9] Altı gün çalışıb bütün işlərini gör.[10] Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin.[11] Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı.[12] Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun.[13] Qətl etmə.

Azerbaijan Bible 1878
Public Domain: 1878