A A A A A

Sirrlər: [Xərçəng]


2 Korinflilərə 4:16-19
[16] Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir.[17] Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır.[18] Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir.[19] Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var.

Zəbur 107:20
Kəlamını göndərib onlara şəfa verdi,Məzara düşməkdən onları xilas etdi.

Yeşaya 40:31
Rəbbə ümid bağlayanlarsaYeni qüvvət alar,Qanad açıb qartal kimi yüksəklərə uçar,Qaçanda taqətdən düşməzlər,Yol gedib yorulmazlar.

Qanunun Təkrarı 31:6
Möhkəm və cəsarətli olun! Onlardan qorxub çəkinməyin! Çünki Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!»

Matta 11:28-29
[28] Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız.[29] Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».

Zəbur 18:6
Əzab içində Rəbbə yalvardım,Allahıma fəryad qopardım.O, məbədindən səsimi eşitdi,Fəryadımsa hüzuruna, Onun qulağına yetdi.

Vaiz 3:1
Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var:

Yeremya 29:11
Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.

Yəhya 14:1-4
[1] Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin.[2] Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm?[3] Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.[4] Gedəcəyim yerə aparan yolu tanıyırsınız».

Romalılara 8:16-25
[16] Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq.[17] Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.[18] Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz.[19] Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir.[20] Çünki yaradılış öz iradəsi ilə deyil, onu Təslim Edənin iradəsi ilə puçluğa təslim edildi. Amma ümidvardır ki,[21] yaradılış özü də çürüməyə əsir olmaqdan xilas olub, Allah övladlarının izzətli azadlığına qovuşacaq.[22] Çünki bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir.[23] Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik.[24] Çünki biz ümidlə xilas olduq. Amma gözə görünən ümid ümid deyil. Axı kim gördüyü şeyə ümid edər?[25] Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik.

1 Peterin 1:3
Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə,

2 Korinflilərə 1:3-6
[3] Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O, rəhmli Ata və hər cür təsəlli verən Allahdır.[4] Çəkdiyimiz hər bir əziyyətdə O bizə təsəlli verir ki, biz də Allahdan aldığımız təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək.[5] Çünki Məsihin əzablarını necə böyük həcmdə çəkiriksə, Məsih vasitəsilə o cür böyük təsəlli də tapırıq.[6] Əziyyət çəkiriksə, bu sizə təsəlli və xilas gətirir. Təsəlli tapırıqsa, bu da bizim kimi çəkdiyiniz əzablara dözəsiniz deyə sizə güc verən bir təsəlli almanız üçündür.

Azerbaijan Bible 1878
Public Domain: 1878