A A A A A

Həyat: [Gözəllik]


1 Peterin 3:3-4
[3] gizli olan daxili varlığınız, həlim və sakit ruhun solmayan gözəlliyindən ibarət olsun. Bu, Allahın qarşısında çox dəyərlidir.[4] Çünki qədim zamanlarda Allaha ümid bağlayan müqəddəs qadınlar öz ərlərinə tabe olaraq belə bəzənərdilər.

2 Korinflilərə 4:16
Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir.

Efeslilərə 2:10
Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.

Yaradılış 1:27
Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı.

Yeşaya 40:8
Ot quruyar, çiçək solar,Amma Allahımızın sözü əbədi qalar».

Filipililərə 4:8
Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün.

Zəbur 139:14
Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan,Ona görə şükür edirəm.Nə qədər xariqəli işlər görmüsən!Bunu ürəkdən yaxşı dərk edirəm.

Romalılara 8:6
Cismani təbiətə uyan fikirlər ölüm, Ruha uyan fikirlərsə həyat və sülh gətirir.

Nəğmələr Nəğməsi 4:7
Təpədən dırnağa qədər gözəlsən,Yarım, tamamilə eyibsizsən.

Matta 6:28-29
[28] Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir.[29] Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi.

1 Timofeyə 2:9-10
[9] mömin olduqlarını bəyan edən qadınlara yaraşan tərzdə xeyirli işlərlə bəzənmələrini istəyirəm.[10] Qadın sakitlik və tam bir tabelik içində öyrənsin;

1 Şamuel 16:7
Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar».

Vaiz 3:11
Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz.

Qalatiyalılara 3:26-27
[26] Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız.[27] Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz.

Süleymanın Məsəlləri 3:15-18
[15] Hikmət yaqutlardan qiymətlidir,Xoşladığın bütün şeylər ona tay deyil.[16] Onun sağ əlində uzun ömür,Sol əlində sərvət və şərəf var.[17] Onun yolları bəyənilir,Bütün yolları əmin-amandır.[18] Ona bağlananlar üçün o, həyat ağacıdır,Ondan möhkəm yapışanlar nə bəxtiyardır!

Yezekel 28:17-18
[17] Gözəl olduğun üçün ürəyin qürurlandı,Əzəmətinə görə müdrikliyini korladın.Beləcə səni yerə atdım,Padşahların önündə tamaşaya çevirdim.[18] Çoxlu təqsir etdiyin üçün,Ticarətdə əliəyriliyinə görəMüqəddəs məkanlarını murdarladın.Mən içindən bir od çıxardım ki,Səni yandırıb məhv etsin.Bütün seyr edənlərin gözü önündəSəni torpaq üstündə külə çevirdim.

Yaqubun 1:23
Çünki kəlamı eşidən, amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir:

Matta 23:28
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz.

Süleymanın Məsəlləri 31:30
Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir,Yalnız Rəbdən qorxan qadın tərifə layiqdir.

Azerbaijan Bible 1878
Public Domain: 1878