A A A A A

Həyat: [Ad günü]


Efeslilərə 2:10
Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.

Yeremya 29:11
Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.

Yəhya 16:21
Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxarar.

Süleymanın Məsəlləri 9:11
Hikmətin vasitəsilə ömrün-günün çoxalar,Həyatına illər əlavə olar.

Zəbur 16:11
Mənə həyat yolunu öyrədirsən,Doyunca sevinc Sənin hüzurundadır,Sağ əlində hər zaman səadət var».

Zəbur 20:4
O səni ürəyinin istəyinə çatdırsın,Hər bir niyyətini yerinə yetirsin!

Zəbur 27:4-7
[4] Rəbdən bir arzum, bir istəyim var:Bütün ömrüm boyu Rəbbin evində yaşayım,Məbədində Rəbbin camalına baxım,Ona pərəstiş edim.[5] Dar gündə məni çardağında gizlər,Çadırının örtüyü ilə örtər,Qaya başındakı yüksək yerə gətirər.[6] İndi ətrafımdakı düşmənlərimin üzərindəQələbələr çalacağam,Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm,Onu ilahilərlə tərənnüm edəcəyəm.[7] Ya Rəbb, dinlə, Səni çağırıram,Lütf edib mənə cavab ver.

Zəbur 90:12
Bizə öyrət nə qədər ömrümüz var,Qoy qəlbimiz hikmətli olsun.

Zəbur 91:11
Allah sənə görə mələklərinə əmr edər ki,Gedəcəyin hər yerdə səni qorusunlar,

Zəbur 91:16
Onu uzun ömürlə doyduracağam,Ona qurtuluşumu göstərəcəyəm».

Zəbur 118:24
Bu günü Rəbb yaratdı,Onda sevinib şadlıq edək!

Sefanya 3:17
Allahın Rəbb,Qüvvətli Qurtarıcın səninlədir!O sənin üçün sevinib şadlanacaq,Səni məhəbbəti ilə yeniləşdirəcək,Sənin üçün tərənnümlə coşacaq!

Zəbur 37:4-5
[4] Rəbdən zövq al,O da səni ürəyinin istəklərinə çatdıracaq.[5] Yolunu Rəbbə ver,Ona güvən,O edəcək.

Mərsiyələr 3:22-23
[22] Rəbbin məhəbbətinə görə məhv olmadıq,Çünki mərhəməti tükənməzdir.[23] Hər səhər bunlar təzələnir,Sənin sədaqətin böyükdür.

Saylar 6:24-26
[24] “Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun;[25] Rəbb Öz nurlu üzünü sənə göstərərək lütf versin.[26] Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin”.

Zəbur 139:1-24
[1] Ya Rəbb, məni yoxlayaraq tanıdın,[2] Oturuşumu-duruşumu Özün bilirsən,Fikirlərimi uzaqdan duyursan.[3] Getməyimə, yatmağıma nəzarət edirsən,Nə yollardan keçdiyimi bilirsən.[4] Sözlərimi dilə gətirməmişdən əvvəl,Ya Rəbb, hamısını tamamilə bilirsən.[5] Hər yandan məni əhatə etmisən,Öz əlini üzərimə qoymusan.[6] Bu bilik əsrarəngizdir, məndən yüksəkdir,Bunu dərk edə bilmərəm.[7] Hara gedim ki, Ruhun orada olmasın?Hara qaçım ki, hüzurunda olmayım?[8] Əgər göylərə çıxsam, Sən oradasan,Ölülər diyarında yatsam, Sən oradasan.[9] Qanad alıb gündoğana uçsam belə,Dənizi keçib günbatana qonsam belə,[10] Sənin sağ əlin bələdçim olacaq,Sağ əlin məni qoruyacaq.[11] Desəm də: «Qoy zülmət məni bürüsün,İşıq batsın, ətrafım gecəyə dönsün»,[12] Sənin qarşında zülmət batar,Önündə gecə də gündüz kimi nur saçar.Nurun, zülmətin Sənin üçün nə fərqi var?[13] Sən mənim daxili üzvlərimi yaratmısan,Mənə ana bətnində quruluş vermisən.[14] Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan,Ona görə şükür edirəm.Nə qədər xariqəli işlər görmüsən!Bunu ürəkdən yaxşı dərk edirəm.[15] Mən gizli bir yerdə yaranarkən,Dünyanın dərin yerində yaranarkənBədənim Səndən gizli qalmadı.[16] Dünyaya gəlməzdən əvvəlSənin gözlərin məni gördü.Ömrüm başlamazdan əvvəlMənə təyin etdiyin hər bir günü kitabına yazmısan.[17] Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur,Onların sayı-hesabı yoxdur![18] Saysaydım onları, qum dənələrindən çox olardı,Oyananda yenə mən Səninləyəm.[19] Ey Allah, kaş ki pisləri qıraydın,Qantökənlərin hamısı məndən uzaq olaydı,[20] Onlar Sənə qarşı pis niyyətlə danışır,Düşmənlərin adına küfr edirlər![21] Ya Rəbb, Sənə nifrət edənlərə nifrət etmərəmmi?Əleyhdarlarından ikrah etmərəmmi?[22] Onlara tamamilə nifrət edirəm,Onları özümə düşmən sayıram.[23] Ey Allah, məni yoxla, qəlbimi öyrən,Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil.[24] Gör qəlbimdə pisliyə yol verirəmmi?Əbədi yolda mənə rəhbər ol!

Azerbaijan Bible 1878
Public Domain: 1878