A A A A A

Allah: [Lənət]


Levililər 20:9
Atasına yaxud anasına lənət edən hər kəs öldürülməlidir. O adam öz atasına yaxud anasına lənət etdiyi üçün qanının tökülməyinə özü baisdir.

Qanunun Təkrarı 28:15
Amma Allahınız Rəbbin sözünə qulaq asmasanız, bu gün sizə buyurduğum əmrlərin, qaydaların hamısına dəqiq əməl etməsəniz, bu lənətlər gəlib üzərinizə töküləcək.

Çıkış 21:17
Atasını yaxud anasını söyən adam öldürülməlidir.

Yeremya 15:10
Vay mənim halıma!Ey anam, sən məni bütün ölkə iləMübahisə və dava etmək üçün doğmusan!Mən heç kəsə sələm vermədim,Heç kəs də mənə sələm vermədi.Ancaq hamı məni lənətləyir.

Qalatiyalılara 3:13
Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!»

Çıkış 34:7
minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram; lakin cəzasız qoymaram, ataların cəzasını üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə verərəm».

Luka 6:28
sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin.

Saylar 14:18
“Rəbb hədsiz səbirli, bol məhəbbətli, cəzanı və qanunsuzluğu bağışlayandır, lakin cəzasız da qoymaz, ataların cəzasını üçüncü-dördüncü nəslə çəkdirər”.

Yaradılış 3:17
Sonra Rəbb Allah Adəmə dedi:«Arvadının sözünə qulaq asdığın üçün,Qadağan etdiyim, “meyvəsini yemə” dediyimAğacdan yediyin üçünSənə görə torpaq lənətlənir.Ömrün boyu zəhmətləTorpaqdan yemək əldə edəcəksən.

Süleymanın Məsəlləri 26:2
Sərçənin ora-bura uçduğu kimi,Qaranquşun gəlib-getdiyi kimiNahaq qarğış da boşdur.

Qanunun Təkrarı 5:9
Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən sənin Allahın Rəbb qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.

Qalatiyalılara 5:1
Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın.

Çıkış 20:5
Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.

2 Korinflilərə 5:17
Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.

1 Yəhyanın 4:4
Sizsə, ey övladlar, Allahdansınız və yalançı peyğəmbərlərə qalib gəlmisiniz. Çünki sizdə olan Ruh dünyada olandan üstündür.

2 Şamuel 16:5-8
[5] Padşah Davud Baxurimə gəldi və oradan Şaulun nəslindən olan Gera oğlu Şimey adlı bir nəfər çıxdı. Şimey Davuda lənət edə-edə çıxırdı.[6] Davuda və Davudun adamlarına daş atırdı. Bütün xalq və igidlərin hamısı Davudun sağında və solunda idi.[7] Şimey Davuda lənət edərkən belə deyirdi: «Rədd ol, rədd ol, ey əliqanlı, yaramaz adam![8] Yerinə padşah olduğun Şaul nəslinin tökülən qan qisasını Rəbb səndən alır. Rəbb padşahlığı oğlun Avşaloma verdi. Budur, sən öz şərinin qurbanısan, çünki sən əliqanlı insansan».

Qanunun Təkrarı 21:23
meyiti gecə ağacda asılı qoymayın, mütləq onu həmin gün basdırın, çünki asılan adam Allahın lənətinə düçar olub. Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpağı murdarlamayın.

Çıkış 20:5-6
[5] Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.[6] Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.

1 Şamuel 17:43
Filiştli Davuda dedi: «Məgər mən itəm ki, üstümə dəyənəklərlə gəlirsən». Filiştli öz allahları ilə Davudu lənətlədi və dedi:

Yezekel 18:20
Yalnız günah işlədən adam öləcək. Oğul atanın təqsirinin məsuliyyətini daşımaz, ata da oğulun təqsirinin məsuliyyətini daşımaz. Saleh adam salehliyinin, pis adam isə pisliyinin əvəzini alacaq.

Yeremya 31:29-30
[29] «O vaxt adamlar daha “atalar kal üzüm yedi, oğulların dişi qamaşır” deməyəcək.[30] Hər kəs öz təqsirinə görə öləcək. Kal üzüm yeyənin öz dişləri qamaşacaq».

Çıkış 20:6
Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.

Qanunun Təkrarı 18:10-12
[10] Aranızda oğul və qızını oda qurban verən, falçı, gələcəyideyən, baxıcı, cadugər,[11] ovsunçu, cindarlara və ruhçağıranlara müraciət edən yaxud ölüləriçağıran olmasın.[12] Rəbb belə iş görənlərə nifrət edir. Elə bu iyrənc işlərə görə Allahınız Rəbb millətləri sizin qarşınızdan qovacaq.

Romalılara 8:37-39
[37] Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.[38] Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr,[39] nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.

1 Peterin 5:8-9
[8] Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır.[9] Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər.

Yaradılış 3:17-19
[17] Sonra Rəbb Allah Adəmə dedi:«Arvadının sözünə qulaq asdığın üçün,Qadağan etdiyim, “meyvəsini yemə” dediyimAğacdan yediyin üçünSənə görə torpaq lənətlənir.Ömrün boyu zəhmətləTorpaqdan yemək əldə edəcəksən.[18] O sənə tikan və qanqal bitirəcək,Sən də çöldəki ot-ələfi yeyəcəksən.[19] Alın tərinlə çörək yeyəcəksən.Axırda torpağa qayıdacaqsan,Çünki oradan götürülmüsən,Ona görə ki yerin torpağısan,Torpağa da qayıdacaqsan».

Yaradılış 4:10-12
[10] Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir.[11] İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı.[12] Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan».

Yaradılış 9:18-27
[18] Gəmidən çıxan Nuhun oğulları bunlardır: Sam, Ham və Yafəs. Hamdan Kənan törədi.[19] Nuhun üç oğlu bunlardır və yer üzündə yayılan bütün insanlar onlardan törədi.[20] Nuh torpağı becərməyə başladı və bir üzüm bağı saldı.[21] O, şərab içib sərxoş oldu və öz çadırında çılpaq uzandı.[22] Kənanın atası Ham atasının çılpaq olduğunu gördü və bunu bayırda iki qardaşına söylədi.[23] Sam və Yafəs bir paltar götürüb öz çiyinlərinə saldılar və dal-dalı içəri girib, atalarının çılpaq bədənini örtdülər. Onlar üzlərini əks tərəfə çevirmişdilər ki, atalarının çılpaqlığını görməsinlər.[24] Nuh öz sərxoşluğundan ayıldı və kiçik oğlunun əməlini bilib dedi:[25] «Kənana lənət olsun,Öz qardaşlarının qullarına qul olsun».[26] Yenə dedi:«Samın Allahı Rəbbə alqış olsun,Kənan ona qul olsun.[27] Allah Yafəsə genişlik versin,Samın çadırlarında yaşasın.Kənan ona qul olsun».

1 Padşahlar 2:32-46
[32] Rəbb onun qanını öz başına döndərəcək, çünki o özündən daha saleh və daha yaxşı olan iki nəfəri qılıncla vurdu: atam Davudun xəbəri olmadan İsrail ordusunun başçısı Ner oğlu Avnerlə Yəhuda ordusunun başçısı Yeter oğlu Amasanı öldürdü.[33] Beləcə onların qanı həmişəlik Yoavın və onun nəslinin üstündə qalacaq, amma Rəbb Davuda, onun nəslinə, evinə və taxtına əbədi əmin-amanlıq verəcək».[34] Yehoyada oğlu Benaya yuxarıya getdi, Yoavı vurub öldürdü və onu çöldəki evində basdırdılar.[35] Padşah Yoavın yerinə Yehoyada oğlu Benayanı ordu başçısı qoydu. Evyatarın yerinə isə kahin Sadoqu təyin etdi.[36] Padşah Şimeyi çağırtdırıb ona dedi: «Yerusəlimdə özünə bir ev tik və orada yaşa, heç yerə getmə.[37] Oradan çıxıb Qidron vadisini keçdiyin gün, bil ki, hökmən öləcəksən və qanın öz üstündə qalacaq».[38] Şimey padşaha dedi: «Sözünlə razıyam, ağam padşah necə dedisə, qulun elə də edəcək». Şimey uzun müddət Yerusəlimdə yaşadı.[39] Üçüncü ilin sonunda Şimeyin iki qulu Qat padşahı Maaka oğlu Akişin yanına qaçdı. Şimeyə xəbər gəldi ki, qulları Qatdadır.[40] O qalxıb eşşəyini palanladı, qullarını axtarmaq üçün Qata, Akişin yanına gedib onları Qatdan gətirdi.[41] Şimeyin Yerusəlimdən Qata gedib-gəlmək xəbəri Süleymana çatdı.[42] Padşah Şimeyi çağırtdırıb ona dedi: «Səni Rəbbin haqqına and içdirmədimmi? “Çıxıb bir yerə getdiyin gün, bil ki, hökmən öləcəksən!” deyə sənə xəbərdarlıq etmədimmi? Sən də mənə “yaxşı, sözünlə razıyam” demədinmi?[43] Elə isə Rəbbə içdiyin anda və sənə verdiyim əmrə niyə əməl etmədin?»[44] Sonra padşah Şimeyə dedi: «Sən atam Davuda qarşı ürəyində saxladığın və etdiyin pisliklərin hamısını bilirsən. Pisliyini Rəbb sənin öz başına döndərəcək.[45] Amma qoy padşah Süleyman xeyir-dua alsın və Davudun taxtı Rəbbin önündə əbədi möhkəmlənsin».[46] Padşah Yehoyada oğlu Benayaya əmr etdi, Benaya da gedib Şimeyi vurdu və o öldü. Beləliklə, Süleymanın padşahlığı möhkəmləndi.

Əyyub 2:9
Arvadı ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!»

Əyyub 19:17
Nəfəsimdən arvadımın da zəhləsi gedir,Qardaşlarım məndən iyrənir.

Əyyub 1:10
Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb.

Efeslilərə 6:10-17
[10] Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.[11] İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün.[12] Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır.[13] Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.[14] Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.[15] Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün.[16] Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.[17] Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.

Matta 5:22
Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.

Romalılara 3:23
Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub

Romalılara 6:23
Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.

Yaradılış 9:25
«Kənana lənət olsun,Öz qardaşlarının qullarına qul olsun».

Zəbur 104:9
Onların önünə hədd qoydun ki, ondan aşmasınlar,Heç vaxt daşıb dünyanı basmasınlar.

Yaradılış 6:12
Allah yer üzündəki insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı.

Yaradılış 7:20
Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü.

Yaradılış 8:5-9
[5] Onuncu aya qədər su yavaş-yavaş çəkildi, onuncu ayın birinci günü dağların zirvələri göründü.[6] Qırx gün sonra Nuh düzəltdiyi gəminin pəncərəsini açıb[7] bir qarğa buraxdı; qarğa uçub getdi və yer üzündə su quruyana qədər hər tərəfi dolaşdı.[8] Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib-çəkilmədiyini bilsin.[9] Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə onun yanına – gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb göyərçini tutdu və gəmiyə – öz yanına apardı.

Yaradılış 9:11
Sizinlə Öz əhdimi qoyuram ki, bütün canlılar bir daha daşqınla məhv olmayacaq və heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək».

Romalılara 12:14
Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin.

Azerbaijan Bible 1878
Public Domain: 1878