A A A A A

Pis Xarakter: [Acılıq]


Həvarilərin İşləri 8:23
Görürəm ki, səndə acı zəhər var və haqsızlığın əsirisən».

Koloslulara 3:8-13
[8] İndi isə siz də qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın.[9] Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb[10] yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun.[11] Bu təzələnmədə Yunanla Yəhudi, sünnətli ilə sünnətsiz, barbar, Skif, qulla azad arasında fərq yoxdur: Məsih hər şeydir və hamımızdadır.[12] Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün.[13] Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.

Vaiz 7:9
Qəzəblənməyə tələsmə,Çünki qəzəb ağılsızlarınÜrəyində yuva salar.

Efeslilərə 4:26
Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub

Yezekel 3:14
Ruh məni yuxarı qaldırdı və götürüb apardı. Mən də kədərli və acıqlı halda getdim. Rəbb əlini mənim üzərimdə möhkəm tutmuşdu.

Yeşaya 38:17
Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu.Sən sevginlə canımı qəbirdən qurtardın,Bütün günahlarımı aradan götürdün.

Əyyub 7:11
Ona görə sakitləşməyəcəyəm,Ruhumun sıxıntısını dilə gətirəcəyəm,Canımın ağrısından şikayət edəcəyəm.

Əyyub 10:1
Canım həyatımdan bezib.Şikayətimə məhdudiyyət qoymayacağam,Acı həyatımdan danışacağam.

Əyyub 21:25
O biri isə dərd içində,Həyatdan kam almamış ölür.

Mark 11:25
Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın».

Süleymanın Məsəlləri 10:12
Nifrət nifaq yaradar,Lakin məhəbbət bütün günahları örtər.

Süleymanın Məsəlləri 14:10
Ürək öz dərdini bilər,Özgələr onun sevincinə şərik olmaz.

Süleymanın Məsəlləri 15:1
Həlim cavab hirsi yatırar,Sərt söz qəzəbi alovlandırar.

Süleymanın Məsəlləri 17:25
Axmaq oğul atasına qəm-kədər verər,Onu doğan anasını qubarladar.

Romalılara 3:14
«Ağızları lənət və acı sözlərlə doludur».

Matta 6:14-15
[14] Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar.[15] Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz.

Yaqubun 1:19-20
[19] Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun.[20] Çünki insanın qəzəbi Allahın salehliyini hasil etmir.

İbranilərə 12:14-15
[14] Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.[15] Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin.

Efeslilərə 4:31-32
[31] Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun.[32] Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.

Azerbaijan Bible 1878
Public Domain: 1878