A A A A A

Pis Xarakter: [Zorbalıq]


1 Yəhyanın 2:9
Kim nurda olduğunu deyir, amma qardaşına nifrət edirsə, hələ də qaranlıqdadır.

1 Yəhyanın 3:15
Qardaşına nifrət edən hər kəs qatildir. Bildiyiniz kimi, heç bir qatil özündə qalan əbədi həyata malik deyil.

2 Timofeyə 1:7
Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir.

Qanunun Təkrarı 31:6
Möhkəm və cəsarətli olun! Onlardan qorxub çəkinməyin! Çünki Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!»

Efeslilərə 4:29
Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.

Efeslilərə 6:12
Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır.

Levililər 19:18
Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm.

Matta 5:11
İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız!

Süleymanın Məsəlləri 17:9
Günahı örtən məhəbbət axtarar,Sözgəzdirən əziz dostları ayırar.

Süleymanın Məsəlləri 22:10
Rişxəndçi adamı qovsan, münaqişə qurtarar,Çəkişmə, şərəfsizlik sona çatar.

Süleymanın Məsəlləri 24:16
Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar,Şər insan büdrəsə, bəlaya düçar olar.

Zəbur 138:7
Sıxıntı içində gəzsəm də,Mənə həyat verirsən.Düşmənin qəzəbinə qarşı əl qaldırırsan,Məni sağ əlinlə qurtarırsan.

Romalılara 2:1
Beləliklə, sən ey başqasını mühakimə edən adam, kim olursansa-ol, sən də üzrsüzsən. Çünki başqasını mühakimə edərkən özünü də məhkum edirsən. Ona görə ki başqasını mühakimə etdiyin halda özün də həmin işləri görürsən.

Romalılara 12:18-19
[18] İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın.[19] Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir: «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm».

Romalılara 12:20-21
[20] Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən».[21] Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl.

Luka 6:27-28
[27] Amma sizə deyirəm, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin,[28] sizi lənətləyənlərə xeyir-dua verin, sizi incidənlər üçün dua edin.

Matta 5:44-45
[44] Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.[45] Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır.

Yeşaya 41:11-13
[11] Sənə qarşı hirslənənlər hamısı xəcalət çəkib biabır olacaq,Sənə qarşı çıxanlar heçə çıxıb tələf olacaq.[12] Səninlə düşmənçilik edənləri axtaracaqsan,Amma tapa bilməyəcəksən,Səninlə vuruşanlar heç olacaq,[13] Çünki sənin sağ əlindən tutub«Qorxma, sənə kömək edəcəyəm» deyən Allahın Rəbb Mənəm.

Matta 5:38-41
[38] “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz.[39] Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir.[40] Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver.[41] Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.

Zəbur 34:12-18
[12] Kim həyatdan kam almaq istəyirsə,Uzun ömür sürüb xoş gün görmək istəyirsə,[13] Qoy dilini şərdən,Ağzını fırıldaq üçün işlətməkdən qorusun,[14] Qoy şərdən çəkinib yaxşılıq etsin,Sülhü axtarıb ardınca getsin![15] Rəbbin gözü salehlərin üzərindədir,Qulaqları onların fəryadlarına açıqdır.[16] Rəbbin üzü şər iş görənlərə qarşıdır,Yer üzündə onlardan nişanə qoymayacaq.[17] Salehlər fəryad çəkəndə Rəbb eşidir,Onları bütün əzablarından azad edir.[18] Rəbb qəlbisınıqlara yaxındır,O, ruhən əzilmişləri qurtarır.

Azerbaijan Bible 1878
Public Domain: 1878