A A A A A

Pis Xarakter: [Qəzəb]


Efeslilərə 4:26-31
[26] Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub[27] iblisə yer verməyin.[28] Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun.[29] Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.[30] Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz.[31] Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun.

Yaqubun 1:19-20
[19] Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun.[20] Çünki insanın qəzəbi Allahın salehliyini hasil etmir.

Süleymanın Məsəlləri 29:11
Axmaq həddini aşıb özündən çıxar,Hikmətli səbirli dayanar.

Vaiz 7:9
Qəzəblənməyə tələsmə,Çünki qəzəb ağılsızlarınÜrəyində yuva salar.

Süleymanın Məsəlləri 15:1
Həlim cavab hirsi yatırar,Sərt söz qəzəbi alovlandırar.

Süleymanın Məsəlləri 15:18
Kəmhövsələ dava yaradar,Səbirli münaqişəni sovuşdurar.

Koloslulara 3:8
İndi isə siz də qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın.

Yaqubun 4:1-2
[1] Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi?[2] Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz.

Süleymanın Məsəlləri 16:32
İgid olmaqdan səbirli olmaq yaxşıdır,Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür.

Süleymanın Məsəlləri 22:24
Tez qəzəblənənə yoldaş olma,Kəmhövsələ ilə yola çıxma.

Matta 5:22
Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq.

Zəbur 37:8-9
[8] Qəzəbi at, hiddətdən çəkin,Narahat olma, bunlar insanı şərə salar.[9] Çünki şər adamlar kəsilib atılacaq,Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.

Zəbur 7:11
Allah adil hakimdir,Hər gün haqsızlığa görə hökm verir.

2 Padşahlar 11:9-10
[9] Yüzbaşılar kahin Yehoyadanın əmr etdiyi hər şeyi etdilər: hər biri öz adamlarını, Şənbə günü növbə çəkənləri və növbədə olmayanları götürüb kahin Yehoyadanın yanına gəldi.[10] Kahin yüzbaşılara Rəbbin məbədində olan padşah Davudun nizələrini və qalxanlarını verdi.

2 Padşahlar 17:18
Buna görə də Rəbb İsraillilərə qəzəblənib onlardan üz döndərdi. Yalnız Yəhuda qəbiləsindən başqa heç biri qalmadı.

Süleymanın Məsəlləri 14:29
Gec qəzəblənənin böyük dərrakəsi var,Hövsələsizlərdən səfehlik çıxar.

Azerbaijan Bible 1878
Public Domain: 1878