A A A A A

Mələklər və cinlər: [Mələklər]


Yaradılış 2:1
Göylər və yer, oradakı hər şey beləcə tamamlandı.

Koloslulara 1:16
Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı.

Əyyub 38:1-7
[1] O zaman Rəbb qasırğanın içindən Əyyuba belə cavab verdi:[2] «Məsləhəti savadsız sözlərlə qaranlığa salan bu kimdir?[3] İndi kişi kimi belinə qurşaq bağla,Sual verəcəyəm, Mənə cavab ver.[4] Mən yerin təməlini qoyarkən haradaydın?Anlayışın varsa, söylə.[5] İndi ki bilirsən,De görüm, yerin ölçüsünü kim qoydu,Yaxud yer üstündə ölçü xəttini kim çəkdi?[6] Nəyin üstündə onun təməlləri quruldu?Kim onun guşədaşını qoydu?[7] Onda dan ulduzları birgə nəğmə oxuyurdu,Bütün ilahi varlıqlar sevincdən haray salırdı.

Luka 20:35-36
[35] Amma gələcək dövrə yetişməyə və ölülər arasından dirilməyə layiq sayılanlarsa nə evlənəcək, nə də ərə gedəcək.[36] Artıq ölə də bilməzlər, çünki mələklərə bənzəyirlər və dirilmə övladları olduqlarına görə onlar Allahın övladlarıdır.

Yəhyanın Vəhyi 4:8
Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir:«Var Olmuş, Var Olan və Gəlməli Olan,Külli-İxtiyar Rəbb AllahMüqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»

Matta 22:30
Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar.

2 Şamuel 14:17
Ona görə kənizin belə düşündü. Rica edirəm, ağam padşah, sözünlə mənə təskinlik ver, çünki yaxşını-pisi başa düşməkdə Allahın mələyi necədirsə, ağam padşah da elədir. Qoy Allahın Rəbb sənə yar olsun!»

Luka 15:10
Sizə bunu deyirəm: Allahın mələklərinin önündə də tövbə edən bir günahkara görə sevinc olur».

Yəhyanın Vəhyi 14:6
Mən göyün ortasında uçan başqa bir mələk gördüm. O, yer üzündə yaşayanlara – hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir Müjdə gətirirdi.

Əyyub 4:15-18
[15] Qarşımdan bir ruh keçdi,Bütün tüklərimi ürpətdi.[16] Ruh dayandı, bunun nə olduğunu bilmədim.Gözlərimin önündə bir surət dururdu,Sükunətin içindən bir səs eşitdim:[17] “İnsan Allah qarşısında saleh olarmı?Yaradanın qarşısında təmiz adam varmı?[18] Allah bəndələrinə güvənmir,Mələklərində belə, səhv görür.

Yeşaya 14:12-14
[12] Ey parlaq ulduz, dan oğlu,Necə də göylərdən yerə düşdün!Ey millətləri tapdalayıb keçən,Necə də yerə yıxıldın![13] Sən ürəyində dedin:“Göylərə qalxacağam,Taxtımı Allahın ulduzları üzərində ucaldacağam,Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam,[14] Uca buludların üzərinə çıxacağam,Haqq-Taala kimi olacağam”.

Yəhudanın 1:6
Öz başçılıqlarını saxlamayan, məskunlaşdığı yerləri tərk edən mələkləri də böyük qiyamət günü üçün əbədi zəncirlərlə bağlayaraq zülmətdə saxlamışdı.

1 Peterin 3:21-22
[21] İsa Məsih göyə qalxıb və Allahın sağındadır. Mələklər, hakimlər və qüvvələr də Ona tabedir.[22] Beləliklə, Məsih cismən əzab çəkdiyinə görə siz də eyni düşüncələrlə silahlanın. Çünki cismən əzab çəkən günahdan vaz keçmişdir.

1 Peterin 1:12
Bu şeyləri elan edərək özlərinə deyil, sizə xidmət etdikləri onlara açıqca göstərildi. Müjdəni göydən göndərilmiş Müqəddəs Ruh vasitəsilə sizə yayanlar indi həmin xəbəri sizə bildirdilər. Mələklər də bu şeyləri yaxından tanımaq arzusundadırlar.

İbranilərə 12:22
Lakin siz Sion dağına, var olan Allahın şəhərinə – səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə,

Yəhyanın Vəhyi 5:11-12
[11] Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında saysız-hesabsız mələk gördüm və onların səsini eşitdim.[12] Onlar uca səslə deyirdi:«Kəsilmiş QuzuQüdrəti, sərvəti, hikməti, qüvvəti,Şərəfi, izzəti və alqışıAlmağa layiqdir».

Zəbur 78:25-49
[25] İnsan mələklərin çörəyindən yedi,Onlara doyunca yemək verildi.[26] Göylərdə şərq küləyini əsdirdi,Qüdrəti ilə cənub küləyini gətirdi.[27] Başlarına toz kimi ət yağdırdı,Onlara dənizdəki qum qədər quşlar göndərdi.[28] Düşərgələrinin ortasına,Qaldıqları yerin ətrafına səpələdi.[29] Onlar doyunca, çox yedi,İştahaları çəkən şeyləri onlara verdi.[30] Lakin iştahaları qurtarmamış,Yemək ağızlarında olarkən[31] Allah onlara qarşı hiddətini artırdı,Ətli-canlılarını qırdı,İsrail igidlərini vurub yerə sərdi.[32] Bununla belə, günahlarını davam etdirdilər,Onun xariqələrinə inanmadılar.[33] Buna görə də günlərini puç etdi,Dəhşətlə ömürlərini sona yetirdi.[34] Ölənləri görüb Allahı axtardılar,Geri dönüb Allahı səylə aradılar.[35] Yadlarına düşdü ki, Allah onların Qayası idi,Allah-Taala onların Satınalanı idi.[36] Lakin ağızları ilə Ona yaltaqlanırdılar,Dilləri ilə Ona yalan danışırdılar.[37] Qəlblərində Ona qarşı dönük olmuşdular,Əhdinə vəfasız çıxmışdılar.[38] Allah isə rəhmlidir, günahı bağışlayır,Günahkarı yox etmir.Dəfələrlə qəzəbini saxlayır,Hiddətini tamamilə oyanmağa qoymayır.[39] Yada saldı ki, onlar yalnız bəşərdir,Onlar əsən, geri dönməyən küləyə bənzəyir.[40] Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular,Neçə dəfə çöllükdə Onu kədərləndirdilər![41] Allahı dönə-dönə sınadılar,İsrailin Müqəddəsinin xətrinə dəydilər.[42] Xatırlamadılar Onun qüdrətini,Düşməndən azad etdiyi günü,[43] Misirdə göstərdiyi əlamətləri,Soan bölgəsində göstərdiyi möcüzələri.[44] Misirlilər sulardan içə bilməsinlər deyəSuları qana döndərib çaylardan axıtmışdı.[45] Onları göndərdiyi mozalanlara yem etmişdi,Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi.[46] Əkinlərini tırtıllara,Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi.[47] Üzümlərini dolu ilə,Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi.[48] Naxırlarını dolu ilə,Sürülərini şimşəklə qırmışdı.[49] Onların üzərinə qızğın qəzəbini,Hirsini, hiddətini, dərdləri,Bir qoşun ölüm mələklərini tökmüşdü.

Zəbur 91:11
Allah sənə görə mələklərinə əmr edər ki,Gedəcəyin hər yerdə səni qorusunlar,

Zəbur 103:20
Rəbbə alqış edin, ey Onun mələkləri,Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər!

Matta 4:6-11
[6] dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı“Allah Sənə görə mələklərinə əmr edər ki,Səni əlləri üstündə aparsınlar,Ayağın bir daşa dəyməsin”deyə yazılmışdır».[7] İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır».[8] İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi:[9] «Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm».[10] İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır».[11] Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi.

Matta 16:27
Çünki Bəşər Oğlu Atasının izzəti içində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə əvəzini verəcək.

Matta 18:10
Bu kiçiklərdən birinə belə, xor baxmaqdan çəkinin. Çünki sizə deyirəm: onların səmadakı mələkləri göylərdə olan Atamın üzünü daima görür.

Matta 24:31-35
[31] O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq.[32] Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır.[33] Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.[34] Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.[35] Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.

Luka 4:10
Axı“Allah Sənə görə mələklərinə əmr edər ki,Səni qorusunlar,

Yəhya 20:11-12
[11] Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı.[12] Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu.

Koloslulara 2:18
Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır.

İbranilərə 1:14
Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi?

İbranilərə 2:6-13
[6] Lakin kimsə bir yerdə belə şəhadət etdi:«İnsan kimdir ki, onun haqqında düşünürsən?Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?[7] Onu mələklərdən az müddət ərzində aşağı tutdun,İzzət və əzəmət tacını onun başına qoydun.[8] Hər şeyi onun ayağının altına qoyub tabe etdin».Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı. Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük.[9] Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu.[10] Hər şey Allah üçün və Allah vasitəsilə mövcuddur. Bir çox övladı izzətə çatdırmaq üçün onların xilasının Banisini əzablar vasitəsilə kamil etməsi Allaha münasib idi.[11] Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir:[12] «İsmini qardaşlarıma elan edəcəyəm,Toplantı arasında Sənə həmd söyləyəcəyəm».[13] Yenə də deyir:«Mən Ona güvənəcəyəm»və yenə«Budur, Mən və Allahın Mənə verdiyi övladlar».

İbranilərə 13:2
Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər.

2 Peterin 2:4
Çünki Allah günahkar mələkləri cəzasız qoymadı, onları qiyamət gününə qədər saxlanmaq üçün cəhənnəmə ataraq zülmətdə buxovladı.

Azerbaijan Bible 1878
Public Domain: 1878