A A A A A

Əlavə: [Qırılan Ürək]


1 Korinflilərə 13:7
O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər.

1 Peterin 5:7
Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.

1 Şamuel 16:7
Lakin Rəbb Şamuelə belə dedi: «Onun görünüşünə və uca boyuna baxma, Mən onu rədd etmişəm. Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar».

2 Korinflilərə 5:7
Gözlə görünənə deyil, imana görə həyat sürürük.

2 Korinflilərə 12:9
Amma O mənə dedi: «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur». Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm.

İbranilərə 13:5
Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».

Yeşaya 6:1
Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü.

Yeşaya 41:10
Qorxma, çünki Mən səninləyəm,Dəhşətə gəlmə, çünki Allahın Mənəm.Səni qüvvətləndirəcəyəm,Sənə kömək edəcəyəm.Sadiq sağ əlimlə sənə dayaq olacağam.

Yeşaya 57:15
Uca və əzəmətli,Əbədi yaşayan, adı müqəddəs OlanBelə deyir:«Mən yüksək və müqəddəs yerdə yaşadığım haldaRuhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki,Özünü aşağı tutanların ruhunu dirildim,Əzilmişlərin ürəyini dirçəldim.

Yeremya 29:11
Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.

Yəhya 3:16
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.

Yəhya 12:40
«Allah onların gözlərini kor etdiVə ürəklərini kütləşdirdi ki,Gözləri ilə görməsinlər,Ürəkləri ilə anlamasınlarVə Mənə sarı dönməsinlər ki,Mən onlara şəfa verim».

Yəhya 14:1
Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin.

Yəhya 14:27
Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın.

Yəhya 16:33
Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim».

Luka 24:38
Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir?

Mark 11:23
Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək.

Matta 5:8
Nə bəxtiyardır ürəyi təmiz olanlar!Çünki onlar Allahı görəcək.

Matta 11:28
Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız.

Süleymanın Məsəlləri 3:5
Bütün qəlbinlə Rəbbə güvən,Öz idrakına etibar etmə.

Zəbur 34:18
Rəbb qəlbisınıqlara yaxındır,O, ruhən əzilmişləri qurtarır.

Zəbur 51:17
Allaha məqbul olan qurban sınmış ruhdur,Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!

Zəbur 55:22
Sən qayğı yükünü Rəbbə ver,Qoy sənə dayaq olsun.O heç vaxt salehə sarsıntı verməz.

Zəbur 147:3
O, sınıq qəlblərə şəfa verər,Yaralarını sarıyar.

Yəhyanın Vəhyi 21:4
Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».

Romalılara 8:28
Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir.

Romalılara 12:2
Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.

Süleymanın Məsəlləri 4:23
Hər şeydən əvvəl öz ürəyini qoru,Çünki həyat çeşməsi odur.

Süleymanın Məsəlləri 3:5-6
[5] Bütün qəlbinlə Rəbbə güvən,Öz idrakına etibar etmə.[6] Bütün yollarında Onu tanı,O sənin yollarını düzəldər.

1 Korinflilərə 6:19-20
[19] Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz,[20] çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.

Filipililərə 4:6-7
[6] Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.[7] Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.

Matta 11:28-30
[28] Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız.[29] Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».[30] O vaxtlar İsa bir Şənbə günü taxıl zəmiləri arasından keçirdi. Şagirdləri ac idi və sünbülləri qırıb yeməyə başladılar.

Zəbur 34:1-22
[1] Hər zaman Rəbbə alqış edəcəyəm,Ona daim mənim dilim həmd edəcək.[2] Rəblə könlüm fəxr edir,Ey məzlumlar, eşidib sevinin![3] Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq,Rəbbin ismini birgə ucaldaq.[4] Rəbbə üz tutdum, O mənə cavab verdi,O hər bir dəhşətdən məni xilas etdi.[5] Rəbbə baxan nur saçar,Üzü qızarmaz.[6] Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi,Bütün əzablarımdan məni xilas etdi.[7] Rəbdən qorxanları Onun mələyi müdafiə edər,Onlara zəfər verər.[8] Dadın, görün Rəbb nə qədər şirindir,Nə bəxtiyardır Ona pənah gətirənlər![9] Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun,Ondan qorxan heç nəyə möhtac qalmaz.[10] Gənc aslanlar ac-yalavac qaldılar,Lakin Rəbbi axtaranlarHeç bir yaxşı şeydən korluq çəkməzlər.[11] Gəlin, ey övladlar, məni dinləyin,Rəbb qorxusunu sizə öyrədim:[12] Kim həyatdan kam almaq istəyirsə,Uzun ömür sürüb xoş gün görmək istəyirsə,[13] Qoy dilini şərdən,Ağzını fırıldaq üçün işlətməkdən qorusun,[14] Qoy şərdən çəkinib yaxşılıq etsin,Sülhü axtarıb ardınca getsin![15] Rəbbin gözü salehlərin üzərindədir,Qulaqları onların fəryadlarına açıqdır.[16] Rəbbin üzü şər iş görənlərə qarşıdır,Yer üzündə onlardan nişanə qoymayacaq.[17] Salehlər fəryad çəkəndə Rəbb eşidir,Onları bütün əzablarından azad edir.[18] Rəbb qəlbisınıqlara yaxındır,O, ruhən əzilmişləri qurtarır.[19] Salehlər çox bəlaya düçar olar,Lakin Rəbb onları hər birindən qurtarır.[20] Rəbb onların hər bir sümüyünü qoruyur,Heç biri zədələnməz.[21] Pislər öz şəri ilə məhv olacaq,Salehə nifrət edən məhkum olacaq.[22] Rəbb qullarının canını azad edir,Rəbbə pənah gətirən məhkum olmur.

Azerbaijan Bible 1878
Public Domain: 1878