A A A A A

Əlavə: [İyrənc]


Daniel 11:31
Onun göndərdiyi qoşunlar qalxıb qalanı – Müqəddəs məkanı murdarlayacaq, daimi yandırma qurbanını dayandıracaq və viranəlik gətirən iyrənc şeyi orada qoyacaqlar.

Daniel 12:11
Daimi yandırma qurbanlarının dayandırıldığı və viranəlik gətirən iyrənc şeyin qoyulduğu vaxtdan min iki yüz doxsan gün keçəcək.

Qanunun Təkrarı 22:5
Qadın kişi paltarı, kişi də qadın paltarı geyinməsin, çünki belə şeyləri edən hər kəs Allahınız Rəbbə iyrənc görünür.

Qanunun Təkrarı 23:18
Qadının və ya kişinin fahişəliklə qazandığı qazancı Allahınız Rəbbin məbədinə təqdim etməyin. Hər ikisi Allahınız Rəbbin gözündə iyrəncdir.

Qanunun Təkrarı 24:4
onu evdən çıxarmış əvvəlki əri onu təkrar özünə arvad edə bilməz, çünki qadını ləkələmişdir. Bu, Rəbbin hüzurunda iyrəncdir. Allahınız Rəbbin sizə irs olaraq verəcəyi ölkədə belə günaha yol verməyin.

Yeşaya 1:13
Mənə artıq batil təqdimlər gətirməyin,Buxur Məndə ikrah yaradır.Pisliklə doluTəzə Ay mərasimlərinizə,Şənbə günlərinizə,Müqəddəs toplantılarınızaDözə bilmirəm!

Levililər 7:18
Əgər ünsiyyət qurbanlarının ətindən üçüncü gün yeyilsə, o qurbanı gətirən adam qəbul olunmaz və qurban onun xeyrinə sayılmaz, bu ət iyrənc sayılar və onu yeyən adam cəzasını çəkər.

Levililər 18:22
Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməsin, bu, iyrəncdir.

Süleymanın Məsəlləri 11:1
Aldadıcı tərəzi Rəbdə ikrah yaradar,Rəbb düz çəki daşından razı qalar.

Süleymanın Məsəlləri 11:20
Əyri ürəkli olmaq Rəbdə ikrah yaradar,O, yolu kamil olanlardan razı qalar.

Süleymanın Məsəlləri 12:22
Rəbb yalançı dilə ikrah edər,Həqiqəti yerinə yetirənlərdən isə razı qalar.

Süleymanın Məsəlləri 15:8
Rəbb şər insanın etdiyi qurbandan ikrah edir,Əməlisalehlərin duasından isə razı qalır.

Süleymanın Məsəlləri 15:26
Pislərin məqsədləri Rəbdə ikrah yaradar,Ona xoş gələnlərin sözlərini təmiz sayar.

Süleymanın Məsəlləri 16:5
Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər,Doğrudan da, onlar cəzasız qalmaz.

Süleymanın Məsəlləri 17:15
Şərə haqq vermək, salehi məhkum etmək –Hər ikisi Rəbdə ikrah yaradır.

Süleymanın Məsəlləri 20:10
Aldadıcı ölçü, aldadıcı çəki –Hər ikisi Rəbdə ikrah yaradar.

Süleymanın Məsəlləri 20:23
Fərqli çəki daşları Rəbdə ikrah yaradar,O, aldadıcı tərəzidən xoşlanmaz.

Süleymanın Məsəlləri 28:9
Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır,Onun duaları iyrəncdir.

Yəhyanın Vəhyi 21:27
Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.

Mark 13:14
Viranəlik gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın.

Matta 24:15
Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın –

Romalılara 1:26-27
[26] eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib bir-birlərinə şəhvətlə qızdılar; kişilər kişilərlə rüsvayçılıq edib öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar.[27] Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncələrə təslim etdi ki, ədəbsiz işlər görsünlər.

Levililər 20:12-13
[12] Gəlini ilə yaxınlıq edən kişi gəlini ilə birgə – hər ikisi öldürülməlidir, çünki bu rəzillikdir. Bunlar qanlarının tökülməyinə özləri baisdir.[13] Kişi qadınla yaxınlıq etdiyi kimi kişi kişi ilə yaxınlıq edərsə, hər ikisi iyrənc iş görür və onlar öldürülməlidirlər; qanlarının tökülməyinə özləri baisdir.

Süleymanın Məsəlləri 6:16-20
[16] Rəbbin zəhləsi altı şeydən gedir,Yeddi şey var, ondan ikrah edir:[17] Təkəbbürlə baxan gözlər;Yalan danışan dil;Nahaq qan tökən əllər;[18] Məqsədi şər olan ürək;Şərə çatmaq üçün qaçan ayaqlar;[19] Nəfəsini yalanla çıxaran yalançı şahid;Qardaşlar arasında nifaq salan şəxs.[20] Oğlum, atanın əmrini yerinə yetir,Ananın öyrətdiklərini atma.

Azerbaijan Bible 1878
Public Domain: 1878