A A A A A

Əlavə: [Bolluq]


1 Timofeyə 5:8
Öz yaxınlarının, xüsusən, ailə üzvlərinin qayğısına qalmayan insan imanı inkar etmiş və imansızdan betərdir.

2 Korinflilərə 9:8
Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun.

Qanunun Təkrarı 29:12
bu gün Allahınız Rəbbin and edərək sizinlə bağladığı bu əhdi həyata keçirəsiniz.

Efeslilərə 3:20
imanlılar cəmiyyətində və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun! Amin.

Çıkış 34:6
Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm,

Yaqubun 1:17
hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.

Yəhya 10:10
Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun.

Luka 6:38
Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək».

Luka 6:45
Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar.

Matta 6:33
Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.

Filipililərə 4:19
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.

Süleymanın Məsəlləri 3:5-10
[5] Bütün qəlbinlə Rəbbə güvən,Öz idrakına etibar etmə.[6] Bütün yollarında Onu tanı,O sənin yollarını düzəldər.[7] Öz gözündə özünü hikmətli sanma,Rəbdən qorx, şərdən çəkin.[8] Bu, bədəninə şəfa verər,Sümüklərinə ilik olar.[9] Rəbbi var-dövlətinlə,Məhsulunun nübarı ilə şərəfləndir.[10] Onda anbarların nemətlə dolar,Şərab çənlərin təzə şərabla daşar.

Zəbur 23:5
Düşmənlərimin qarşısındaMənim üçün süfrə açırsan,Başıma ətirli yağ çəkirsən,Ağzınadək camımı doldurursan.

Zəbur 36:8
Evinin bolluğu ilə onları doydurursan,Sənin xoşhal edən axar çayından onları içirirsən.

Zəbur 37:11
Həlimlər yer üzünü mülk olaraq alacaq,Əmin-amanlığın bolluğundan zövq tapacaq.

Zəbur 65:11
Yaxşılıqlarınla tac qoyursan,Yollarından yağ damır,

Zəbur 72:16
Qoy ölkənin zəmiləri bol olsun,Dağların başında dalğalansın.Bu ölkə Livan kimi məhsul versin,Qoy şəhərin əhalisi ot kimi bitsin.

Romalılara 15:13
Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.

Zəbur 66:8-12
[8] Ey xalqlar, Allahımıza alqış edin,Ona həmd edin, səsiniz eşidilsin![9] Odur canımızı qoruyan,Ayağımızı büdrəməyə qoymayan.[10] Ey Allah, bizi sınaqdan keçirtdin,Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın.[11] Sən bizi Öz torunla tutdun,Kürəyimizə ağır yük qoydun.[12] Sən insanları başımızın üstündən keçirtdin.Oda düşdük, suya düşdük,Axırda bizi Sən bolluğa çıxartdın.

Azerbaijan Bible 1878
Public Domain: 1878