Müqəddəs Seçki
Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878

Nəğmələr Nəğməsi 1

1

Bu nəğmələr nəğməsi Süleymanındır.

2

Qoy dodaqların məni öpdükcə öpsün,Çünki eşqin şərabdan da yaxşıdır.

3

Vurduğun ətrin qoxusu nə gözəldir,Adın belə, ətirqabıdan tökülən ətri xatırladır,Ona görə qızların sevimlisi olmusan.

4

Bağrına bas məni, səninlə qaçaq,Qoy padşah məni otağına aparsın.Səninlə sevinib biz şadlanarıq,Şərabdan da artıq eşqinizi anarıq.Sənə heyran olanlar haqlıdır.

5

Ey Yerusəlimdəki qızlar,Qedar çadırları tək,Süleymanın pərdələri təkQaralsam da mən,Yenə gözələm.

6

Baxmayın ki, mən qarayanızam,Günəşdən qaralmışam,Qardaşlarımın mənə qəzəbi tutarkənMəni üzümlüklərinə qarovulçu qoydular.Mən də öz üzümlüyümə baxa bilmədim.

7

Ey könlümün sevgilisi, söylə mənə:Sürünü harada otarırsan?Günorta sürünü harada yatırırsan?Niyə sənin dostlarının sürülərinin yanında gedən,Üz-gözünü bürüyən bir qadına bənzəyim?

8

Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən,Sürülərin izi ilə get,Oğlaqlarını çoban çadırlarının yanında otar.

9

Ey yarım, sənFironun arabalarını çəkənGözəl madyana bənzəyirsən.

10

Yanağına düşən bəzəklərlə,Boynundakı daş-qaşdan olan boyunbağı iləBax nə qədər gözəlsən.

11

Sənə düymələri gümüşdənQızıl silsilə düzəldəcəyik.

12

Padşah süfrəsində oturarkənHər yanı nard çiçəyimin ətri bürüyür.

13

Mənim üçün sevgilimDöşlərimin arasında yatan mirra kisəsidir.

14

Mənim üçün sevgilimEn-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür.

15

Ey yarım, nə gözəlsən, nə gözəlsən!Göyərçin gözlüsən!

16

Ey sevgilim, nə gözəlsən,Sən nə qədər şirinsən!Yaşıldır yatağımız.

17

Evlərimizin dirəkləri sidr ağacındandır,Tavanımızın oymaları şam ağacındandır.

Azerbaijan Bible 1878
Public Domain: 1878