A A A A A

Bir il Bibliya

Sentyabr 9

Yeşaya 9:1-21
1. Lakin əzab çəkmiş xalq qaranlıqda qalmayacaq.Keçmişdə Rəbb Zevulun və Naftali bölgələrini alçaltdı,Gələcəkdə isə dənizkənarı yolu,İordan çayının o biri tayını,Müxtəlif millətlər yaşayan QalileyanıŞərəfə çatdıracaq.
2. Zülmətdə yaşayan xalqMöhtəşəm bir işıq gördü.Ölüm kölgəsi diyarında məskunlaşanlarınÜzərinə nur doğdu.
3. Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın,Əkib-biçənlərin fərəhləndiyi,Qənimət bölənlərin sevindiyi kimiOnlar da Sənin hüzurunda sevindilər.
4. Çünki onlara yük olan boyunduruğunu,Çiyinlərini döyən çomağını,Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisənMidyanlıların başlarına gətirdiyin gün kimi.
5. Döyüşdə geyilən çəkmələri,Qana bulanmış geyimləri yandırılacaq,Oda yem olacaq.
6. Çünki bizim üçün körpə doğuldu,Bizə oğul verildi,Hakimiyyət onun çiyinləri üzərində olacaq,Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah,Əbədi Ata, Sülh Hökmdarı olacaq.
7. Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq,O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək,O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq.Ordular Rəbbinin qeyrəti bunu edəcək.
8. İsrail üzərində həyata keçirilsin deyəRəbb Yaqub nəslinin əleyhinə xəbərdarlıq etdi.
9. Bütün xalq,Efrayimin, Samariyanın sakinləriBunu biləcək.Bu qürurlu, təkəbbürlü xalq belə deyir:
10. «Kərpic evlərimiz yıxıldı,Amma əvəzinə yonma daşdan evlər tikərik.Firon ənciri ağacları kəsildi,Amma biz onların əvəzinə sidr ağacları əkərik».
11. Buna görə Rəbb Resinin düşmənlərini gücləndirəcək,Yağılarını dirçəldəcək,
12. Aramlılar şərqdən,Filiştlilər qərbdənAğızlarını açıb İsraili udacaq.Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,Əli hələ də cəzalandırmağa hazır idi.
13. Amma xalq onu cəzalandıran Rəbbə tərəf dönmədi,Ordular Rəbbini axtarmadı.
14. Buna görə Rəbb İsraildən başı, quyruğu,Xurma ağacının budağını, qarğını bir gündə kəsib atacaq.
15. Baş – ağsaqqal və hörmətli şəxsdir,Quyruq isə yalan təlim verən peyğəmbərdir.
16. Bu xalqa yol göstərənlər onları azdırır,Onların ardınca gedənlər qırılır.
17. Buna görə də XudavəndOnların cavanlarına görə sevinməyəcək,Yetimlərin və dul qadınların halına yanmayacaq.Çünki hamı allahsızdır,Şər işlər görür,Hamının ağzından axmaq kəlmələr çıxır.Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,Əli hələ də cəzalandırmağa hazır idi.
18. Ona görə pislik alovlanıb-yanır,Tikanla qanqalı yandırıb-yaxır,Meşədəki kolluqlar məhv olur,Tüstü sütunları qalxır.
19. Ordular Rəbbinin qəzəbiÖlkəni od kimi yandırdı,Xalqı alov yandırıb-yaxır,Qardaş qardaşa rəhm etmir.
20. Adamlar orada-burada tapdıqlarını yeyəcək,Amma doymayıb ac qalacaq.Hər kəs öz uşağının ətini yeyəcək.
21. Menaşşe Efrayimi yeyəcək,Efrayim Menaşşeni.Sonra birlikdə Yəhudaya hücum edəcəklər.Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,Əli hələ də cəzalandırmağa hazır idi.

Yeşaya 10:1-34
1. Haqsız qaydalar çıxaranların,Ədalətsiz qanun qoyanların,
2. Yoxsullardan ədaləti əsirgəyənlərin,Xalqımın kasıblarının haqqını əlindən alanların,Dul qadınları soyanların,Yetimlərin malını ələ keçirənlərin vay halına!
3. Cəza günü uzaqlardan başınıza bəla gələndə nə edəcəksiniz?Kömək üçün kimin yanına qaçacaqsınız?Mal-dövlətinizi harada saxlayacaqsınız?
4. Dustaqlar arasında əyilməkdənYaxud öldürülənlər arasında yıxılmaqdanBaşqa bir çarə qalmayacaq.Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,Əli hələ də cəzalandırmağa hazır idi.
5. «Vay Aşşurun halına,O Mənim qəzəb əsam,Əlindəki dəyənəksə qeyzimdir!
6. Aşşuru göndərəcəyəm allahsız millətin üstünə,Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə,Qarət etməyə, talan malı götürməyə.Onları küçələrdəki palçıq kimiTapdalamağa əmr verəcəyəm.
7. Amma Aşşur padşahıBundan da pis niyyətlər haqda düşünür,Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir.
8. O deyir: “Məgər sərkərdələrimin hamısı padşahlardan artıq deyilmi?
9. Kalnonu Karkemiş kimi ələ keçirmədimmi?Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi?Samariya ilə Dəməşq bizə təslim olmadılarmı?
10. Yerusəlimlə Samariyadakından daha çox oyma bütləri olanBütpərəst ölkələri necə ələ keçirdimsə,
11. Samariyaya və onun bütlərinə nə etdimsə,Yerusəlimə və onun bütlərinə də elə etmərəmmi?”»
12. Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək:«Aşşur padşahını qürurlu ürəyinə görə,Təkəbbürlü baxışlarına görə cəzalandıracağam.
13. Çünki o deyir:“Bunu mən əlimin qüvvəti ilə, hikmətim və ağlımla etdim.Xalqları ayıran sərhədləri yox etdim, xəzinələrini talan etdim,Bir güclü buğa kimi padşahları taxtlarından endirdim.
14. Elə bil əlimi quş yuvasına uzadıbXalqların var-dövlətini götürdüm.Elə bil yiyəsiz yumurtaları yığıbBütün dünyanı mən beləcə zəbt etdim.Qanad çırpan, ağzını açıb səsini çıxaran belə, olmadı”».
15. Balta onu işlədənin qarşısında öyünərmi?Mişar onu qaldıranın qarşısında qürrələnərmi?Sanki dəyənək onu götürəni işlədir,Elə bil ağacdan düzəlmiş əsa canlını hərəkət etdirir.
16. Buna görə Sahibimiz, Ordular RəbbiAşşurun güclü əsgərlərinə azar göndərəcək,Möhtəşəm orduları od tutub yanacaq.
17. İsrailin Nuru od,İsrailin Müqəddəsi alov olacaq.Aşşuru tikan və qanqal kimi bir gündə yandırıb yox edəcək.
18. Gözəl meşələri, məhsuldar tarlalarıTamamilə xarab olacaq,Ağır xəstəliyə tutulan insanın canı kimiHəlak olacaq.
19. Meşələrində qalan ağaclarsaBir uşağın saya biləcəyi qədər az qalacaq.
20. O gün İsrailin sağ qalanları,Yaqubun nəslindən xilas olub sağ qalanlarOnları həlak edənlərə artıq bel bağlamayacaq.Lakin, həqiqətən, Rəbbə –İsrailin Müqəddəsinə arxalanacaq.
21. Sağ qalanlar,Yaqub nəslindən sağ qalanlarQüdrətli Allaha tərəf dönəcək,
22. Ey İsrail, xalqın dəniz qumu qədər çox olsa belə,Onlar arasından ancaq sağ qalanlar Allaha tərəf dönəcək.Tükənməz ədalətlə dağıdılma hökmü verilib.
23. Xudavənd, Ordular Rəbbi dağıdılma hökmünüBütün dünyada yerinə yetirəcək.
24. Buna görə də Xudavənd, Ordular Rəbbi belə deyir:«Ey Sionda yaşayan xalqım,Misirlilərin sənə etdiyi kimiSəni dəyənəklə vuran,Üzərinə çomaq qaldıranAşşurlulardan qorxma.
25. Çünki bu yaxında qəzəbim sönəcək,Hiddətim Aşşurluların məhvinə səbəb olacaq».
26. Mən Ordular Rəbbi, Midyanlıları Orev qayasında vurduğum kimiOnları da qırmancla vuracağam,Dəyənəyimi Misirlilərə qarşı nə cür dənizin üzərinə uzatdımsa,İndi də elə edəcəyəm.
27. O gün Aşşurun yükü çiyninizdən,Boyunduruğu boynunuzdan götürüləcək.Dirçəldiyinizə görə boyunduruq qırılacaq.
28. Ayat şəhərini alıb Miqrondan keçdilər,Mikmasda yüklərini boşaltdılar.
29. Onlar keçidi keçdi, Gevada gecələdi,Rama şəhəri lərzəyə gəldi,Şaulun şəhəri Giveada yaşayanlar qaçdı.
30. Ey Qallim əhli, səsini ucalt!Ey Layşa, dinlə,Ey zavallı Anatot!
31. Madmena sakinləri qaçır,Gevim sakinləri sığınacaq axtarır.
32. Bu gün işğalçılar Novda qalacaq,Sion şəhərinin qurulduğu dağa –Yerusəlim təpəsinə yumruq göstərəcək.
33. Budur, Sahibimiz, Ordular RəbbiDüşməni dəhşətli gücü ilə budaqlar kimi kəsəcək.Ən hündür ağaclar qırılacaq,Qürurlular alçaldılacaq.
34. Meşədəki kolluqları balta kimiKəsib yerə sərəcək.Livan Qüdrətli Olanın önündə diz çökəcək.

Zəbur 106:1-5
1. Rəbbə həmd edin!Rəbbə şükür edin, ona görə ki yaxşıdır,Çünki məhəbbəti əbədidir.
2. Rəbbin qüdrətli işlərini sözlə demək olarmı?Onu layiqincə həmd edən varmı?
3. Nə bəxtiyardır ədalətə bağlananlar,Hər zaman əməlisaleh olanlar!
4. Ya Rəbb, xalqına lütf edərkən məni yada sal,Onları nicata çatdırarkən mənim də qayğıma qal.
5. Qoy seçdiklərini bəxtiyar görüm,Millətinin sevinci ilə sevinim,İrsinlə birlikdə fəxr edim.

Süleymanın Məsəlləri 25:1-2
1. Bunlar da Süleymanın məsəlləridir. Yəhuda padşahı Xizqiyanın adamları bir yerə yığılıb bunların üzünü köçürtdü.
2. Allahın işlərinin müəmması Onu şərəfləndirər,Bu işləri aşkar etmək padşahlara şərəf gətirər.

2 Korinflilərə 1:1-24
1. Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Paul və Timotey qardaşdan Allahın Korinfdə olan cəmiyyətinə və bütün Axayyadakı müqəddəslərə salam!
2. Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
3. Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O, rəhmli Ata və hər cür təsəlli verən Allahdır.
4. Çəkdiyimiz hər bir əziyyətdə O bizə təsəlli verir ki, biz də Allahdan aldığımız təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək.
5. Çünki Məsihin əzablarını necə böyük həcmdə çəkiriksə, Məsih vasitəsilə o cür böyük təsəlli də tapırıq.
6. Əziyyət çəkiriksə, bu sizə təsəlli və xilas gətirir. Təsəlli tapırıqsa, bu da bizim kimi çəkdiyiniz əzablara dözəsiniz deyə sizə güc verən bir təsəlli almanız üçündür.
7. Sizinlə bağlı ümidimiz sarsılmaz. Çünki əzablarımıza şərik olduğunuz kimi təsəllimizə də şərik olduğunuzu bilirik.
8. Ey qardaşlar, Asiya vilayətində çəkdiyimiz əziyyətlərdən bixəbər olmağınızı istəmirəm. Gücümüzdən daha artıq bir yük altında qaldıq. Hətta yaşamaqdan belə, ümidimizi kəsmişdik.
9. Daxilən hiss etdik ki, ölümə məhkum olmuşuq. Amma bu özümüzə deyil, ölüləri dirildən Allaha güvənməyimiz üçün başımıza gəldi.
10. Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardı və qurtarmaqda davam edəcək. Ümidimizi Ona bağlamışıq
11. və siz də dualarınızla bizə kömək etdikcə bizi yenə qurtaracaq. Belə ki bir çox insanın etdiyi dua nəticəsində bizə verdiyi ənamdan ötrü qoy çoxları bizim üçün Allaha şükür etsin.
12. Vicdanımız da şahiddir ki, dünyaya, xüsusən sizə görə bəşəri müdrikliklə deyil, Allahın lütfü ilə, Allahdan gələn səxavət və səmimiyyətlə həyat sürmüşük. Biz buna görə fəxr edirik.
13. Biz elə bir şey yazmırıq ki, siz oxuyub başa düşə bilməyəsiniz. Hələlik bizi bir az başa düşmüsünüz. Rəbbimiz İsa Məsihin günündə bizim fəxrimiz siz olduğunuz kimi sizin də fəxriniz biz olacağıq. Ümidvaram ki, bunu tamam başa düşəcəksiniz.
14.
15. Buna əmin olub əvvəlcə yanınıza gəlmək niyyətində idim ki, ikiqat xeyir tapasınız.
16. Həm Makedoniyaya gedəndə, həm də Makedoniyadan qayıdanda yanınıza gəlmək niyyətində oldum. Bundan sonra siz məni Yəhudeyaya yola salmalı idiniz.
17. Bu niyyətdə olanda görəsən qərarsız idimmi? Ya da niyyətlərim cismani təbiətimdən doğur ki, gah «bəli, bəli», gah da «xeyr, xeyr» deyim?
18. Allahın sədaqətinə and olsun ki, sizə çatdırdığımız xəbər gah «bəli», gah da «xeyr» deyil.
19. Sila və Timoteylə birlikdə sizə vəz etdiyimiz Allahın Oğlu İsa Məsih həm «bəli», həm də «xeyr» deyil. Onda yalnız «bəli» var.
20. Çünki Allahın bütün vədləri İsa Məsihdə «bəli»dir. Buna görə Allahın izzəti üçün Məsih vasitəsilə «Amin» deyirik.
21. Bizi sizlərlə birlikdə Məsihə möhkəm bağlayan və bizi məsh edən Allahdır.
22. O bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu.
23. Allah şahidimdir, canıma and olsun ki, indiyədək sizə qıymadığım üçün Korinfə gəlmədim.
24. İmanınıza ağalıq etmək istəmirik, sevinməniz üçün sizinlə birgə çalışırıq. Çünki imanda dönməz dayanmısınız.