A A A A A

Bir il Bibliya


Sentyabr 30


Yeşaya 51:1-23
1. Ey salehliyi arayanlar, Rəbbi axtaranlar,Məni dinləyin!Yonulduğunuz qayaya,Çıxarıldığınız çuxurun dərinliyinə baxın.
2. Atanız İbrahimə, sizi doğan Saraya baxın!Mən onu tək çağırdım, xeyir-dua verdim,Nəslini artırdım.
3. Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək.Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək.Orada sevinc və şadlıq tapacaqlar,Şükürlər, ilahilər oxunacaq.
4. Ey xalqım, Məni dinlə,Ey ümmətim, Məni eşit!Qanun Məndən çıxacaq,Ədalətimi nur təkXalqlara ehsan edəcəyəm.
5. Salehliyim yaxındır, qurtuluşum gəlir,Xalqları Öz gücümlə mühakimə edəcəyəm.Uzaq diyarlar Mənə bel bağlayır,Qüvvətimə ümid edir.
6. Başınızı qaldırıb göylərə nəzər salın,Aşağıya, yer üzünə baxın.Çünki göylər dağılacaq tüstü kimi,Yer üzü paltar kimi köhnələcək.Beləcə yer üzünün sakinləri də qırılacaq.Lakin Mənim xilasım əbədidir,Salehliyim sonsuzdur.
7. Ey salehlikdən xəbərdar olanlar,Qanunumu qəlblərində saxlayan xalq,Mənə qulaq asın!Adamların məzəmmətindən qorxmayın,Onların söyüşlərindən dəhşətə düşməyin.
8. Onlar güvənin yediyi paltar kimi məhv olacaq,Qurdun yediyi yun kimi məhv olacaq.Lakin Mənim salehliyim əbədidir,Qurtuluşum nəsillər boyu duracaqdır.
9. Qalx, qalx, güclən, ey Rəbbin qolu!Qədim zamanlardakı kimiQalx əvvəlki nəsillərin vaxtında olduğu kimi!Sən Rahavıparça-parça etmədinmi?Sən əjdahanın bədənini deşmədinmi?
10. Dənizi, dərin suları Sən qurutmadınmı?Satın alınan xalqının keçməsindən ötrüDənizin dərinliklərini yola çevirənSən deyildinmi?
11. Rəbbin satın alınmış adamları qayıdacaq,Sevinclə nəğmə deyərək Siona gələcək.Üzlərində əbədi sevinc olacaq,Onlar sevinc və şadlıq tapacaq,Kədər və qəm-qüssə yox olacaq.
12. Rəbb deyir: «Sizə təsəlli verən Mənəm, Mən!Fani insandan, ot kimi solan bəşər oğlundan qorxanGör sən kimsən?
13. Səni yaradan, göyləri sərən,Dünyanın təməlini qoyan Rəbbi necə unudursan?Səni məhv etmək niyyətində olanZülmkarın qəzəbindən gün boyu, dayanmadan qorxursan.Bəs hanı zülmkarın qəzəbi?
14. Zəncirlərlə buxovlanmış dustaqlarTezliklə azadlığa çıxacaq.Ölüm çuxuruna düşməyəcək,Çörəkləri əskik olmayacaq.
15. Allahınız Rəbb Mənəm.Mənəm dənizi gur dalğalarla çalxalayan.Ordular Rəbbidir Onun adı!
16. Mən sözlərimi sənin ağzına qoydum,Əlimin kölgəsində səni gizlətdim ki,Göyləri qurum, dünyanın təməlini qoyum,Siona “Xalqım sənsən” deyim».
17. Oyan, oyan, qalx ayağa, ey Yerusəlim!Sən ki Rəbbin əlindənQəzəb kasasını alıb içdin.Sərxoşluq kasasını axıra qədər boşaltdın.
18. Doğduğu bütün oğullardan ona yol göstərən,Böyütdüyü bütün oğullardan ona əl tutan olmadı.
19. Bu iki bəla sənin başına gəldi,Dərdinə kim şərik olacaq?Qarət, dağıntı, qıtlıq və qılınc!Sənə necə təsəlli verim?
20. Övladların taqətdən düşüb,Rəbbin qəzəbi, Allahının məzəmməti üzərlərindədir.Onlar tələyə düşmüş cüyür kimiHər küçə başında uzanıb.
21. Buna görə də, ey yaralı Yerusəlim,Şərabsız sərxoş xalq, bunu eşit!
22. Xudavəndin Rəbb, Öz xalqını müdafiə edənAllahın belə deyir:«Budur, sərxoşluq kasasını əlindən almışam.Qəzəbimin kasasından artıq içməyəcəksən.
23. Bu kasanı sənin zülmkarlarının əlinə verəcəyəm.Axı onlar sənə belə dedi:“Uzan yerə, üstündən keçək”.Sən də kürəyini torpaq kimi, yol kimi etdin ki, üstündən keçsinlər».

Yeşaya 52:1-15
1. Qalx, qalx, ey Sion, qüdrətinə qurşan!Ey müqəddəs şəhər, ey Yerusəlim,Gözəl paltarlarını geyin!Çünki sünnətsizlər, murdarlarSənin darvazalarından əsla keçməyəcək.
2. Üst-başındakı tozu çırp,Qalx, ey Yerusəlim, taxtına otur,Zənciri boynundan qır,Ey əsir aparılan Sion qızı!
3. Rəbb belə deyir:«Siz müftə satılmışdınız,Müftə də satın alınacaqsınız».
4. Xudavənd Rəbb belə deyir:«Xalqım qürbətdə yaşamaq üçünƏvvəllər Misirə enmişdi.Sonra Aşşurlular onlara boş yerə zülm etdi.
5. Xalqım nahaq yerə götürülüb aparıldı,İndi bundan Mənə nə qaldı?» Rəbb bəyan edir.Bu, Rəbbin sözüdür:«Onların başçıları ah-zar edir,Həmişə, gün boyu adım küfrlə çəkilir.
6. Buna görə xalqımMənim adımı tanıyacaq,O gün “budur, Mənəm” deyənin Mən olduğunu başa düşəcək».
7. Sülh xəbəri gətirən,Dağları aşıb-gələnMüjdəçinin qədəmləri necə də gözəldir!O, xoş müjdə gətirir,Qurtuluş xəbəri verir,Sion xalqına«Allahınız hökm sürür!» bəyan edir.
8. Qulaq asın! Gözətçilər səslərini ucaldır,Birlikdə mədh oxuyur,Çünki Rəbbin Siona qayıdışınıÖz gözləri ilə görür.
9. Ey Yerusəlim xarabalıqları,Şənlik edin, birlikdə mədh oxuyun,Çünki Rəbb xalqına təsəlli verdi,Yerusəlimi satın aldı.
10. Rəbb bütün millətlərin gözləri önündəMüqəddəs qolunu çırmaladı,Yer üzünün qurtaracağınadək hər yerAllahımızın gətirdiyi xilası görəcək.
11. Çəkilin, çəkilin, oradan çıxın,Murdar şeylərə toxunmayın,Oradan çıxıb təmizlənin,Ey Rəbbin əşyalarını daşıyanlar!
12. Axı siz tələsmədən çıxacaqsınız,Qaça-qaça getməyəcəksiniz,Çünki Rəbb qarşınızda gedəcək,İsrailin Allahı arxanızda olacaq.
13. Budur, Mənim qulum uğur qazanacaq,O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək.
14. Çoxları onun qarşısında mat qalacaq.Bəli, onun görkəmi çox dəyişmişdi,Zahirən insan surətindən çıxmışdı.
15. Lakin o, çox millətləri heyrətə salacaq,Onun qarşısında padşahlar ağzını yumacaq,Çünki onlar bilmədiklərini görəcək,Eşitmədiklərini anlayacaq.

Zəbur 112:5-10
5. Səxavətlə borc verən,İşlərini ədalətlə görən yaxşı insandır.
6. Belə adam əsla sarsılmaz,Saleh insan əbədi olaraq yadda qalacaq.
7. Pis xəbərdən qorxmaz,Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir,
8. Cəsur ürəklidir,Düşmənlərinin süqutunu görənədək qorxmaz.
9. Səpələyər, fəqirlərə paylayar,Salehliyi əbədi qalar,Qüdrəti və hörməti ucalar.
10. Pis adamsa bunu görüb qəzəblənər,Dişlərini qıcıdar, yanıb-tökülər,Pislərin arzusu puç olar.

Süleymanın Məsəlləri 26:16-16
16. Tənbəl öz gözündəAğıllı cavab verən yeddi nəfərdən də çox hikmətli görünər.

Efeslilərə 2:1-22
1. Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz.
2. Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz.
3. Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik.
4. Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün
5. təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz.
6. Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu.
7. Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.
8. Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir.
9. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.
10. Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.
11. Buna görə cismən başqa millətlərdən olan sizlər bir zamanlar kim olduğunuzu yada salın; bədəndə əllə icra olunan sünnətə malik olub «sünnətlilər» deyə tanınanların «sünnətsiz» adlandırdığı sizlər
12. o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz.
13. Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz.
14. Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı.
15. Qanunu əmrləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsin
16. və çarmıx vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. O, ölümü ilə ədavəti yox etdi.
17. O gəlib həm uzaqda olan sizlərə, həm də yaxındakılara bu barışdırma Müjdəsini yaydı.
18. Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik.
19. Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.
20. Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür.
21. Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır.
22. Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.