A A A A A

Bir il Bibliya


Sentyabr 23


Yeşaya 37:1-38
1. Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi.
2. O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi.
3. Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulma vaxtı çatıb, ancaq doğmağa güc yoxdur.
4. Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”».
5. Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə
6. Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma.
7. Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».
8. Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi.
9. Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O bunu eşidəndə Xizqiyanın yanına qasidlər göndərib dedi:
10. «Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın.
11. Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi?
12. Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardılarmı?
13. Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»
14. Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi.
15. Xizqiya Rəbbə dua edib dedi:
16. «Ey keruvlar üstündə əyləşən Ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan.
17. Ya Rəbb, qulağın eşitsin, gözün görsün. Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi bütün sözlərə qulaq as.
18. Ya Rəbb, doğrudur, Aşşur padşahları bütün ölkələri və onların torpaqlarını talan etdi,
19. allahlarını oda atıb məhv etdi. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdi.
20. Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsin ki, Rəbb yalnız Sənsən!»
21. Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrail Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə dua etdin”.
22. Onun haqqında Rəbbin söylədiyi söz budur:“Bakirə Sion qızıSənə xor baxıb lağ edir,Yerusəlim qızıSənin arxanca başını bulayır.
23. Kimi söyüb küfr etdin?Kimə qarşı səsini qaldırdın?Kimə lovğalıqla baxdın?İsrailin Müqəddəsinə!
24. Nökərlərinin vasitəsilə Rəbbi təhqir edib dedin:‹Çoxlu döyüş arabalarımlaDağların zirvəsinə,Livanın ən uca yerlərinə çıxdım.Uca sidr ağaclarını,Gözəl şam ağaclarını kəsdim,Uzaq təpələrinə,Yaşıl meşələrinə çıxdım.
25. Quyu qazdım və sularını içdim,Misirin bütün çaylarını ayağımla qurutdum›.
26. Məgər eşitməmisən ki,Mən çoxdan bu işi hazırladım,Qədimdən bəri müəyyən etdiyimiİndi yerinə yetirirəm ki,Sən qalalı şəhərləri dağıdıbViranəliyə çevirəsən.
27. Bu şəhərlərin sakinləri zəiflədi,Çaşqınlığa və xəcalətə düşdü.Yetişməmişdən əvvəl yandırılanÇöl otu, göyərti və damda bitən ot kimi oldu.
28. Sənin oturuşunu,Girişini-çıxışını,Mənə qarşı hiddətini bilirəm.
29. Mənə qarşı hiddətləndiyinə görə,Lovğalığın qulağıma çatdığına görəHalqamı burnuna və yüyənimi ağzına taxacağam,Səni gəldiyin yolla geri qaytaracağam.
30. Ancaq sənin üçün əlamət budur, ey Xizqiya!Bu il və gələn il özü yetişən barını,Üçüncü il isə taxıl zəmilərini,Üzüm bağları salıb onların bəhrəsini yeyin.
31. Yəhuda nəslindən qurtulub sağ qalanlarYenə aşağıya doğru kök atacaq,Yuxarıya doğru bəhrə verəcək.
32. Çünki qalanlar Yerusəlimdən,Xilas olanlar Sion dağından çıxacaq.Ordular Rəbbinin qeyrəti bunu edəcək”.
33. Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir:“O bu şəhərə girməyəcək,Oraya ox atmayacaq,Qarşısına qalxanla çıxmayacaq,Qala önündə torpaq qalağı qurmayacaq.
34. Ancaq gəldiyi yolla geri qayıdacaq,Bu şəhərə girməyəcək”Rəbb bəyan edir.
35. “Mən bu şəhəri Özüm üçün,Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».
36. O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb.
37. Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı.
38. O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek ilə Şareser onu qılıncla öldürdü və Urartu ölkəsinə qaçdı. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu.

Yeşaya 38:1-22
1. O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”».
2. Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi:
3. «Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.
4. Sonra Rəbbin sözü Yeşayaya nazil oldu:
5. «Qayıt, Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax sənin ömrünü on beş il artırıram.
6. Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam. Bu şəhəri qoruyacağam.
7. Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur:
8. batan günəşin Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəsi on dərəcə geri çəkiləcək”». Beləliklə, günəş enmə dərəcəsindən on dərəcə geri çəkildi.
9. Yəhuda padşahı Xizqiya xəstələnib şəfa tapdığından sonra bunu yazdı:
10. «Mən öz-özümə dedim:Ömrüm yarıya çatan zamanÖlülər diyarının qapısından keçməliyəm,Həyatımın qalan illərindən məhrum olmuşam.
11. Dedim, Rəbbi dirilər arasında,Bəli, Rəbbi bir daha görməyəcəyəm.Bu dünyada yaşayanlar kimiArtıq insan üzü görməyəcəyəm.
12. Evim çoban çadırı kimi dağıldı,Əlimdən alındı.Həyatım dəzgahda toxunan saplar kimi dövr edirdi,Ya Rəbb, bu dəzgahdan məni kəsdin.Bir günün içində əcəlimi çatdırdın.
13. Səhərə qədər ağrılardan çığırdım,Rəbb aslan tək bütün sümüklərimi qırır.Bir günün içində əcəlimi çatdırdın.
14. Qaranquş kimi, durna kimi çığırdım,Mən göyərçin tək inləyirəm.Göyə baxmaqdan gözlərim yoruldu.Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
15. Nə deyim? Mənimlə danışan, bunu edən Rəbdir.Çəkdiyim əzablardan sonra qalan illərimiSakit yaşayacağam.
16. Ya Xudavənd, adamları yaşadan Sənsən,Məni də Sən yaşadırsan.Məni yenə canlandıracaqsan,Yaşat məni!
17. Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu.Sən sevginlə canımı qəbirdən qurtardın,Bütün günahlarımı aradan götürdün.
18. Axı ölülər diyarı Sənə şükür etməz,Ölüm həmdlər söyləməz,Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz.
19. Bu gün Sənə etdiyim kimiDirilər, yalnız dirilər Sənə şükür edər.Atalar Sənin sədaqətini övladlarına tanıtdırır.
20. Rəbb mənə qurtuluş verdi,Ömrümüz boyu Rəbbin məbədindəSəni simli alətlərlə, ilahilərlə mədh edərik».
21. Əvvəl Yeşaya demişdi: «Əncir kündəsi götürün, çibanın üstünə qoyun ki, padşah sağalsın».
22. Xizqiya dedi: «Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?»

Zəbur 109:14-20
14. Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın,Anasının günahı heç zaman yuyulmasın!
15. Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar,Dünyadan izi-tozu silinsin, yada salınmasınlar!
16. Çünki məhəbbət göstərməyi unutdular,Məzlumu, fəqiri, qəlbisınıqlarıHəlak etmək üçün təqib etdilər.
17. Qarğış etməyi sevirdi, öz başına dönsün,Alqış etməyi sevmirdi, ona əli çatmasın!
18. Ondan əynindəki paltar kimi qarğış çıxardı,Qoy qarğışı su kimi canına, ilik kimi sümüklərinə hopsun!
19. Qarğışı onu əyninin libası kimi bürüsün,Hər gün belinə kəmər tək dolansın!
20. Məni ittiham edənlər,Mənim barəmdə pis sözlər söyləyənlərRəbbin cəzasına gəlsinlər!

Süleymanın Məsəlləri 26:1-1
1. Yay fəslinə qar, biçinə yağış yaraşmadığı kimiAxmağa da şərəf yaraşmaz.

Qalatiyalılara 1:1-24
1. Nə insanlardan, nə də insan vasitəsilə, yalnız İsa Məsih və Onu ölülər arasından dirildən Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan
2. və mənimlə olan bütün qardaşlardan Qalatiyada olan imanlı cəmiyyətlərə salam!
3. Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
4. Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın.
5. Allaha əbədi izzət olsun! Amin.
6. Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk edib başqa bir müjdəyə tərəf dönürsünüz.
7. Əslində başqa müjdə yoxdur. Amma sizi lərzəyə salıb Məsihin Müjdəsini təhrif etmək istəyənlər vardır.
8. Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun!
9. Əvvəlcə dediyimizi indi bir daha deyirəm: kim sizə qəbul etdiyiniz Müjdəyə zidd bir şey yayırsa, ona lənət olsun!
10. İndi mən insanları, yoxsa Allahı məmnun etməyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım.
11. Qardaşlar, sizə bəyan edirəm ki, mənim yaydığım Müjdənin mənbəyi insan deyil.
12. Çünki mən onu insandan almadım və insan tərəfindən də öyrədilmədim. Bunu mənə İsa Məsih vəhy vasitəsilə açdı.
13. Yəhudi dininə bağlı olduğum günlərdə mənim necə həyat sürdüyümü eşitdiniz. Mən Allahın cəmiyyətini hədsiz təqib edir, onu dağıdırdım.
14. Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irəlidə idim. Ata-babalarımın adət-ənənələrinin qeyrətini həddindən artıq çəkirdim.
15. Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah
16. Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim.
17. Yerusəlimə, məndən qabaq həvari olanların yanına da getmədim, amma Ərəbistana getdim, sonra yenə Dəməşqə qayıtdım.
18. Üç il keçəndən sonra isə Kefa ilə tanış olmaq üçün Yerusəlimə getdim və on beş gün onun yanında qaldım.
19. O biri həvarilərin heç birini görmədim. Yalnız Rəbbin qardaşı Yaqubu gördüm.
20. Allahın önündə sizə yazdıqlarımın yalan olmadığını deyirəm.
21. Sonra Suriya və Kilikiya diyarlarına getdim.
22. Yəhudeyanın Məsihdə olan cəmiyyətləri isə məni şəxsən tanımırdılar.
23. Yalnız bu sözü eşidirdilər: «Bir zaman bizi təqib edən şəxs vaxtilə yox etməyə çalışdığı imanı müjdələyir».
24. Beləliklə, mənə görə Allahı izzətləndirirdilər.