A A A A A

Bir il Bibliya


Sentyabr 20


Yeşaya 30:1-33
1. Rəbb bəyan edir: «Bu dikbaş övladların vay halına,Mənim niyyətlərimi yox, öz niyyətlərini qururlar,Ruhuma uyğun olmayan razılaşma edirlər,Eləcə günahı günaha qatırlar.
2. Məndən məsləhət almadanMisirə gedirlər,Fironun himayəsini axtarırlar,Misirin kölgəsi altında sığınacaq tapırlar.
3. Fəqət fironun himayəsiOnlar üçün xəcalətə,Misir kölgəsi altındakıSığınacaq rüsvayçılığa çevriləcək.
4. Başçıları Soanda olduqlarına,Elçiləri Xanesə yetişdiklərinə baxmayaraq,
5. Özlərinə faydası olmayan xalqa görə hamı utanacaq.O xalqın onlara nə köməyi, nə də faydası olacaq,Ancaq xəcalət və rüsvayçılıq olacaq».
6. Negev heyvanları barəsində xəbərdarlıq:Yəhudanın elçiləri erkək və dişi aslanların,Gürzələrin, uçan ilanların yaşadığıNarahat və təhlükəli torpaqdan keçirlər.Mal-dövlətini eşşəklərin belinə,Xəzinələrini dəvələrin hürgücünə yükləyibOnlara kömək edə bilməyən xalq üçün aparırlar.
7. Misirin köməyi boş və faydasızdır,Buna görə də Mən Misirə«Tənbəl Rahav»adını qoydum.
8. «İndi get, sənə danışdığımıOnların qarşısında bir lövhəyə yaz, kitaba köçür ki,Gələcəkdə, əbədiyyətdə şahid olsun.
9. Çünki bu, üsyankar xalq,Yalançılar nəslidir,Rəbbin qanununa qulaq asmaq istəməyən bir soydur.
10. Onlar baxıcılara “bir daha görüntü görməyin”,Görücülərə “bizim üçün düzgün şeylər haqqında peyğəmbərlik etməyin,Bizə xoş sözlər söyləyin,Arzuladığımızı peyğəmbərlik edin.
11. Yoldan çəkilin, bizə yol verin,İsrailin Müqəddəsini bizimlə üzləşdirməyin” deyirlər».
12. Buna görə də İsrailin Müqəddəsi belə deyir:«Bu sözü rədd etdiyinizə görə,Zorakılığa və yalana güvənib bel bağladığınıza görə
13. Bu qəbahət sizin üçün hündür divarda əmələ gələn çata bənzəyir,Qəflətən, bir an içində dağıla bilər.
14. Ölkəniz də bir gil qab kimi qırılacaq,Elə xıncım-xıncım olacaq ki,Ocaqdan od götürmək üçünYaxud hovuzdan su çəkmək üçün bir qırığı da qalmayacaq».
15. Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir:«Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız,Sakitləşib inanmaqla qüdrətli olarsınız,Lakin siz bunu istəmirsiniz.
16. Siz dediniz: “Xeyr, atlara minib-qaçacağıq”,Buna görə siz qaçmalı olacaqsınız.“Çevik atlara minəcəyik”.Buna görə təqibçiləriniz də çevik olacaq.
17. Min nəfər bir nəfərin hədəsinə görə qaçacaq,Beş nəfərin hədəsinə görə hamınız qaçacaqsınız;Sağ qalanlarınız dağın zirvəsindəki bayrağın şüvülü tək,Təpədəki bayraq tək olacaq».
18. Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir,Yenə də sizə rəhm etməyə hazırdır,Çünki Rəbb adil Allahdır,Onu intizarla gözləyənlər nə bəxtiyardır!
19. Ey Yerusəlimdə yaşayanlar, ey Sion xalqı,Siz artıq ağlamayacaqsınız,Fəryad etdikdə Rəbb sizin üçün lütfkar olacaq,Fəryadınızı eşidən kimi cavab verəcək.
20. Rəbb çörəyi əzabla, suyu çətinliklə sizə verəcək,Lakin O bir daha Mürəbbinizi sizdən gizlətməyəcək,Onu gözünüzlə görəcəksiniz.
21. Sağa ya sola azdığınız vaxtArxanızdan «Yol budur, gedin bu yolla»Deyilən səsi eşidəcəksiniz.
22. Onda siz gümüşlə örtülən oyma bütlərinizi,Qızılla örtülmüş tökmə bütləriniziMurdar hesab edəcəksiniz.Murdar bir şeyi atdığınız kimi onları atıb deyəcəksiniz:«Rədd ol!»
23. Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək,Torpağın məhsulu bol və bərəkətli olacaq.O gün mal-qaranız geniş otlaqlarda otlayacaq.
24. Torpağı şumlayan öküzlərlə eşşəklərKürəklə, yaba ilə sovrulmuş duzlu yem yeyəcək.
25. O böyük məğlubiyyət günündəQalalar yerə çökəndəHər hündür dağdan,Hər uca təpədən sellər axacaq.
26. Rəbb Öz xalqının yaralarını sarıdığı gün,Zərbəsi ilə açdığı yaralarına şəfa verən gün,Ay işığı günəş işığı,Günəşin işığı yeddi günün işığı kimiYeddi qat artıq parlayacaq.
27. Budur, Rəbbin adı uzaqdan gəlir,Qızğın qeyzlə qara bulud içindəAğzı qəzəbli sözlərlə doludur,Dili sanki hər şeyi məhv edən alovdur.
28. Onun nəfəsi insan boğazına çatmış daşan sel kimidir,Millətləri ələkdən keçirəcək ki, məhv olsunlar,Xalqların ağzına yüyən taxacaq ki, yolunu azsınlar.
29. Siz isə müqəddəs bayram gecəsi kimiİlahilər oxuyacaqsınız.Rəbbin dağına, İsrailin Qayasına tütək çalaraq çıxan təkÜrəyiniz şadlanacaq.
30. Rəbb əzəmətli səsini eşitdirəcək,Qızğın qəzəblə, hər şeyi yandıran alovla,Fırtına ilə, güclü leysanla, dolu iləQolunun qüdrətini göstərəcək.
31. Aşşur Rəbbin səsindən vahiməyə gələcək,Rəbb dəyənəyi ilə onları vuracaq.
32. Rəbbin onlara endirdiyi dəyənəyinin hər zərbəsiniDəf və liralar müşayiət edəcək.Döyüşərkən əl-qol atıb onları vuracaq.
33. Tofet çoxdan hazırdır,Aşşur padşahı üçün dəO yer dərinləşdirilib genişləndirilmişdir.Od çuxurunda çoxlu odun, alov var.Rəbbin nəfəsi kükürd axını kimi onu yandırar.

Yeşaya 31:1-9
1. Kömək üçün Misirə enənlərin,Atlara güvənənlərin vay halına!Onlar döyüş arabalarının çoxluğuna,Süvarilərin gücünə bel bağlayır!Amma İsrailin Müqəddəsinə baxmırlar,Rəbbi axtarmırlar!
2. Lakin Rəbb tam hikmətə malikdir,O bəla gətirər, Öz sözlərini geri götürməz,Pislik edən adamlara,Günahkarlara kömək edənlərə qarşı çıxar.
3. Misirlilər Allah deyil, insandır,Atları da ətdəndir, ruhdan deyil.Rəbb Öz əlini uzadandaYardım edən büdrəyəcək,Yardım alan yıxılacaq,Hamısı birlikdə məhv olacaq.
4. Çünki Rəbb mənə belə dedi:«Şir ya gənc aslan öz şikarı üstünə nərə çəkəndəBir dəstə çoban ona qarşı haray salsa da,Aslan onların səslərindən qorxmur,Qışqırıqlarına məhəl qoymur.Ordular Rəbbi də elə enəcək,Sion dağını, onun təpələriniQorumaq üçün döyüşəcək.
5. Quş qanad açıb necə balalarını qoruyursa,Ordular Rəbbi Yerusəlimi də belə qoruyacaq,Müdafiə edəcək, qurtaracaq, saxlayacaq, xilas edəcək».
6. Ey İsrail övladları, üz döndərdiyiniz Rəbbə tərəf dönün!
7. Çünki o gün hamınız əlinizlə günahkarcasına düzəltdiyiniz qızıl və gümüş bütlərinizi tullayacaqsınız.
8. «Aşşurlular qılıncdan məhv olacaq,İnsan qılıncından yox.Onlar qılıncdan keçiriləcək,Amma bu insan qılıncı olmayacaq.Aşşurlular döyüş meydanından qaçacaq,Cavanları isə yaxalanıb qul olacaq.
9. Aşşur padşahı dəhşət içində qaçacaq.Sərkərdələri bayraqlarını atıb vəlvələyə düşəcək».Bunu alovu Sionda,Ocağı Yerusəlimdə olan Rəbb bəyan edir.

Yeşaya 32:1-20
1. Budur, padşah salehliklə hökm sürəcək,Başçılar ədalətlə rəhbərlik edəcək.
2. Onların hər biriKüləyə qarşı bir pənahgah,Fırtınaya qarşı sığınacaq,Quraqlıqda bulaqlar,Cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi olacaq.
3. Görənlərin gözləri bir daha yumulmayacaq,Eşidənlərin qulaqları dinləyəcək.
4. Ağılsızların ağlı biliyə doğru yönələcək,Pəltəklər açıq-aydın danışacaq.
5. Artıq axmaq adama alicənab deyilməyəcək,Alçağı ağayana insan saymayacaqlar.
6. Çünki axmaq səfeh-səfeh danışır,Ürəyinin niyyəti pislik etməkdir.Onun işi küfr edib,Rəbbə qarşı təhqiranə danışmaq,Acları ac, susuzları susuz qoymaqdır.
7. Alçaq adamın əməlləri pisdir.O, hiylə işlədir ki,Yalan sözlərlə haqlı olan yoxsula ziyan versin.
8. Amma alicənab adamAlicənab şeylər barəsində fikirləşər.Elədiyi xoş əməllər ona dayaqdır.
9. Ey qayğısız qadınlar,Qalxın, səsimi eşidin!Ey laqeyd qızlar, sözümü dinləyin!
10. Ey laqeyd qadınlar,Siz bir ildən sonra sarsılacaqsınız,Çünki bağda məhsul,Meyvə yığımı olmayacaq.
11. Ey qayğısızlar, əsin!Ey laqeydlər, lərzəyə gəlin,Geyimlərinizi çıxarın,Soyunun, belinizə çul qurşayın.
12. Gözəl tarlalar,Məhsuldar meynələr üçün,
13. Xalqımın tikanlı kollar bitən torpağı üçün,Zövq-səfalı şəhərlərdəki şən evləriniz üçünSinə döyün.
14. Çünki saray viranə,İzdihamlı şəhər boş qalacaq,Qala ilə gözətçi qülləsiƏbədilik mağaralara çevriləcək,Vəhşi eşşəklərin gəzdiyi,Sürülərin otlaq yeri olacaq.
15. Bunlar yuxarıdan üzərimizə Ruh tökülənədək davam edəcək.O vaxt səhra məhsuldar tarlaya,Məhsuldar tarla isə meşəyə dönəcək.
16. Sonra ədalət səhrada məskunlaşacaq,Salehlik məhsuldar tarlada yaşayacaq.
17. Salehliyin bəhrəsi əmin-amanlıq,Nəticəsi isə əbədi sakitlik və təhlükəsizlik olacaq.
18. Xalqım əmin-amanlıq içində evlərində,Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq.
19. Dolu meşələrə düşsə də,Şəhər yerlə yeksan olsa da,
20. Bütün sulu torpaqlarda toxum əkənlər,Oraya malını, eşşəyini sərbəst buraxanlar,Siz nə xoşbəxtsiniz!

Zəbur 108:7-13
7. Allah Öz müqəddəs məskənindən belə söylədi:«Şekemi sevinclə bölüşdürəcəyəm,Sukkot dərəsini böləcəyəm.
8. Gilead torpağı Mənimdir,Menaşşe torpağı Mənimdir,Efrayim başımın dəbilqəsidir,Yəhuda Mənim əsamdır.
9. Moav yuyunmaq üçün ləyənimdir,Çarığımı ataraq Edomu tutacağam,Zəfər harayını Filiştə salacağam».
10. Kim məni istehkamlı şəhərə apara bilər?Edoma qədər kim mənə yol göstərə bilər?
11. Ay Allah, niyə bizi atmısan?Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
12. Düşmənin qarşısında bizə imdad et,Çünki insanın köməyi puçdur.
13. Allahın köməyi ilə şücaət göstərəcəyik,O, düşmənlərimizi tapdalayacaq!

Süleymanın Məsəlləri 25:23-24
23. Şimal küləyi yağış gətirir,Qeybətçi dil isə insanın üzünə qəzəb gətirir.
24. Davakar arvadla bir evdə yaşamaqdansaDamın bir küncündə yaşamaq yaxşıdır.

2 Korinflilərə 11:16-33
16. Yenə deyirəm, qoy heç kim məni ağılsız saymasın. Elədirsə, məni ağılsız kimi qəbul edin, qoy mən də bir az öyünüm.
17. Dediklərimi Rəbbin sözü kimi yox, öyünə-öyünə özünə güvənən ağılsız adam kimi deyirəm.
18. Madam ki bir çoxları cismani təbiətlərinə görə öyünürlər, mən də öyünəcəyəm.
19. Siz ağıllı olduğunuz üçün ağılsızlara necə də sevinclə dözürsünüz.
20. Belə ki sizi kölə edənlərə, istismar edənlərə, sizdən faydalananlara, özünü üstün sayanlara, hətta sifətinizə şillə vuranlara dözürsünüz.
21. Utanaraq qəbul edirəm ki, buna gücümüz çatmır!Kimin bir şeylə öyünməyə cəsarəti varsa, bir ağılsız kimi deyirəm ki, mənim də ona cəsarətim var.
22. Onlar İbranilərdirmi? Mən də İbraniyəm. Onlar İsraillilərdirmi? Mən də İsrailliyəm. Onlar İbrahimin nəslindəndirmi? Mən də İbrahimin nəslindənəm.
23. Onlar Məsihin xidmətçiləridirmi? Dəli kimi deyirəm ki, Onun daha böyük xidmətçisi mənəm, çünki zəhmətim daha çox olub, həbsə düşməyim daha çoxdur, döyülməyimin sayı-hesabı yoxdur, dəfələrlə ölümlə üz-üzə gəlmişəm.
24. Beş dəfə Yəhudilərdən otuz doqquz qırmanc yemişəm,
25. üç dəfə dəyənəklə döyülmüşəm, bir dəfə məni daşqalaq etdilər, üç dəfə gəmi qəzasına düşdüm və bir gün gecə-gündüz ucsuz-bucaqsız dənizdə qaldım.
26. Tez-tez səyahətdə olduğum müddətdə çaylarda təhlükəyə, quldurlar arasında təhlükəyə, soydaşlarım arasında təhlükəyə, başqa millətlər arasında təhlükəyə, şəhərdə təhlükəyə, çöldə təhlükəyə, dənizdə təhlükəyə, saxta qardaşlar arasında təhlükəyə məruz qaldım.
27. Zəhmət və əmək çəkdim, dəfələrlə yuxusuz qaldım. Aclığın, susuzluğun dadını gördüm. Çox vaxt yemək, soyuqda paltar tapmadım.
28. Bunlarla yanaşı bütün cəmiyyətlər üçün hər gün çəkdiyim qayğının yükü boynumdadır.
29. Kimsə zəif olanda mən də zəif olmadımmı? Kimsə büdrəyəndə mən alışıb-yanmadımmı?
30. Öyünməliyəmsə, zəifliyimi göstərən şeylərlə öyünəcəyəm.
31. Rəbb İsanın əbədi alqışlanan Allah və Atasına and olsun ki, yalan demirəm.
32. Dəməşqdə padşah Aretanın valisi məni tutmaq üçün şəhəri nəzarət altına almışdı.
33. Amma mən səbət içində şəhər divarlarının pəncərələrinin birindən yerə sallandım və onun əlindən qaçdım.