A A A A A

Bir il Bibliya


Sentyabr 15


Yeşaya 21:1-16
1. Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq:Cənubdan necə fırtınalar gəlirsə,Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir.
2. Dəhşətli görüntü mənə nazil oldu:Xain xainlik edir, viranəçi viran edir.Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al!Babilin bais olduğu bütün fəryadlara son qoyacağam.
3. Gördüklərimdən belimə sancı düşdü,Doğan qadın tək məni ağrı tutdu.Eşitdiklərimdən sarsıldımGördüklərimdən məni vahimə bürüdü.
4. Ürəyim əsir, dəhşət məni bürüyür.Həsrətlə gözlədiyim sübh artıq məni qorxudur.
5. Gördüyüm görüntüdə süfrə hazırlayırlar,Xalçalar sərirlər,Yeyib-içirlər.Qalxın, ey sərkərdələr,Qalxanları yağlayın!
6. Xudavənd mənə belə dedi:«Get, gözətçi təyin et,Qoy o gördüklərini danışsın.
7. Qoşa atlı döyüş arabalarına,Atlara, eşşəklərə, dəvələrə minmişAdamları gördükdə çox diqqət edin».
8. Gözətçi bağırdı: «Ey Xudavənd, gözətçi qülləsində daim duraram,Hər gecə yerimdə növbəmdə olaram.
9. Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir».Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı!Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu».
10. Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım!İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm.
11. Dumabarəsində xəbərdarlıq:Bir nəfər Seirdən məni səsləyir:«Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?»
12. Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb,Lakin yenə gecə gələcək.Soruşmaq istəsəniz, yenə gəlin soruşun».
13. Ərəbistan barəsində xəbərdarlıq:Ey Dedan karvanları,Ərəbistan meşələrində gecələyəcəksiniz!
14. Ey Tema sakinləri,Susamışlara su gətirin!Qaçıb qurtulanlara çörək verin!
15. Çünki onlar qılıncdan,Sıyrılmış qılıncdan,Çəkilmiş ox-kamandan, ağır döyüşdən qaçıb.
16. Xudavənd mənə belə dedi: «Tam bir ilin ərzində Qedarın bütün əzəməti qurtaracaq.

Yeşaya 22:1-25
1. Görüntü vadisi barəsində xəbərdarlıq:Ey şəhər xalqı, nə olub ki, hamınız damlara çıxmısınız?
2. Ey səs-küylü, əylənən, gurultulu şəhər,Öldürülənləriniz nə qılıncdan keçirildi,Nə də döyüşlərdə öldürüldü.
3. Başçılarınız birlikdə qaçdı,Onlar kamanlarından ox atmamış yaxalandı.Uzaqlara qaçdıqlarına baxmayaraq hamısı birgə yaxalandı.
4. Buna görə mən belə dedim:«Məni tənha qoyun, qoy acı-acı ağlayım,Əziz xalqım məğlub olduğuna görəMənə təsəlli verməyə cəhd göstərməyin».
5. Çünki Ordular Rəbbi XudavəndinGörüntü vadisində təlaş, basqın və çaşqınlıq günü var.Divarların dağıdılması və fəryadın dağlara çatdığı gün gəlir.
6. Elamlılar oxdanlarını tutub adamlarla dolu döyüş arabaları ilə, süvariləri ilə gəldilər.Kir sakinləri qalxanlarını açdılar.
7. Ən gözəl vadilərin döyüş arabaları ilə doludur,Süvarilər şəhər darvazalarının qarşısına düzüldülər.
8. Yəhudanın istehkamları deşik-deşik oldu,O gün siz «Meşə» adlı evdə saxlanılan silaha nəzər saldınız.
9. Davudun şəhərinin divarlarında çoxlu dəlik-deşik əmələ gəldiyini gördünüz,Aşağı hovuza su yığdınız.
10. Yerusəlimdəki evləri saydınız,Şəhər divarının təmiri üçün evləri sökdünüz.
11. Köhnə hovuzun suları üçünİki divar arasında su anbarı düzəltdiniz.Lakin bu işi Görənə baxmadınız,Bunu çoxdan hazırlayan Allaha nəzər salmadınız.
12. O gün Ordular Rəbbi Xudavənd sizi ağlaşmağa,Yas tutmağa, saçınızı yolmağa, çula bürünməyə çağırdı.
13. Fəqət bunun əvəzinə siz sevinc və şadlıq tapdınız,«Qoy yeyib-içək, çünki sabah öləcəyik!» dediniz,Cöngə, qoyun kəsdiniz, ət yediniz, şərab içdiniz.
14. Ordular Rəbbi bunu mənə açdı:«Bu günah sizə ölənə qədər əsla bağışlanmaz!»Ordular Rəbbi Xudavənd belə buyurur.
15. Ordular Rəbbi Xudavənd belə dedi:Dur, saray rəisi Şevnanın yanına get və de:
16. «Sənin burada nə işin var?Kim icazə verib ki,Burada – yüksəkdə özün üçün məzar qazasan,Qayanın içində özünə sərdabə düzəldəsən?
17. Ey güclü kişi, bax Rəbb səni var-qüvvə ilə atıb-tutacaq,
18. Top kimi yuvarlayacaq,Gen-bol ölkəyə atacaq.Orada öləcəksən və öyündüyün arabaların orada qalacaq,Axı öz ağanın evini biabır edən sənsən!
19. Səni vəzifəndən atacağam,Tutduğun yerindən qovacağam.
20. O gün qulum Xilqiya oğlu Elyaqimi çağırıb
21. Sənin geyimini ona geyindirəcəyəm,Sənin qurşağını onun belinə bağlayacağam,Səlahiyyətini onun ixtiyarına verəcəyəm.Bu adam Yerusəlim sakinlərinə,Yəhuda xalqına ata olacaq.
22. Davud nəslinin açarını onun çiynindən asacağam,Açdığını heç kim bağlaya bilməyəcək,Bağladığını heç kim aça bilməyəcək.
23. Mən onu paya kimi bərk yerə vuracağam.O, nəsli üçün fəxr olacaq.
24. Bütün nəslinin şöhrəti onun üzərində olacaq.Nəslin və övladların şərəfi –Taslardan tabaqlaradəkBütün qab-qacaqların şöhrətiOnun üzərində olacaq».
25. Ordular Rəbbi bəyan edir: «O gün bərk yerə vurulmuş paya qırılıb-düşəcək, onun üstünə asılan yük də yox olacaq». Çünki Rəbb belə söylədi.

Zəbur 107:1-9
1. Rəbbə şükür edin, ona görə ki yaxşıdır,Çünki məhəbbəti əbədidir!
2. Qoy belə söyləsin Rəbbin xilas etdikləri,Düşmən əlindən qurtardıqları,
3. Şərqdən, qərbdən, şimaldan və cənubdan –Ölkələrdən topladıqları.
4. Bəziləri səhrada, çöllükdə sərgərdan dolanırdılar,Yaşamaq üçün heç bir şəhər tapmırdılar.
5. Aclıqdan, susuzluqdanCanlarının taqəti getmişdi.
6. Onlar dara düşəndə Rəbbə fəryad etdilər,Rəbb onları dərdlərindən qurtardı.
7. Yaşamaq üçün onlar bir şəhərə çatanadəkOnları düz yolla apardı.
8. Rəbbə şükür etsinlər məhəbbətinə görə,Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
9. Çünki O, susuzlara doyunca su verər,Acları bol nemətlərlə bəslər.

Süleymanın Məsəlləri 25:14-16
14. Kim ki vermədiyi bəxşişlərlə öyünür,Yağışsız buluda və küləyə bənzəyir.
15. Səbirlə hökmdarı da inandırmaq olar,Şirin dil sümükləri belə, yumşaldar.
16. Bal tapsan, lazımi qədər ye,Acgözlüklə yesən, qusarsan.

2 Korinflilərə 1:1-16
1. Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Paul və Timotey qardaşdan Allahın Korinfdə olan cəmiyyətinə və bütün Axayyadakı müqəddəslərə salam!
2. Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
3. Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O, rəhmli Ata və hər cür təsəlli verən Allahdır.
4. Çəkdiyimiz hər bir əziyyətdə O bizə təsəlli verir ki, biz də Allahdan aldığımız təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək.
5. Çünki Məsihin əzablarını necə böyük həcmdə çəkiriksə, Məsih vasitəsilə o cür böyük təsəlli də tapırıq.
6. Əziyyət çəkiriksə, bu sizə təsəlli və xilas gətirir. Təsəlli tapırıqsa, bu da bizim kimi çəkdiyiniz əzablara dözəsiniz deyə sizə güc verən bir təsəlli almanız üçündür.
7. Sizinlə bağlı ümidimiz sarsılmaz. Çünki əzablarımıza şərik olduğunuz kimi təsəllimizə də şərik olduğunuzu bilirik.
8. Ey qardaşlar, Asiya vilayətində çəkdiyimiz əziyyətlərdən bixəbər olmağınızı istəmirəm. Gücümüzdən daha artıq bir yük altında qaldıq. Hətta yaşamaqdan belə, ümidimizi kəsmişdik.
9. Daxilən hiss etdik ki, ölümə məhkum olmuşuq. Amma bu özümüzə deyil, ölüləri dirildən Allaha güvənməyimiz üçün başımıza gəldi.
10. Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardı və qurtarmaqda davam edəcək. Ümidimizi Ona bağlamışıq
11. və siz də dualarınızla bizə kömək etdikcə bizi yenə qurtaracaq. Belə ki bir çox insanın etdiyi dua nəticəsində bizə verdiyi ənamdan ötrü qoy çoxları bizim üçün Allaha şükür etsin.
12. Vicdanımız da şahiddir ki, dünyaya, xüsusən sizə görə bəşəri müdrikliklə deyil, Allahın lütfü ilə, Allahdan gələn səxavət və səmimiyyətlə həyat sürmüşük. Biz buna görə fəxr edirik.
13. Biz elə bir şey yazmırıq ki, siz oxuyub başa düşə bilməyəsiniz. Hələlik bizi bir az başa düşmüsünüz. Rəbbimiz İsa Məsihin günündə bizim fəxrimiz siz olduğunuz kimi sizin də fəxriniz biz olacağıq. Ümidvaram ki, bunu tamam başa düşəcəksiniz.
14.
15. Buna əmin olub əvvəlcə yanınıza gəlmək niyyətində idim ki, ikiqat xeyir tapasınız.
16. Həm Makedoniyaya gedəndə, həm də Makedoniyadan qayıdanda yanınıza gəlmək niyyətində oldum. Bundan sonra siz məni Yəhudeyaya yola salmalı idiniz.