A A A A A

Bir il Bibliya


Sentyabr 14


Yeşaya 19:1-24
1. Misir barədə xəbərdarlıq:Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir.Misir bütləri Onun qarşısında titrəyir,Misirlilərin ürəkləri qorxudan əriyir.
2. Rəbb deyir:«Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam,Qardaş qardaşla, qonşu qonşu ilə,Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq.
3. Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam.Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan,Ruhçağıranlardan məsləhət istəyəcək.
4. Misirliləri qəddar bir sahibə təslim edəcəyəm,Qüvvətli padşah üzərlərində hökm sürəcək».Sahibimiz, Ordular Rəbbi belə bəyan edir.
5. Nilin suları azalacaq,Çay çəkilib quruyacaq.
6. Çaylar iylənəcək,Misirin arxları boşalıb quruyacaq,Qamışlar və qarğılar çürüyəcək.
7. Nil kənarında, çayın qırağındakı qarğılar,Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq.
8. Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq,Nilə tilov atanların hamısı ağlayacaq,Suya tor salanlar kədərlənəcək.
9. İncə kətan üzərində işləyənlər,Ağ bez toxuyanlar ümidlərini itirəcək.
10. Misirin sütunları qırılacaq,Bütün muzdlu işçilər ruhdan düşəcək.
11. Soan şəhərinin başçıları necə də axmaqdır!Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir.Onlar firona necə: «Mən müdriklərin,Qədim padşahların nəslindənəm!» deyə bilər?
12. Ey firon, sənin hikmətli vəzirlərin indi haradadır?Qoy sənə bildirsinlərOrdular Rəbbi Misirə qarşı nə hazırlayıb.
13. Soan başçıları axmaq oldu,Nof rəisləri aldandı,Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı.
14. Rəbb onların ağlını çaşdırdı.Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə,Misir də öz əməllərində belə dolaşır.
15. Misirdə heç kim heç bir iş görə bilməyəcək:Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış.
16. O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək.
17. Yəhuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yəhudanın adını eşidən hər kəs vəlvələyə düşəcək.
18. O gün Misirdə Kənan dilində danışan və Ordular Rəbbinin adına and içən beş şəhər olacaq. Onlardan biri Həlak şəhəriadlandırılacaq.
19. O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək.
20. Bu, Misir torpağında Ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülmkarlardan qurtulmaq üçün Rəbbə fəryad edəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib onları qurtaracaq.
21. Rəbb Özünü Misirlilərə tanıtdıracaq, onlar da o gün Rəbbi tanıyacaq. Misirlilər Rəbbə qurbanlar, təqdimlər gətirəcək, nəzir-niyaz edib yerinə yetirəcək.
22. Rəbb Misirliləri vuracaq və sonra şəfa verəcək. Onlar Rəbbə tərəf dönəcək, yalvarışları qəbul olunacaq və Rəbb onlara şəfa verəcək.
23. O gün Misirdən Aşşura böyük yol olacaq.Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək.Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək.
24. O gün İsrail Misir və Aşşurun yanında üçüncü ölkə olacaq. Dünya bunların sayəsində xeyir-dua alacaq.

Yeşaya 20:1-6
1. Aşşur padşahı Sarqonun əmri ilə ordusunun başçısı Aşdoda gəlib onu ələ keçirtdiyi ildə
2. Rəbb Amots oğlu Yeşayaya belə dedi: «Get, əynindəki çulunu və ayağındakı çarıqlarını çıxar». Yeşaya elə də etdi, lüt və ayaqyalın gəzməyə başladı.
3. Rəbb dedi: «Misir və Kuş üçün əlamət və ibrət olaraq qulum Yeşaya necə üç il ərzində çılpaq və ayaqyalın dolaşdısa,
4. elə də Aşşur padşahı Misiri xəcalətli etmək üçün Misirliləri əsir, Kuşluları sürgün edib gəncləri, qocaları çılpaq və ayaqyalın, ayıb yerləri açıq aparacaq.
5. Kuşa güvənən, Misirlə fəxr edən xalq qorxacaq və xəcalətə düşəcək.
6. O gün bu sahil boyunca yerləşən ölkənin sakinləri deyəcək: “Aşşur padşahının əlindən qurtulmaq üçün köməyinə güvəndiyimiz, bel bağladığımız xalqların başına gör nələr gəldi! Bəs biz nə cür qurtulacağıq?”»

Zəbur 106:40-48
40. Rəbb xalqına qarşı qəzəbindən yandı,Öz irsini iyrənc bir şey sandı.
41. Onları millətlərə təslim etdi,Onlara nifrət edənlər üzərlərində hakim oldu.
42. Düşmənləri onları zülm altına saldılar,Onlara tabe olaraq əl altında qaldılar.
43. Rəbb dəfələrlə onları azad etmişdi,Amma pisniyyətli olduqları üçün üsyankar olmuşdular,Bu insanları öz günahları alçaltdı.
44. Lakin O, fəryadlarını eşidəndəOnların əziyyətinə baxdı.
45. Bu insanlarla bağladığı əhdini yada saldı,Bol məhəbbəti naminə rəhmini göstərdi.
46. Onları əsir edənlərinQəlbinə mərhəmət saldı.
47. Ey Allahımız Rəbb, bizi qurtar,Bizi millətlərin arasından topla.Müqəddəs isminə şükür edək,Biz fəxrlə Sənə həmd söyləyək.
48. Alqış olsun İsrailin Allahı RəbbəƏzəldən sonsuza qədər!Qoy bütün xalq söyləsin «Amin!»Rəbbə həmd edin!

Süleymanın Məsəlləri 25:13-13
13. Biçin zamanı qar kimi sərinlik necədirsə,Etibarlı elçi də onu göndərən üçün belədir.O, ağasının ruhunu təzələyir.

2 Korinflilərə 6:1-18
1. Buna görə Allahla birgə işləyən bizlər rica edirik ki, Onun lütfünü boş yerə qəbul etməyəsiniz.
2. Çünki O deyir:«Münasib vaxtda səni eşitdim,Xilas günü sənə kömək etdim».Budur, indi münasib vaxt, budur, indi xilas günü.
3. Xidmətimiz etibardan düşməsin deyə heç kimi büdrədən bir şey etmirik.
4. Əksinə, Allahın xidmətçisi olaraq hər şeydə özümüz barədə zəmanət veririk; hədsiz dözümdə, əziyyətlərdə, ehtiyaclarda, sıxıntılarda,
5. döyüləndə, həbslərdə, qarışıqlıqlarda, zəhmətdə, yuxusuz qalanda, aclıqlarda,
6. pak yaşayanda, bilikdə, səbirdə, xeyirxahlıqda, Müqəddəs Ruhda, riyasız məhəbbətdə,
7. həqiqəti elan edəndə, Allahın qüvvəsində, həm sağ, həm də sol əllərimizdə salehlik silahları ilə,
8. gah ucalıb gah alçalaraq təhqir olunanda, təriflənəndə özümüz özümüzə zamin dururuq. Bizi yalançı sayırlar, amma biz doğruçuyuq.
9. Sanki naməlumuq, amma tanınırıq. Elə bil ölümün ağzındayıq, amma hələ yaşayırıq. Elə bil cəza çəkirik, amma öldürülmürük.
10. Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.
11. Ey Korinflilər, sizinlə açıq danışırıq, sizə ürəyimizi açmışıq.
12. Bizimlə yaxın münasibətinizə mane olan biz deyilik, bu maneə sizin daxili hisslərinizdədir.
13. Buna cavab olaraq, sizə övladlarım kimi deyirəm: siz də ürəyinizi açın.
14. İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var?
15. Məsihlə Belialın nə uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var?
16. Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi:«Mən aralarında yaşayıb-dolanacağam,Onların Allahı olacağam,Onlar da Mənim xalqım olacaq».
17. Ona görə «aralarından çıxıb ayrılın»Rəbb belə deyir,«Murdar şeylərə toxunmayın»;«Mən də sizi qəbul edəcəyəm».
18. «Mən sizə Ata olacağam,Siz də Mənə oğullar və qızlar olacaqsınız»Külli-İxtiyar Rəbb belə deyir.