A A A A A

Bible in one year


September 13


Yeşaya 17:1-14
1. Dəməşq barədə xəbərdarlıq:Budur, Dəməşq daha şəhər olmayacaq,Bir yığın xarabalığa dönəcək.
2. Aroer şəhərləri tərk olunacaq.Oralar sürülərin otlaq yeri olacaq,Onları qorxudan olmayacaq.
3. Efrayimdə qalalı şəhər qalmayacaq,Dəməşqin hakimiyyəti yox olacaq,Sağ qalan Aramlıların qüvvətiİsrail övladlarının qüvvəti tək olacaq.Bunu Ordular Rəbbi bəyan edir.
4. O gün Yaqub nəslinin əzəməti sönəcək,Hamısı bir dəri, bir sümük qalacaq;
5. Biçinçi taxılı necə biçirsə,Başaqları əli ilə necə yığırsa,Refaim vadisində başaqları necə toplayırsa,Onlar da elə olacaq.
6. Zeytun ağacı silkələnəndən sonraTəpəsində iki-üç zeytun qaldığı kimi,Bəhərli budaqlarında dörd-beş zeytun qaldığı kimiÇox az adam sağ qalacaq.Bunu İsrailin Allahı Rəbb bəyan edir.
7. O gün insan öz Yaradanına nəzər salacaq və gözləri İsrailin Müqəddəsini görəcək.
8. Əlləri ilə yaratdığı qurbangahlara baxmayacaq, barmaqları ilə düzəltdiyi ilahə Aşeranın rəmzi olan sütunlara, buxur qurbangahlarına nəzər salmayacaq.
9. O gün istehkamlı şəhərləriİsrail övladlarından qaçan Hivlilərlə Emorluların tərk etdiyiŞəhərlərə bənzəyəcək, viran qalacaq.
10. Sən, ey İsrail, sənə qurtuluş verənAllahını unutdun,Pənahgahın olan Qayanı xatırlamadın.Buna görə də sən əcnəbi bütlər üçün bağ əkirsən,Özgə ağacların budaqlarından peyvənd edirsən.
11. Onları əkdiyin gün böyüdürsən,Ertəsi gün çiçəkləndirirsən,Amma kədərli, sağalmayan ağrılı gündə məhsul verməyəcəklər.
12. Ah, çoxsaylı xalqların gurultusuDənizlərin gurultusuna bənzər!Ümmətlərin nərəsi böyük suların çağlayışına oxşar!
13. Ümmətlərin səsi böyük suların gurultusuna bənzəyəcək,Lakin Allah onları məzəmmət edəcək,Onlar uzaqlara qaçacaq,Küləyin qarşısında təpəliklərdəki saman çöpü kimi,Qasırğanın önündə yuvarlanan küləş kimi qovulacaqlar.
14. Axşamçağı onlar dəhşət doğururlar,Səhər açılmadan yox olurlar.Bizi soyanların aqibəti budur,Bizi qarət edənlərin sonu budur.

Yeşaya 18:1-7
1. Kuş çaylarının o tərəfində yerləşən,Qanad vızıltıları eşidilən ölkənin vay halına!
2. Dəniz yolu ilə, qamış qayıqları iləBu ölkə elçilər göndərir!Ey sürətli qasidlər, yola düşün!Çaylarla bölünmüş ölkəyə,Ucaboylu, parlaq dərili millətin,Hər yanda qorxu doğuran xalqın,Güclü və işğalçı millətin yanına gedin!
3. Ey bütün yer üzündə yaşayanlar!Ey dünya sakinləri!Dağların zirvəsinə bayraq dikələndə baxın!Şeypur çalınanda eşidin!
4. Çünki Rəbb mənə belə deyir:«Günəş şüalarından yaranan qızmarlıq kimi,Biçin vaxtının istisində şeh buludu kimiSakitcə məskənimdən baxacağam».
5. Çiçəklənmə qurtarıb məhsul yığımından əvvəlÜzümlər qora bağlayandaO, bağ qayçıları ilə pöhrələri kəsəcək,Şaxələnmiş budaqları qırıb atacaq.
6. Hamısı dağın yırtıcı quşlarına,Yerin vəhşi heyvanlarının qarşısına atılacaq.Yayda yırtıcı quşlara,Qışda bütün vəhşi heyvanlara yem olacaq.
7. O vaxt çaylarla bölünmüş ölkəUcaboylu, parlaq dərili xalq,Hər yanda qorxu doğuran xalqGüclü və işğalçı millətOrdular Rəbbinə,Ordular Rəbbinin adını qoyduğu yerə –Sion dağına xərac gətirəcək.

Zəbur 106:32-39
32. Onlar Meriva suları kənarında Rəbbi qəzəbləndirdilər,Buna görə Musanın başına qəza gəldi:
33. Onlar Musanın ruhunu incitdilər,O da düşünülməmiş sözlər dedi.
34. Rəbbin əmrini yerinə yetirmədilər,Dediyi xalqları məhv etmədilər.
35. Əksinə, həmin millətlərə qarışdılar,Adət-ənənələrini öyrənib onlara əməl etdilər.
36. Onların bütlərinə ibadət edərəkÖzlərini bu tələyə saldılar.
37. Oğul-qızlarınıCinlərə qurban verdilər.
38. Oğul-qızlarının günahsız qanını tökdülər,Onları Kənan bütlərinə qurban verdilər,Ölkəni qana bulaşdırdılar.
39. Belə işlərlə murdarlandılar,Öz əməlləri ilə xəyanətə satıldılar.

Süleymanın Məsəlləri 25:11-12
11. Yerində deyilən sözlər,Gümüş oymalar içində qızıl almalara bənzər.
12. Sözəbaxan insana hikmətlinin məzəmmətiQızıl sırğa, qızıl bəzək kimidir.

2 Korinflilərə 5:1-21
1. Bilirik ki, sığındığımız bu dünyəvi çadır dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var.
2. İndi isə səmavi məskənimiz üstümüzü örtsün deyə həsrət çəkərək inləyirik.
3. Soyunuruqsa da, lüt-üryan qalmarıq.
4. Bu dünyəvi çadırda ikən hamımız ağır yük altında inləyirik. Çünki soyunmamızı deyil, üstümüzün örtülməsini istəyirik ki, həyat fani şeyləri yeyib-udsun.
5. Bizi məhz bunun üçün hazırlaşdıran Allahdır. O, Ruhunu bizə girov verdi.
6. Buna görə həmişə arxayınlığımız var, həm də bilirik ki, bu bədəndə məskunlaşdıqca Rəbdən uzağıq.
7. Gözlə görünənə deyil, imana görə həyat sürürük.
8. Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq.
9. Buna görə bədəndə məskun və yaxud bədəndən uzaq olmağımıza baxmayaraq, məqsədimiz Rəbbi razı salmaqdır.
10. Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq.
11. Demək, Rəbdən qorxmanın nə olduğunu anladığımız üçün insanları inandırmağa çalışırıq. Allaha bizim kim olduğumuz aşkardır və ümidvaram ki, sizin vicdanınıza da aşkardır.
12. Sizə özümüz barədə yenə zəmanət vermək istəmirik, amma ürəkləri ilə deyil, zahiri görünüşləri ilə öyünənlərə cavab verə biləsiniz deyə bizimlə fəxr etməniz üçün sizə imkan yaradırıq.
13. Əgər ağlımızı itirmişiksə, bu, Allah üçündür, yox, əgər ağlımız başımızdadırsa, bu sizin üçündür.
14. Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü.
15. Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
16. Bunun nəticəsində də biz artıq heç kimi bəşəri nöqteyi-nəzərdən tanımırıq. Nə vaxtsa Məsihi bəşəri nöqteyi-nəzərdən tanısaq da, indi Onu elə tanımırıq.
17. Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.
18. Bunların hamısı Allahdandır. O, Məsih vasitəsilə bizi Özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi.
19. Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi.
20. Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın.
21. Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.