A A A A A

Bible in one year


August 29


Vaiz 7:1-29
1. Yaxşı ad ətirli yağdan,Ölüm günü isə doğum günündən yaxşıdır.
2. Yas evinə getməkZiyafət evinə getməkdən yaxşıdır,Çünki hər kəsin axırı ölümdür.Gərək yaşayan hər adamBunu yadında saxlasın.
3. Qüssə gülməkdən yaxşıdır,Çünki üzün qəmgin olmasıİnsan üçün daha yaxşıdır.
4. Hikmətli adamın ürəyi yas evindədir,Amma ağılsızın ürəyi şadlıq evində.
5. Hikmətli adamın məzəmmətini eşitməkAğılsızın nəğməsini eşitməkdən yaxşıdır.
6. Çünki ağılsız adamın gülməyiQazan altında yanan tikanlı kolun səsi kimidir.Bu da puçdur.
7. Haram gəlir hikmətli adamı ağılsıza çevirir,Rüşvət isə ürəyi bərbad edir.
8. Bir şeyin axırı əvvəlindən yaxşıdır,Səbirli adam qürurludan yaxşıdır.
9. Qəzəblənməyə tələsmə,Çünki qəzəb ağılsızlarınÜrəyində yuva salar.
10. “Niyə keçən günlər bu gündən yaxşı idi?” demə,Çünki verdiyin sual hikmətli sual deyil.
11. Hikmət miras mal qədər yaxşıdır,Dünyada yaşayan hər kəs üçün faydalıdır.
12. Çünki pul necə insanın sipəridirsə,Hikmət də eləcə insanın sipəridir.Amma biliyin faydası bundan ibarətdir:Hikmət ona sahib olana həyat verər.
13. Allahın işinə diqqət et:Onun əydiyini kim düzəldə bilər?
14. Yaxşı gündə şad-xürrəm ol,Pis gündə isə bunu anla:Hər cür günü Allah təyin edib ki,İnsan özündən sonra nə olacağını bilməsin.
15. Puç ömrümdə bunları gördüm:Saleh adam salehliyinə baxmayaraq, ölür,Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır.
16. Həddən artıq saleh olma,Həddən artıq müdrik olma.Nə üçün özünü üzəsən?
17. Həddən artıq pis olma,Həddən artıq ağılsız olma.Nə üçün əcəlin çatmamış öləsən?
18. Bir şeydən yapışmağın yaxşıdır,Amma o birindən də əlini çəkmə.Çünki Allahdan qorxan adamHər ikisini tarazlayar.
19. Hikmət ağıllı adamaŞəhərdə olan on hakimin hökmündənDaha çox güc verər.
20. Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki,Yalnız yaxşılıq edib heç bir günah etməsin.
21. Adamların dediyi hər sözə məhəl qoyma,Onda nökərinin səni söydüyünü eşitməzsən.
22. Çünki sənin ürəyin də yaxşı bilir ki,Sən də başqa adamları çox söymüsən.
23. Bu deyilənlərin hamısını hikmətlə sınadım.“Hikmətli olacağam” söylədim.Amma buna qadir olmadım.
24. Hikmət deyilən şeyÇox uzaqda, çox dərindədir.Onu kim tapa bilər?
25. Mən ürəyimdə niyyət etdim ki,Hikməti və hər şeyin əsasını bilim,Axtarıb araşdırım,Bilim ki, pislik ağılsızlıqdır,Ağılsızlıq isə dəlilikdir.
26. Tələ quran qadınıÖlümdən acı gördüm.Onun ürəyi tora,Əlləri zəncirə bənzər.Allahın razı qaldığı adam ondan qaçar,Ancaq günahkar adam ona əsir olar».
27. Vaiz deyir:«Bax bunu öyrəndim:Hər şeyin əsasını tapmaq üçünBir-bir araşdıran zaman
28. Ürəyim hey axtarır, ancaq tapa bilmir.Min kişinin içində bir yaxşısını tapdım,Amma bu qədər qadının içində bir yaxşısını tapmadım.
29. Ancaq bunu öyrəndim ki,Allah insanları kamil yaratdı,Onlar isə qarışıq fikirlərə düşdü.

Zəbur 102:1-5
1. Ya Rəbb, bu duama qulaq as,Qoy fəryadım Sənə çatsın.
2. Nə olar, dar günümdə üzünü məndən gizlətmə,Qulaq as, Səni çağırarkən mənə tez cavab ver.
3. Günlərim tüstü kimi çəkilir,Sümüklərim elə bil yanıb közə dönür.
4. Ürəyim kəsilib atılan ot kimi saralıb-solur,Çörək yemək belə, yadımdan çıxır.
5. Ah-zar çəkməkdənBir dəri, bir sümük qalmışam.

Süleymanın Məsəlləri 24:7-9
7. Səfeh üçün hikmət əlçatmazdır,Darvazada susub ağzını açmır.
8. Şər quran fitnəkar adlanar,
9. Səfehin pis əməlləri günah sayılar,Rişxəndçilər insanlarda ikrah yaradar.

1 Korinflilərə 10:1-18
1. Qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, ata-babalarımızın hamısı bulud altında qorundu, hamısı da dənizdən keçdi.
2. Hamısı Musanın ardınca getmək üçün buludda və dənizdə vəftiz edildi.
3. Hamısı eyni ruhani qida yedi
4. və eyni ruhani içki içdi. Çünki onlar ardlarınca gələn ruhani Qayadan içirdi. O Qaya da Məsih idi.
5. Amma Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi.
6. Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək.
7. Onlardan bəzisi kimi bütpərəst olmayın. Onlar barədə belə yazılıb: «Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı».
8. Onlardan bəzisi kimi cinsi əxlaqsızlıq etməyək. Bir gündə onlardan iyirmi üç min nəfər öldü.
9. Məsihi sınamayaq: onlardan bəziləri belə etdi və ilanlar onları öldürdü.
10. Deyinməyin, çünki onlardan da bəziləri deyindi və məhvedici mələk onları öldürdü.
11. Bu hadisələr ibrət dərsi olub onların başına gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd-nəsihət kimi yazılıb.
12. Buna görə də kim ayaq üstə durduğunu düşünürsə, ehtiyatlı olsun ki, yıxılmasın.
13. Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz.
14. Beləliklə, ey sevimlilərim, bütpərəstlikdən uzaqlaşın.
15. Mən ağıllı insanlara xitab edirəm. Dediklərimi siz özünüz araşdırın.
16. Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi?
17. Çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız bir çörəyi bölüb yeyirik.
18. Soy-kökünə görə İsrail xalqına nəzər salın: qurbanları yeyənlər qurbangaha şərik deyilmi?