A A A A A

Bir il Bibliya


Iyul 29


Nehemya 10:1-39
1. Əhdi möhürləyənlər bunlar idi: Xakalya oğlu vali Nehemya, Sidqiya,
2. Seraya, Azarya, Yeremya,
3. Paşxur, Amarya, Malkiya,
4. Xattuş, Şevanya, Malluk,
5. Xarim, Meremot, Avdiya,
6. Daniel, Ginneton, Baruk,
7. Meşullam, Aviya, Miyamin,
8. Maazya, Bilqay, Şemaya. Bunlar kahinlər idi.
9. Levililər: Azanyanın oğlu Yeşua, Xenadad övladlarından Binnuy və Qedmiel,
10. onların qardaşları Şevanya, Hodiya, Qelita, Pelaya, Xanan,
11. Mikeya, Rexov, Xaşavya,
12. Zakkur, Şerevya, Şevanya,
13. Hodiya, Bani, Beninu.
14. Xalqın başçıları: Paroş, Paxat-Moav, Elam, Zattu, Bani,
15. Bunni, Azqad, Bevay,
16. Adoniya, Biqvay, Adin,
17. Ater, Xizqiya, Azzur,
18. Hodiya, Xaşum, Besay,
19. Xarif, Anatot, Nevay,
20. Maqpiaş, Meşullam, Xezir,
21. Meşezavel, Sadoq, Yaddua,
22. Pelatya, Xanan, Anaya,
23. Huşə, Xananya, Xaşşuv,
24. Halloxeş, Pilxa, Şoveq,
25. Rexum, Xaşavna, Maaseya,
26. Axiya, Xanan, Anan,
27. Malluk, Xarim, Baana.
28. Qalan xalq – kahinlər, Levililər, məbəd qapıçıları, ilahiçilər, məbəd qulluqçuları, Allahın Qanununa görə ətraf xalqlardan ayrılan hər kəs arvadları, ağlıkəsən oğul və qızları ilə bərabər
29. əsl soydaşları ilə birləşdi. Allahın qulu Musanın əli ilə verilmiş Qanuna görə hərəkət etmək, Xudavəndimiz Rəbbin bütün əmrlərinə, hökmlərinə və qanunlarına etina ilə əməl etmək üçün and içdilər. Əməl etməyənlərə isə lənət oxudular.
30. And içdik ki, qızlarımızı ətrafımızdakı xalqlara verməyib onların qızlarını öz oğullarımıza almayacağıq.
31. Ətraf xalqlara mənsub olanlar Şənbə günü yaxud başqa müqəddəs bir gündə satmaq üçün əşya yaxud taxıl gətirsələr, onlardan heç nə almayacağıq. Yeddi ildə bir dəfə torpağı dincə qoyacağıq və bütün borcları ləğv edəcəyik.
32. Allahımızın məbədinin xidməti üçün ildə şekelin üçdə bir hissəsini verməyi öhdəmizə götürdük.
33. Bu pul təqdim çörəkləri, daimi taxıl təqdimi, daimi yandırma qurbanı, Şənbə günləri, Təzə Ay mərasimləri və başqa bayramlar, müqəddəs sovqatlar, İsrail övladlarının günahını kəffarə etmək üçün günah qurbanları və Allahımızın məbədinin digər ehtiyacları üçündür.
34. Biz kahinlər, Levililər və xalq hər il müəyyən vaxtda Allahımızın məbədini odunla təmin etmək üçün nəsillərimizə görə püşk atdıq. Bu odunlar Qanunda yazıldığı kimi Allahımız Rəbbin qurbangahında yandırılmalı idi.
35. Hər il torpağımızın ilk məhsulunu və hər növlü ağacın nübarını Rəbbin məbədinə aparmalıyıq.
36. Qanunda yazıldığı kimi ilk doğulan oğullarımızı, heyvanlarımızı, ilk doğulan mal-qara və qoyun-keçimizi Allahımızın məbədinə, orada xidmət edən kahinlərin yanına gətirməliyik.
37. Həm də xəmirimizin, taxıl təqdimlərimizin, hər növ ağaclarımızın meyvəsinin, təzə şərablarımızın, zeytun yağımızın nübarını kahinlərə, Allahımızın məbədinin anbarına, torpaq məhsullarımızın onda bir hissəsini isə Levililərə gətirməliyik. Çünki işlədiyimiz bütün şəhərlərdə onda bir hissəni Levililər alır.
38. Levililər onda bir hissəni alarkən Harun oğullarından olan kahin onlarla olacaq. Levililər isə alacaqları onda bir hissənin onda birini Allahımızın məbədinə, xəzinənin anbar otaqlarına aparacaq.
39. Çünki İsrail övladları və Levililər taxılın, təzə şərabın və zeytun yağının təqdimlərini anbar otaqlarına gətirməlidir. Orada Müqəddəs məkanın qabları, xidmət edən kahinlər, məbəd qapıçıları və ilahiçilər olacaq. Beləcə biz Allahımızın məbədinə laqeyd yanaşmayacağıq.

Nehemya 11:1-36
1. Xalqın rəisləri Yerusəlimdə yerləşdi. Xalqın yerdə qalanı isə püşk atdı ki, hər on nəfərindən biri müqəddəs Yerusəlim şəhərinə yaşamağa getsin, doqquzu isə o biri şəhərlərdə yaşasın.
2. Yerusəlimdə könüllü yaşamağa gedənlərin hamısına xalq xeyir-dua verdi.
3. Yerusəlimdə yerləşən vilayət başçıları bunlardır. Ancaq bəzi İsraillilər, kahinlər, Levililər, məbəd qulluqçuları və Süleymanın əyanlarının oğulları Yəhuda şəhərlərində, hər kəs öz şəhərindəki mülkündə yerləşdi.
4. Binyamin övladlarından və Yəhuda övladlarından bəziləri isə Yerusəlimdə məskunlaşdı.Yəhuda övladları: Peres nəslindən Mahalalel oğlu Şefatya oğlu Amarya oğlu Zəkəriyyə oğlu Uzziya oğlu Ataya,
5. Şilolu Zəkəriyyə oğlu Yoyariv oğlu Adaya oğlu Xazaya oğlu Qal-Xoze oğlu Baruk oğlu Maaseya.
6. Peres övladlarından Yerusəlimdə yerləşən 468 nəfər igid adam idi.
7. Binyamin övladları bunlardır: Yeşaya oğlu Yetiel oğlu Maaseya oğlu Qolaya oğlu Pedaya oğlu Yoed oğlu Meşullam oğlu Sallu və
8. ondan sonra Qabbay, Sallay – 928 nəfər.
9. Zikri oğlu Yoel onların rəhbəri idi, Hassenua oğlu Yəhuda isə şəhərin vali müavini idi.
10. Kahinlərdən: Yoyariv oğlu Yedaya, Yakin,
11. Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Allah evinin başçısı Seraya və
12. məbəddə iş görən soydaşları – 822 nəfər; Malkiya oğlu Paşxur oğlu Zəkəriyyə oğlu Amsi oğlu Pelalya oğlu Yeroxam oğlu Adaya və
13. onun nəsil başçısı olan soydaşları – 242 nəfər; İmmer oğlu Meşillemot oğlu Axzay oğlu Azarel oğlu Amaşsay və
14. onun soydaşları – 128 nəfər igid döyüşçü. Haqqedolim oğlu Zavdiel onların rəhbəri idi.
15. Levililərdən: Bunni oğlu Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya.
16. Levililərin başçılarından Şabbetay və Yozavad Allah evinin bayır işlərini idarə edirdilər.
17. Asəf oğlu Zavdi oğlu Mikeya oğlu Mattanya şükür duasını oxuyan məbəd ilahiçilərinin dəstə rəhbəri və soydaşlarından Baqbuqya onun müavini idi. Yedutun oğlu Qalal oğlu Şammua oğlu Avda da var idi.
18. Müqəddəs şəhərdə yaşayan bütün Levililər 284 nəfər idi.
19. Məbəd qapıçıları Aqquv, Talmon ilə qardaşları darvazalarda keşik çəkənlər, 172 nəfər idi.
20. İsraillilərin, kahinlərin, Levililərin yerdə qalanları bütün Yəhuda şəhərlərində yaşayırdı. Hər kəs öz mülkündə yaşayırdı.
21. Məbəd qulluqçuları isə Ofeldə qalırdı. Sixa və Gişpa onlara rəhbərlik edirdi.
22. Allahın evindəki ibadətdə ilahilər oxuyan Asəf övladlarından Mikeya oğlu Mattanya oğlu Xaşavya oğlu Bani oğlu Uzzi Yerusəlimdə Levililərin rəhbəri idi.
23. Bu ilahiçilər padşahın fərmanına tabe idi və hər gün vəzifələrini müəyyən edən qaydaları yerinə yetirirdi.
24. Yəhuda oğlu Zerah övladlarından Meşezavel oğlu Petahya İsrail xalqının ümumi işlərində Fars padşahına kömək edirdi.
25. Kəndlərə və tarlalarına gəlincə, Yəhuda övladlarından bəziləri Qiryat-Arba ilə qəsəbələrində, Divon ilə qəsəbələrində, Yeqqavseel ilə kəndlərində,
26. Yeşuada, Moladada, Bet-Peletdə,
27. Xasar-Şualda və Beer-Şeva ilə qəsəbələrində,
28. Ziqlaqda, Mekona ilə qəsəbələrində,
29. En-Rimmonda, Sorada, Yarmutda,
30. Zanoahda, Adullam ilə kəndlərində, Lakiş ilə tarlalarında, Azeqa ilə qəsəbələrində qaldılar. Yaşadıqları məntəqə Beer-Şevadan Hinnom vadisinə qədər idi.
31. Binyamin övladları Gevadan başlayaraq Mikmas ilə Ayyada, Bet-El ilə qəsəbələrində,
32. Anatot, Nov, Ananya,
33. Xasor, Rama, Gittayim,
34. Xadid, Sevoim, Nevallat,
35. Lod, Ono və Sənətkarlar dərəsində məskən saldılar.
36. Yəhudadakı Levililərin bəzi bölmələri Binyamin ərazisi üçün ayrıldı.

Zəbur 89:19-29
19. Keçmişdə bir görüntü iləMöminlərinə belə söylədin:«Bir cəngavərə kömək etdim,Xalqın içindən onu seçib yüksəltdim.
20. Qulum Davudu tapdım,Müqəddəs yağımla onu məsh etdim.
21. Əlim daim onu möhkəmləndirəcək,Qolum ona qüvvət verəcək!
22. Düşmən ona qalib gələ bilməz,Fitnəkarlar ona zülm edə bilməz.
23. Qarşısındakı düşmənləri qıracağam,Ona nifrət edənləri vuracağam.
24. Yanında sədaqətim, məhəbbətim olacaq,Gücü ismimlə artacaq.
25. Dənizlərə əlini,Çaylara sağ əlini çatdıracağam.
26. Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan,Məni xilas edən Qaya Sənsən!”
27. Mən də ilk oğul haqqını ona verəcəyəm,Onu yer üzünün ən uca padşahı edəcəyəm.
28. Ona daim məhəbbətimi göstərəcəyəm,Sadiq qalıb əhdimi pozmayacağam.
29. Onun nəslini əbədi yaşadacağam,Göylər durduqca taxtını saxlayacağam.

Süleymanın Məsəlləri 22:1-2
1. Yaxşı ad böyük sərvətdən,Lütfkarlıq isə qızıl-gümüşdən üstündür.
2. Zəngin və yoxsul insan bir şeydə bir-birinə bənzəyir –Hər ikisini yaradan Rəbdir.

Həvarilərin İşləri 28:1-31
1. Xilas olandan sonra öyrəndik ki, adanın adı Maltadır.
2. Oranın sakinləri bizə gözlənilməz bir mehribanlıq göstərdi. Hava yağışlı və soyuq olduğu üçün ocaq qalayıb hamımızı hərarətlə qarşıladılar.
3. Paul bir dəstə çırpı götürüb ocağa atdı. O zaman istinin təsirindən bir gürzə çıxıb onun əlinə yapışdı.
4. Oranın sakinləri Paulun əlinə ilanın yapışdığını görəndə bir-birlərinə dedilər: «Demək bu adam qatildir. Dənizdən xilas olsa da, ədalət ilahəsi onu yaşamağa qoymur».
5. Amma Paul əlini silkələyib ilanı oda ataraq heç bir xətər görmədi.
6. Camaat gözləyirdi ki, Paulun bədəni şişəcək yaxud birdən-birə yıxılıb öləcək. Amma çox gözlədilər, ona heç nə olmadığını görəndə fikirlərini dəyişib dedilər: «Bu bir allahdır».
7. O yerin yaxınlığında malikanə var idi ki, ora adanın baş məmuru Publi adlı bir şəxsin idi. Bu adam bizi öz evində qəbul etdi və üç gün bizə mehribanlıqla qonaqpərvərlik göstərdi.
8. O ərəfədə Publinin atası qızdırma və qanlı ishal üzündən xəstə yatırdı. Paul xəstənin yanına gəldi və dua edərək əllərini onun üzərinə qoyub sağaltdı.
9. Bu hadisədən sonra adadakı qalan xəstələr də gəlib şəfa tapdılar.
10. Bizə çoxlu bəxşiş verərək şərəfləndirdilər. Biz dənizə çıxanda isə bizə lazım olan şeyləri gəmiyə yüklədilər.
11. Üç aydan sonra qışı adada keçirmiş, başında Əkiz Tanrılar heykəlini gəzdirən bir İsgəndəriyyə gəmisi ilə dənizdən yelkən açdıq.
12. Sirakuza şəhərinə çatıb üç gün orada qaldıq.
13. Oradan yolumuza davam edərək Regiuma gəldik. Ertəsi gün əsməyə başlayan cənub küləyinin köməyi ilə iki günə Puteoliyə çatdıq.
14. Orada rastlaşdığımız imanlı bacı-qardaşlar bizdən xahiş etdilər ki, onların yanında bir həftə qalaq.Sonra Romaya çatdıq.
15. Bizdən xəbər tutan Romadakı imanlı bacı-qardaşlar bizi qarşılamaq üçün Appi Bazarına və Üç Mehmanxanaya qədər gəldilər. Paul onları görəndə Allaha şükür edib ürəkləndi.
16. Romaya gələndə Paula izin verildi ki, bir əsgərin nəzarəti altında tək yaşasın.
17. Üç gün sonra Paul Yəhudilərin orada olan başçılarını toplantıya dəvət etdi. Onlar bir yerə yığılandan sonra Paul onlara belə dedi: «Soydaşlar, xalqımıza və ata-babalarımızın adət-ənənəsinə zidd heç nə etmədiyim halda Yerusəlimdə həbs edilib Romalılara təslim edildim.
18. Onlar məni sorğu-suala çəkəndən sonra azad etmək istədilər. Çünki ölüm cəzasına layiq bir təqsirim yox idi.
19. Amma Yəhudilər buna qarşı çıxanda məcbur olub qeysərin məhkəməsinə müraciət etmək istədim, lakin öz millətimi heç nədə ittihamlandırmaq istəmirdim.
20. Bu səbəbdən sizi buraya görüşüb söhbət etmək üçün çağırmışam. Axı mən İsrailin ümidi uğrunda belə zəncirlənmişəm».
21. Onlar Paula dedilər: «Yəhudeyadan sənin barəndə nə məktub almışıq, nə də buraya gələn soydaşlardan kimsə sənin barəndə bizə xəbər gətirərək pis bir söz deyib.
22. Biz sənin fikirlərini sənin özündən eşitmək istəyirik. Çünki hər yerdə bu təriqətə qarşı çıxıldığını bilirik».
23. Bir gün təyin edib, həmin gün daha böyük kütlə ilə Paulun qaldığı yerə gəldilər. Paul səhərdən axşamacan Allahın Padşahlığından şəhadət edərək onlara açıqlama verdi, həm Musanın Qanunundan, həm də Peyğəmbərlərin yazdıqlarından onları İsaya inandırmağa çalışdı.
24. Bəziləri onun sözlərinə inandı, bəziləri isə inanmadı.
25. Bir-birləri ilə razılığa gəlməyəndə Paulun bu son sözlərinə qulaq asıb ayrıldılar: «Müqəddəs Ruh Yeşaya peyğəmbərin vasitəsilə ata-babalarınıza bu gözəl sözü dedi:
26. “Get bu xalqa bunu çatdır:‹Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
27. Çünki bu xalqın ürəyi kütləşdi,Qulaqları ağır eşitdi,Gözlərini yumdular ki,Gözləri ilə görməsinlər,Qulaqları ilə eşitməsinlər,Ürəkləri ilə anlamasınlarVə Mənə sarı dönməsinlər ki,Mən onlara şəfa verim›”.
28. İndi bilin ki, Allahın verdiyi bu xilas başqa millətlərə göndərilib və onlar buna qulaq asacaqlar».
29.
30. Paul düz iki il kirayə tutduğu evdə qalıb yanına gələnlərin hamısını qəbul edirdi.
31. Heç bir maneə olmadan tam bir cəsarətlə Allahın Padşahlığını vəz edir və Rəbb İsa Məsihlə bağlı həqiqətləri öyrədirdi.