A A A A A

Piibel ühe aasta


Lipanj 30


1 Salnamələr 23:1-32
1. Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi.
2. Davud İsrailin bütün başçılarını, kahinləri və Levililəri topladı.
3. Otuz yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. Onlardan kişilərin sayı otuz səkkiz min nəfər idi.
4. Bunlardan iyirmi dörd min nəfəri Rəbbin məbədində xidmət üçün qoyuldu. Altı min məmur və hakim,
5. dörd mini isə qapıçı oldu. Dörd min nəfər Davudun bu məqsədlə düzəltdiyi musiqi alətləri ilə Rəbbi həmd etmək üçün qoyuldu.
6. Levinin Gerşon, Qohat və Merari nəsillərinə görə Davud onları bölmələrə ayırdı.
7. Gerşonun nəslindən: Ladan və Şimey.
8. Ladanın oğulları: ilk oğlu Yexiel, Zetam və Yoel – üç nəfər.
9. Şimeyin oğulları: Şelomit, Xaziel və Haran – üç nəfər. Bunlar Ladanın nəsil başçıları idi.
10. Şimeyin oğulları: Yaxat, Ziza, Yeuş və Beria. Bu dördü Şimeyin oğulları idi.
11. Yaxat ilk oğlu, Ziza isə ikincisi idi. Ancaq Yeuşun və Berianın oğulları çox deyildi. Onlar birlikdə bir nəsil kimi siyahıya alındı.
12. Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər.
13. Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu.
14. Allah adamı Musaya gəlincə, onun nəsli Levi qəbiləsi arasında siyahıya alındı.
15. Musanın oğulları: Gerşom və Eliezer.
16. Gerşomun ilk oğlu Şevuel.
17. Eliezerin ilk oğlu Rexavya. Eliezerin başqa oğlu yox idi, amma Rexavyanın oğulları olduqca çox idi.
18. İsharın ilk oğlu Şelomit.
19. Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel və dördüncüsü Yeqameam.
20. Uzzielin oğulları: ilk oğlu Mikeya və ikincisi İşşiya.
21. Merarinin oğulları: Maxli və Muşi. Maxlinin oğulları: Eleazar və Qiş.
22. Eleazar öləndə onun oğlu yox idi, ancaq qızları var idi və əmiləri Qişin oğulları onları arvad aldılar.
23. Muşinin oğulları: Maxli, Eder və Yeremot – üç nəfər.
24. Bunlar adları ilə siyahıya düşən Levililərin ailə başçılarıdır. Rəbbin məbədinin xidmət işini görən Levililər iyirmi yaşında və bundan yuxarı yaşda idi.
25. Davud demişdi: «İsrailin Allahı Rəbb xalqına dinclik vermişdir və əbədi olaraq Yerusəlimdə məskən salacaq.
26. Levililər müqəddəs məskəni və onun bütün xidmət əşyalarını daha daşımayacaq».
27. Buna görə də Davudun son sözlərinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı.
28. Onların vəzifəsi Rəbbin məbədində Harunun nəslindən olan kahinlərin yanında dayanıb bu xidmət işlərini görmək idi: həyətlərə və otaqlara baxmaq, bütün müqəddəs əşyaları təmizləmək, Allahın evində xidmət etmək,
29. təqdim çörəklərinə, təqdim üçün verilən una, mayasız qoğallara, onların yoğrulmasına və bişməsinə, hər cür ölçü qablarına baxmaq,
30. hər səhər durub Rəbbə şükür və həmd etmək, hər axşam da elə etmək,
31. Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək.
32. Beləcə Levililər Hüzur çadırının, Müqəddəs yerin xidmətlərinə, Rəbbin evinin xidmətlərində qohumları Harun nəslinə xidmət etməyə cavabdeh idilər.

1 Salnamələr 24:1-31
1. Harun nəslinin bölükləri bunlardır. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.
2. Ancaq Nadav və Avihu atalarından əvvəl öldü və oğulları da yox idi. Buna görə də Eleazar və İtamar kahin oldu.
3. Davud, Eleazar nəslindən Sadoq və İtamar nəslindən Aximelek onları xidmət işlərinə görə növbələrə ayırdı.
4. Eleazar nəsli arasında İtamar nəslindən daha çox nəsil başçısı tapıldı. Onlar belə ayrıldı: Eleazar nəslindən nəsil başçısı on altı nəfər, İtamar nəslindən nəsil başçısı səkkiz nəfər.
5. Beləcə onlar püşklə eyni qayda ilə ayrıldı, çünki həm Eleazar nəslindən, həm də İtamar nəslindən Müqəddəs yerdə və Allahın önündə durmaq üçün başçılar var idi.
6. Padşahın, rəislərin, kahin Sadoqun, Evyatar oğlu Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə Levili mirzə Netanel oğlu Şemaya onları qeydə aldı. Bir nəsil Eleazar üçün, o biri İtamar üçün alındı.
7. Birinci püşk Yehoyarivə, ikincisi Yedayaya,
8. üçüncüsü Xarimə, dördüncüsü Seorimə,
9. beşincisi Malkiyaya, altıncısı Miyaminə,
10. yeddincisi Haqqosa, səkkizincisi Aviyaya,
11. doqquzuncusu Yeşuaya, onuncusu Şekanyaya,
12. on birincisi Elyaşivə, on ikincisi Yaqimə,
13. on üçüncüsü Xuppaya, on dördüncüsü Yeşevaya,
14. on beşincisi Bilqaya, on altıncısı İmmerə,
15. on yeddincisi Xezirə, on səkkizincisi Happissesə,
16. on doqquzuncusu Petahyaya, iyirmincisi Yezekelə,
17. iyirmi birincisi Yakinə, iyirmi ikincisi Qamula,
18. iyirmi üçüncüsü Delayaya, iyirmi dördüncüsü Maazyaya çıxdı.
19. İsrailin Allahı Rəbbin əmr etdiyi kimi babaları Harunun vasitəsilə onlara verilən qaydalarına görə, Rəbbin məbədinə girmək üçün xidmət işinə görə növbələri belə idi.
20. Levililərin qalan bölmələri bunlardır: Amramın nəslindən Şuvael, Şuvaelin nəslindən Yexdeya.
21. Rexavyanın nəslindən ilk oğlu İşşiya.
22. İsharın nəslindən Şelomot, Şelomotun nəslindən Yaxat.
23. Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel, dördüncüsü Yeqameam.
24. Uzzielin nəslindən Mikeya, Mikeyanın nəslindən Şamir.
25. Mikeyanın qardaşı İşşiya, İşşiyanın nəslindən Zəkəriyyə.
26. Merarinin oğulları: Maxli, Muşi, onun nəslindən Yaaziya.
27. Merari nəslindən olan Yaaziyanın oğulları: Şoham, Zakkur və İvri.
28. Maxlinin nəslindən Eleazar. Onun oğlu yox idi.
29. Qişin nəslindən Yeraxmeel.
30. Muşinin oğulları: Maxli, Eder və Yerimot. Bunlar nəsillərinə görə Levililərin bölükləridir.
31. Onlar da qohumları olan Harun nəsli kimi padşah Davudun, Sadoqun, Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə püşk atdılar. Böyük nəsil başçıları da, qohumları olan kiçik nəsil başçıları da eyni qayda ilə püşk atdılar.

1 Salnamələr 25:1-30
1. Davud və ordu başçıları, Asəfin, Hemanın və Yedutunun nəslindən liralarla, çənglərlə və sinclərlə peyğəmbərlik etsinlər deyə xidmət üçün ayırdılar. Bu xidmət işini görənlərin siyahısı budur:
2. Asəfin nəslindən: onun oğulları Zakkur, Yusif, Netanya, Asarela. Asəfin başçılığı altında olan oğulları padşahın əmrinə görə peyğəmbərlik edirdilər.
3. Yedutunun nəslindən: onun oğulları Gedalya, Seri, Yeşaya, Xaşavya, Mattitya. Ataları Yedutunun başçılığı altında olan bu altı nəfər Rəbbə şükür və həmd edərək lira ilə peyğəmbərlik edirdi.
4. Hemanın nəslindən: onun oğulları Buqqiya, Mattanya, Uzziel, Şevuel, Yerimot, Xananya, Xanani, Eliata, Giddalti, Romamti-Ezer, Yoşbeqaşa, Malloti, Hotir və Maxaziot.
5. Bunların hamısı padşahın görücüsü Hemanın oğulları idi, çünki Hemanı yüksəltmək barədə Allahın verdiyi sözə görə Allah ona on dörd oğul və üç qız vermişdi.
6. Onların hamısı Rəbbin məbədində atalarının başçılığı altında Allah evinin xidməti üçün sinclər, çənglər və liralar çalıb ilahi oxuyurdu. Asəf, Yedutun və Heman isə padşahın başçılığı altında idi.
7. Rəbbə ilahi oxumaq öyrədilmiş qohumları ilə birgə bütün bunu bacaranlar iki yüz səksən səkkiz nəfər idi.
8. Hamısı – böyüyü də, kiçiyi də, müəllimi də, şagirdi də eyni qayda ilə vəzifələri üçün püşk atdı.
9. Birinci püşk Asəfin nəslindən olan Yusifə çıxdı. İkincisi qohumları və oğulları ilə birgə Gedalyaya çıxdı. Onlar on iki nəfər idi.
10. Üçüncüsü oğulları və qohumları ilə birgə Zakkura çıxdı. Onlar on iki nəfər idi.
11. Dördüncüsü oğulları və qohumları ilə birgə İsriyə çıxdı. Onlar on iki nəfər idi.
12. Beşincisi oğulları və qohumları ilə birgə Netanyaya çıxdı. Onlar on iki nəfər idi.
13. Altıncısı oğulları və qohumları ilə birgə Buqqiyaya çıxdı. Onlar on iki nəfər idi.
14. Yeddincisi oğulları və qohumları ilə birgə Yesarelaya çıxdı. Onlar on iki nəfər idi.
15. Səkkizincisi oğulları və qohumları ilə birgə Yeşayaya çıxdı. Onlar on iki nəfər idi.
16. Doqquzuncusu oğulları və qohumları ilə birgə Mattanyaya çıxdı. Onlar on iki nəfər idi.
17. Onuncusu oğulları və qohumları ilə birgə Şimeyə çıxdı. Onlar on iki nəfər idi.
18. On birincisi oğulları və qohumları ilə birgə Azarelə çıxdı. Onlar on iki nəfər idi.
19. On ikincisi oğulları və qohumları ilə birgə Xaşavyaya çıxdı. Onlar on iki nəfər idi.
20. On üçüncüsü oğulları və qohumları ilə birgə Şuvaelə çıxdı. Onlar on iki nəfər idi.
21. On dördüncüsü oğulları və qohumları ilə birgə Mattityaya çıxdı. Onlar on iki nəfər idi.
22. On beşincisi oğulları və qohumları ilə birgə Yeremota çıxdı. Onlar on iki nəfər idi.
23. On altıncısı oğulları və qohumları ilə birgə Xananyaya çıxdı. Onlar on iki nəfər idi.
24. On yeddincisi oğulları və qohumları ilə birgə Yoşbeqaşaya çıxdı. Onlar on iki nəfər idi.
25. On səkkizincisi oğulları və qohumları ilə birgə Xananiyə çıxdı. Onlar on iki nəfər idi.
26. On doqquzuncusu oğulları və qohumları ilə birgə Mallotiyə çıxdı. Onlar on iki nəfər idi.
27. İyirmincisi oğulları və qohumları ilə birgə Eliataya çıxdı. Onlar on iki nəfər idi.
28. İyirmi beşincisi oğulları və qohumları ilə birgə Hotirə çıxdı. Onlar on iki nəfər idi.
29. İyirmi ikincisi oğulları və qohumları ilə birgə Giddaltiyə çıxdı. Onlar on iki nəfər idi.
30. İyirmi üçüncüsü oğulları və qohumları ilə birgə Maxaziota çıxdı. Onlar on iki nəfər idi.

Zəbur 78:40-55
40. Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular,Neçə dəfə çöllükdə Onu kədərləndirdilər!
41. Allahı dönə-dönə sınadılar,İsrailin Müqəddəsinin xətrinə dəydilər.
42. Xatırlamadılar Onun qüdrətini,Düşməndən azad etdiyi günü,
43. Misirdə göstərdiyi əlamətləri,Soan bölgəsində göstərdiyi möcüzələri.
44. Misirlilər sulardan içə bilməsinlər deyəSuları qana döndərib çaylardan axıtmışdı.
45. Onları göndərdiyi mozalanlara yem etmişdi,Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi.
46. Əkinlərini tırtıllara,Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi.
47. Üzümlərini dolu ilə,Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi.
48. Naxırlarını dolu ilə,Sürülərini şimşəklə qırmışdı.
49. Onların üzərinə qızğın qəzəbini,Hirsini, hiddətini, dərdləri,Bir qoşun ölüm mələklərini tökmüşdü.
50. Qızğın qəzəbinə yol açmışdı,Əsirgəmədən canlarına ölüm vermişdi,Həyatlarına bəla gətirmişdi.
51. Hər Misirlinin ilk oğlunu,Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.
52. Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı,Çöldən onları sürü kimi aparmışdı.
53. Onları qorxudan uzaq, asayiş içində aparmışdı,Düşmənləri isə dənizdə qərq olmuşdu.
54. Onları Öz müqəddəs torpağına,Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.
55. Onların qarşısından başqa millətləri qovdu,Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı,Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.

Süleymanın Məsəlləri 20:3-3
3. Münaqişədən çəkinmək insana şərəf gətirər,Hər səfeh davaya girişər.

Həvarilərin İşləri 9:22-43
22. Şaul isə gündən-günə qüvvətlənirdi. İsanın Məsih olmasına dair sübutlar göstərməklə Dəməşqdə yaşayan Yəhudiləri çaş-baş saldı.
23. Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladı.
24. Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu.
25. Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə qoyaraq şəhər divarlarından aşağı endirdilər.
26. Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdidir.
27. Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını necə cəsarətlə bəyan edib.
28. Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da Rəbbin adını cəsarətlə bəyan edirdi.
29. O yunanca danışan Yəhudilərlə söhbət edərək mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdilər.
30. İmanlı bacı-qardaşlar isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər.
31. Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı.
32. Bu zaman hər yanı dolaşan Peter Lodda yaşayan müqəddəslərin yanına gəldi.
33. Orada Eneya adlı bir nəfərə baş çəkdi. Eneya iflic olmuşdu və səkkiz il idi ki, yataqda idi.
34. Peter ona dedi: «Eneya, İsa Məsih səni sağaldır. Qalx, yatağını yığışdır». Eneya dərhal ayağa qalxdı.
35. Lod və Şaronda yaşayanların hamısı bu adamı görüb Rəbbə tərəf döndü.
36. Yafoda İsanın şagirdləri arasında Tabita adlı bir qadın var idi. «Tabita» «Ceyran» deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi.
37. Bu vaxtlarda o xəstələnib öldü. Onun meyitini yuyub yuxarı mərtəbədəki otağa qoydular.
38. Lod Yafoya yaxın idi, ona görə də Peterin Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar gəlib xahiş etdilər: «Vaxt itirmədən yanımıza gəl».
39. Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər.
40. Peter isə onların hamısını bayıra çıxartdı, sonra diz çöküb dua etdi. Bundan sonra isə ölüyə tərəf dönüb dedi: «Tabita, qalx!» Qadın gözlərini açıb Peteri görən kimi dik oturdu.
41. Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı.
42. Bu xəbər bütün Yafoya yayıldı və çox adam Rəbbə iman gətirdi.
43. Peter isə xeyli gün Yafoda, Şimon adlı bir dabbağın evində qaldı.