A A A A A

Bir il Bibliya


Iyun 21


1 Salnamələr 5:1-26
1. İsrailin ilk oğlu Ruven idi, amma atasının yatağını murdarladığı üçün onun ilk oğulluq haqqı İsrailin oğlu Yusifin nəslinə verildi və Ruvenin nəsli şəcərədə ilk oğul kimi sayılmadı.
2. Ancaq Yəhuda qardaşları arasında daha güclü oldu və hökmdar onun nəslindən çıxdı. İlk oğulluq haqqı isə Yusifin idi.
3. İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi.
4. Yoelin nəsli: onun oğlu Şemaya, onun oğlu Qoq, onun oğlu Şimey,
5. onun oğlu Mikeya, onun oğlu Reaya, onun oğlu Baal,
6. onun oğlu Beera. Onu Aşşur padşahı Tiqlat-Pileser sürgünə aparmışdı. Beera Ruvenlilərin başçısı idi.
7. Nəsil şəcərələrinə görə onların qohumları bunlar idi: başçı Yeiel, Zəkəriyyə,
8. Yoel oğlu Şema oğlu Azaz oğlu Bela. O, Aroerdə yaşayırdı, torpağı Nevoya və Baal-Meona qədər uzanırdı.
9. Şərqə tərəf Fərat çayının bu tayındakı çölün başlanğıc yerinə qədər torpaqlar onun idi, çünki Gilead torpağında çoxlu heyvanları var idi.
10. Şaulun dövründə bu adamlar Həcərlilərlə müharibə edib onları məğlub etdi və Gileadın şərqindəki bütün torpaqlarda Həcərlilərin çadırlarında yaşadı.
11. Qadlılar Salkaya qədər uzanan Başan torpağında Ruvenlilərin qarşısında yaşadı.
12. Başanda başçı Yoel, köməkçisi Şafam, sonra Yanay və Şafat idi.
13. Öz nəsillərindən olan qohumları bunlardır: Mikael, Meşullam, Şeva, Yoray, Yakan, Ziya və Ever – cəmi yeddi nəfər.
14. Bunlar Buz oğlu Yaxdo oğlu Yeşişay oğlu Mikael oğlu Gilead oğlu Yaroah oğlu Xuri oğlu Avixayilin oğulları idi.
15. Quni oğlu Avdiel oğlu Axi onların nəsil başçısı idi.
16. Onlar Gileadda, Başanda və onun qəsəbələrində, Şaronun sərhədlərinə qədər uzanan bütün otlaq torpaqlarında yaşadı.
17. Yəhuda padşahı Yotamın və İsrail padşahı Yarovamın dövründə onların hamısı nəsil şəcərələrində qeyd olundu.
18. Ruvenlilərdən, Qadlılardan, Menaşşe qəbiləsinin yarısından olan, qalxan və qılınc daşıyan, ox atan, döyüş üçün təlim görmüş və döyüşməyi bacaran igid adamlar qırx dörd min yeddi yüz altmış nəfər idi.
19. Onlar Həcərlilərdən olan Yeturun, Nafişin və Nadavın nəsilləri ilə müharibə etdi.
20. İsraillilər düşmənləri ilə döyüşdə kömək aldıqları üçün Həcərliləri və onlarla olanların hamısını məğlub etdilər, çünki İsraillilər döyüş zamanı Allahı çağırdılar və Ona güvəndikləri üçün Allah onları eşitdi.
21. Onlar düşmənlərinin heyvanlarını – əlli min dəvəsini, iki yüz əlli min qoyun-keçisini, iki min eşşəyini ələ keçirdi və yüz min adamını götürüb apardı.
22. Həlak olanlar çox oldu, çünki bu döyüş Allahdan idi. Onlar sürgün olunan zamana qədər Həcərlilərin yerlərində yaşadı.
23. Menaşşe qəbiləsinin yarısının nəsilləri də həmin torpaqda yaşadı. Onlar çoxalıb Başandan Baal-Xermona, Senirə və Xermon dağına qədər uzanan torpağa yayıldılar.
24. Onların nəsil başçıları bunlardır: Efer, İşi, Eliel, Azriel, Yeremya, Hodavya və Yaxdiel. Bunlar igid döyüşçülər, adlı-sanlı adamlar və nəsil başçıları idi.
25. Amma onlar atalarının Allahına qarşı xainlik etdilər və onların önündə Allahın məhv etdiyi ölkə xalqlarının allahlarına sitayiş edib xəyanət etdilər.
26. Onda İsrailin Allahı Aşşur padşahı Pulda, yəni Tiqlat-Pileserdə niyyət oyandırdı, o da Ruvenliləri, Qadlıları və Menaşşe qəbiləsinin yarısını əsir aparıb Xalaha, Xavora, Haraya və Qozan çayının sahilində yerləşdirdi. Onlar bu günə qədər də oradadır.

1 Salnamələr 6:1-81
1. Levinin oğulları: Gerşon, Qohat və Merari.
2. Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel.
3. Amramın övladları: Harun, Musa və Məryəm. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.
4. Eleazardan Pinxas törədi. Pinxasdan Avişua törədi.
5. Avişuadan Buqqi törədi. Buqqidən Uzzi törədi.
6. Uzzidən Zerahya törədi. Zerahyadan Merayot törədi.
7. Merayotdan Amarya törədi. Amaryadan Axituv törədi.
8. Axituvdan Sadoq törədi. Sadoqdan Aximaas törədi.
9. Aximaasdan Azarya törədi. Azaryadan Yoxanan törədi.
10. Yoxanandan Azarya törədi. Yerusəlimdə Süleymanın tikdiyi məbəddə Azarya kahin idi.
11. Azaryadan Amarya törədi. Amaryadan Axituv törədi.
12. Axituvdan Sadoq törədi. Sadoqdan Şallum törədi.
13. Şallumdan Xilqiya törədi. Xilqiyadan Azarya törədi.
14. Azaryadan Seraya törədi. Serayadan Yehosadaq törədi.
15. Navuxodonosorun vasitəsilə Rəbb Yəhudalıları və Yerusəlimliləri sürgün etdiyi zaman Yehosadaq da sürgün olundu.
16. Levinin oğulları: Gerşon, Qohat və Merari.
17. Gerşonun oğullarının adları belədir: Livni və Şimey.
18. Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel.
19. Merarinin oğulları: Maxli və Muşi. Nəsillərinə görə Levililərin övladları bunlardır.
20. Gerşonun nəsli: onun oğlu Livni, onun oğlu Yaxat, onun oğlu Zimma,
21. onun oğlu Yoah, onun oğlu İddo, onun oğlu Zerah, onun oğlu Yeatray.
22. Qohatın nəsli: onun oğlu Amminadav, onun oğlu Qorah, onun oğlu Assir,
23. onun oğlu Elqana, onun oğlu Evyasaf, onun oğlu Assir,
24. onun oğlu Taxat, onun oğlu Uriel, onun oğlu Uzziya və onun oğlu Şaul.
25. Elqananın oğulları: Amasay, Aximot və Elqana.
26. Elqananın nəsli: onun oğlu Sofay, onun oğlu Naxat,
27. onun oğlu Eliav, onun oğlu Yeroxam, onun oğlu Elqana.
28. Şamuelin oğulları: ilk oğlu Yoel və ikincisi Aviya.
29. Merarinin nəsli: onun oğlu Maxli, onun oğlu Livni, onun oğlu Şimey, onun oğlu Uzza,
30. onun oğlu Şima, onun oğlu Haqqiya, onun oğlu Asaya.
31. Əhd sandığı rahatlıq yerinə qoyulduqdan sonra Rəbbin evində musiqi xidməti üzərində Davudun qoyduğu adamlar bunlardır.
32. Süleyman Yerusəlimdə Rəbbin məbədini tikənə qədər onlar müqəddəs məskən olan Hüzur çadırının önündə ilahi oxumaqla xidmət edirdilər və növbələrinə görə öz xidmətlərində dayanırdılar.
33. Orada xidmət edənlər və onların oğulları bunlardır: Qohatın nəslindən ilahi oxuyan Heman. Onun nəsil şəcərəsi belədir: Yoel oğlu Şamuel oğlu
34. Elqana oğlu Yeroxam oğlu Eliel oğlu Toah oğlu
35. Suf oğlu Elqana oğlu Maxat oğlu Amasay oğlu
36. Elqana oğlu Yoel oğlu Azarya oğlu Sefanya oğlu
37. Taxat oğlu Assir oğlu Evyasaf oğlu Qorah oğlu
38. İshar oğlu Qohat oğlu Levi oğlu İsrail oğlu.
39. Sağında xidmət edən qohumu Asəf. Onun nəsil şəcərəsi belədir: Berekya oğlu Şima oğlu
40. Mikael oğlu Baaseya oğlu Malkiya oğlu
41. Etni oğlu Zerah oğlu Adaya oğlu
42. Etan oğlu Zimma oğlu Şimey oğlu
43. Yaxat oğlu Gerşon oğlu Levi oğlu.
44. Sol tərəfində xidmət edən qohumları Merarinin nəslindən Etan. Onun nəsil şəcərəsi belədir: Qişi oğlu Avdi oğlu Malluk oğlu
45. Xaşavya oğlu Amasya oğlu Xilqiya oğlu
46. Amsi oğlu Bani oğlu Şemer oğlu
47. Maxli oğlu Muşi oğlu Merari oğlu Levi oğlu.
48. Onların qohumları olan Levililər müqəddəs məskən olan Allah evinin bütün xidmət işlərinə təyin olunmuşdu.
49. Harunun və onun nəslinin öhdəsinə isə bu işlər qoyulmuşdu: yandırma qurbangahında və buxur qurbangahında təqdim gətirilməsi, Ən Müqəddəs yerə aid hər iş – İsraillilərin günahlarını kəffarə etmək üçün Allahın qulu Musanın əmr etdiyi bütün işlər.
50. Harunun nəsli budur: onun oğlu Eleazar, onun oğlu Pinxas, onun oğlu Avişua,
51. onun oğlu Buqqi, onun oğlu Uzzi, onun oğlu Zerahya,
52. onun oğlu Merayot, onun oğlu Amarya, onun oğlu Axituv,
53. onun oğlu Sadoq, onun oğlu Aximaas.
54. Levililərin öz torpaqlarında yaşadığı yerlər bunlardır: ilk püşk Qohat nəslindən olan Harunun övladlarına düşdüyü üçün onlara
55. Yəhuda torpağında olan Xevronu və onun ətrafındakı otlaqları verdilər.
56. Ancaq bu şəhərin çölünü və kəndlərini Yefunne oğlu Kalevə verdilər.
57. Harunun nəslinə bu şəhərləri verdilər: sığınacaq şəhəri olan Xevron, Livna ilə otlaqları, Yattir, Eştemoa ilə otlaqları,
58. Xilenlə otlaqları, Devirlə otlaqları,
59. Aşanla otlaqları, Bet-Şemeşlə otlaqları,
60. Binyamin qəbiləsinin torpağından Geva ilə otlaqları, Alemetlə otlaqları, Anatotla otlaqları. Onların bütün şəhərləri nəsillərinə görə on üç şəhərdir.
61. Digər Qohat övladlarına isə Menaşşe qəbiləsinin yarısının torpağından püşkə görə on şəhər verildi.
62. Gerşon övladlarına nəsillərinə görə İssakar qəbiləsinin, Aşer qəbiləsinin, Naftali qəbiləsinin və Başanda olan Menaşşe qəbiləsinin torpağından on üç şəhər verildi.
63. Merari övladlarına nəsillərinə görə Ruven, Qad və Zevulun qəbilələrinin torpağından püşklə on iki şəhər verildi.
64. İsrail övladları Levililərə bu şəhərləri və onların otlaqlarını verdilər.
65. Yəhuda, Şimeon və Binyamin qəbilələrinin torpağından adları göstərilən bu şəhərləri püşkə görə verdilər.
66. Qohat nəslindən bəzilərinə Efrayim qəbiləsinə aid şəhərləri verdilər.
67. Efrayimin dağlıq bölgəsində sığınacaq şəhəri olan Şekemlə otlaqları, Gezerlə otlaqları,
68. Yoqmeamla otlaqları, Bet-Xoronla otlaqları,
69. Ayyalonla otlaqları, Qat-Rimmonla otlaqları.
70. Menaşşe qəbiləsinin yarısının torpağından Anerlə otlaqları, Bileamla otlaqları Qohat nəslinin qalanına verildi.
71. Gerşon nəslinə bu yerlər verildi: oğullarına Menaşşe qəbiləsinin yarısının torpağından Başandakı Qolanla otlaqları, Aştarotla otlaqları,
72. İssakar qəbiləsinin torpağından Qedeşlə otlaqları, Davratla otlaqları,
73. Ramotla otlaqları, Anemlə otlaqları,
74. Aşer qəbiləsinin torpağından Maşalla otlaqları, Avdonla otlaqları,
75. Xuqoqla otlaqları, Rexovla otlaqları,
76. Naftali qəbiləsinin torpağından Qalileyada olan Qedeşlə otlaqları, Xammonla otlaqları, Qiryatayimlə otlaqları.
77. Merari nəslinin digər adamlarına bu yerlər verildi: Zevulun qəbiləsinin torpağından Rimmono ilə otlaqları, Tavorla otlaqları,
78. Yerixonun qarşısındakı, İordan çayının şərq tərəfində olan Ruven qəbiləsinin torpağından səhradakı Beserlə otlaqları, Yahsa ilə otlaqları,
79. Qedemotla otlaqları, Mefaatla otlaqları,
80. Qad qəbiləsinin torpağından Gileaddakı Ramotla otlaqları, Maxanayimlə otlaqları,
81. Xeşbonla otlaqları, Yazerlə otlaqları.

Zəbur 77:1-3
1. Allahı səsləyirəm, fəryad edirəm,Allahı səsləyirəm, O məni dinlər.
2. Dar günümdə Xudavəndi axtarıram,Bütün gecə durmadan,Könlüm ovunmadan Ona əl açmışam.
3. Allahı yada salarkən təlaşa düşürəm,Dərindən fikirləşəndə ruhdan düşürəm.

Süleymanın Məsəlləri 19:10-12
10. Axmağa dəbdəbəli həyat yaraşmadığı kimiQulun ağalara hökm etməsi də yaraşmaz.
11. İnsanın ağlı hiddəti ləngidər,Başqasının günahını bağışlamaq ona şərəf gətirər.
12. Padşahın qəzəbi aslan nərəsinə bənzər,Razılığı çəmənə düşən şehə bənzər.

Həvarilərin İşləri 5:1-21
1. Xananya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir mülk satdı.
2. O, pulun bir hissəsini özünə götürüb qalan hissəsini həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi.
3. Peter ona dedi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə götürdün?
4. Bu torpaq satılmamışdan əvvəl sənin deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə niyyətdir, ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın».
5. Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər kəsi böyük bir vahimə bürüdü.
6. Gənclər gəlib Xananyanın meyitini kəfənə bürüdülər və aparıb dəfn etdilər.
7. Bundan təxminən üç saat sonra Xananyanın arvadı içəri daxil oldu. Onun olub-keçənlərdən heç bir xəbəri yox idi.
8. Peter ondan soruşdu: «Mənə söylə, torpağı bu qiymətəmi satdınız?» Qadın cavab verdi: «Bəli, o qiymətə».
9. Peter ona dedi: «Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz? Budur, ərini dəfn edənlərin ayaq səsləri qapı ağzındadır, indi də səni aparmağa gəlirlər».
10. Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. İçəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin yanında dəfn etdilər.
11. Bütün imanlılar cəmiyyətini və bu hadisəni eşidənlərin hamısını böyük bir vahimə bürüdü.
12. Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın eyvanına yığılardı.
13. Xalqın gözündə böyük nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi.
14. Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi.
15. Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə çıxarıb küçələrə qoyardı.
16. Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı.
17. Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı.
18. Ona görə də həvariləri tutub ümumi zindana atdılar.
19. Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi:
20. «Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin».
21. Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar.Baş kahin və yanındakılar gəlib Ali Şuranı – İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər.