A A A A A

Bir il Bibliya

Iyun 19

1 Salnamələr 1:1-54
1. Adəm, Şet, Enoş,
2. Qenan, Mahalalel, Yered,
3. Xanok, Metuşelah, Lemek,
4. Nuh, Sam, Ham və Yafəs.
5. Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras.
6. Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma.
7. Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Rodanim.
8. Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan.
9. Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan.
10. Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu.
11. Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular,
12. Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular.
13. Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet,
14. həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar,
15. Xivlilər, Arqlılar, Sinlilər,
16. Ervadlılar, Semarlılar və Xamatlılar.
17. Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud, Aram, Us, Xul, Geter və Meşek.
18. Arpakşaddan Şelah törədi və Şelahdan Ever törədi.
19. Everin iki oğlu oldu: birinin adı Peleqidi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi.
20. Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah,
21. Hadoram, Uzal, Diqla,
22. Eval, Avimael, Səba,
23. Ofir, Xavila və Yovav törədi. Bunların hamısı Yoqtanın oğulları idi.
24. Sam, Arpakşad, Şelah,
25. Ever, Peleq, Reu,
26. Seruq, Naxor, Terah,
27. İbram, yəni İbrahim.
28. İbrahimin oğulları: İshaq və İsmail.
29. Onların oğulları bunlardır: İsmailin ilk oğlu Nevayot, sonra Qedar, Adbeel, Mivsam,
30. Mişma, Duma, Massa, Xadad, Tema,
31. Yetur, Nafiş və Qedma. Bunlar İsmailin oğullarıdır.
32. İbrahimin cariyəsi Qeturanın doğduğu oğullar bunlardır: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. Yoqşanın oğulları: Səba və Dedan.
33. Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır.
34. İbrahimdən İshaq törədi. İshaqın oğulları: Esav və İsrail.
35. Esavın oğulları: Elifaz, Reuel, Yeuş, Yalam və Qorah.
36. Elifazın oğulları: Teman, Omar, Sefi, Qatam, Qenaz, Timna və Amaleq.
37. Reuelin oğulları: Naxat, Zerah, Şamma və Mizza.
38. Seirin oğulları: Lotan, Şoval, Siveon, Ana, Dişon, Eser və Dişan.
39. Lotanın oğulları: Xori və Homam, Lotanın bacısı Timna.
40. Şovalın oğulları: Alvan, Manaxat, Eval, Şefo və Onam. Siveonun oğulları: Ayya və Ana.
41. Ananın oğlu Dişon. Dişonun oğulları: Xamran, Eşban, İtran və Keran.
42. Eserin oğulları: Bilhan, Zaavan və Yaaqan. Dişanın oğulları: Us və Aran.
43. İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır: Beor oğlu Bela. Onun şəhəri Dinhava idi.
44. Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu.
45. Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu.
46. Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi.
47. Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu.
48. Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu.
49. Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu.
50. Baal-Xanan öldü və onun yerinə Hadad padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi.
51. Hadad öldü və bunlar Edomun başçıları oldu: başçı Timna, başçı Alva, başçı Yetet,
52. başçı Oholivama, başçı Ela, başçı Pinon,
53. başçı Qenaz, başçı Teman, başçı Mivsar,
54. başçı Maqdiel, başçı İram. Edomun başçıları bunlardır.

1 Salnamələr 2:1-55
1. İsrailin oğulları bunlardır: Ruven, Şimeon, Levi, Yəhuda, İssakar, Zevulun,
2. Dan, Yusif, Binyamin, Naftali, Qad və Aşer.
3. Yəhudanın oğulları: Er, Onan və Şela. Onun bu üç oğlu Kənanlı Bat-Şuadan doğuldu. Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis adam idi və Rəbb onu öldürdü.
4. Yəhudanın gəlini Tamar ona Peresi və Zerahı doğdu. Yəhudanın cəmisi beş oğlu var idi.
5. Peresin oğulları: Xesron və Xamul.
6. Zerahın oğulları: Zimri, Etan, Heman, Kalkol və Dara. Bunlar cəmisi beş nəfər idi.
7. Karminin oğlu həsr olunmuş şeydə xainlik edib İsraili bəlaya salan Akan idi.
8. Etanın oğlu Azarya idi.
9. Xesronun oğulları: Yeraxmeel, Ram və Kalev.
10. Ramdan Amminadav törədi və Amminadavdan Yəhudalıların rəhbəri Naxşon törədi.
11. Naxşondan Salmon törədi və Salmondan Boaz törədi.
12. Boazdan Oved törədi və Oveddən Yessey törədi.
13. Yesseyin oğulları bunlar idi: ilk oğlu Eliav, ikincisi Avinadav, üçüncüsü Şimea,
14. dördüncüsü Netanel, beşincisi Radday,
15. altıncısı Osem, yeddincisi Davud.
16. Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel.
17. Aviqail Amasanı doğdu. Amasanın atası İsmailli Yeter idi.
18. Xesron oğlu Kalevin arvadı Azuva və Yeriot ona övladlar doğdu. Kalevin Azuvadan olan oğulları bunlardır: Yeşer, Şovav və Ardon.
19. Azuva öldü. Kalev Efratı arvad aldı və o da Kalevə Xuru doğdu.
20. Xurdan Uri törədi. Uridən Besalel törədi.
21. Bundan sonra Xesron altmış yaşında ikən Gileadın atası olan Makirin qızını aldı və onunla yaxınlıq etdi; o, Xesrona Sequvu doğdu.
22. Sequv Yairin atası idi. Yairin Gilead torpağında iyirmi üç şəhəri var idi.
23. Amma Geşurlular və Aramlılar onlardan Xavvot-Yairi aldılar, bundan başqa, Qenatı və onun qəsəbələrini də – cəmisi altmış şəhəri aldılar. Bunların hamısı Gileadın atası olan Makirin nəsilləri idi.
24. Xesron Kalev-Efratada öldükdən sonra Xesronun arvadı Aviya ona Teqoanın atası Aşxuru doğdu.
25. Xesronun ilk oğlu Yeraxmeelin oğulları: ilk oğlu Ram, Buna, Oren, Osem və Axiya.
26. Yeraxmeelin başqa bir arvadı var idi, onun adı Atara idi. Onamın anası o idi.
27. Yeraxmeelin ilk oğlu Ramın oğulları: Maas, Yamin və Eqer.
28. Onamın oğulları: Şammay və Yada. Şammayın oğulları: Nadav və Avişur.
29. Avişurun arvadının adı Avihayil idi. O, Avişura Axbanı və Molidi doğdu.
30. Nadavın oğulları: Seled və Appayim. Seled oğulsuz öldü.
31. Appayimin oğlu İşi idi. İşinin oğlu Şeşan idi. Şeşanın oğlu Axlay idi.
32. Şammayın qardaşı Yadanın oğulları: Yeter və Yonatan. Yeter oğulsuz öldü.
33. Yonatanın oğulları: Pelet və Zaza. Bunlar Yeraxmeelin nəsilləri idi.
34. Şeşanın oğulları yox idi, yalnız qızları var idi. Şeşanın bir Misirli qulu var idi, onun adı Yarxa idi.
35. Şeşan qulu Yarxaya qızını arvad olmaq üçün verdi. Arvadı ona Attayı doğdu.
36. Attaydan Natan törədi. Natandan Zavad törədi.
37. Zavaddan Eflal törədi. Eflaldan Oved törədi.
38. Oveddən Yehu törədi. Yehudan Azarya törədi.
39. Azaryadan Xeles törədi. Xelesdən Eleasa törədi.
40. Eleasadan Sismay törədi. Sismaydan Şallum törədi.
41. Şallumdan Yeqamya törədi. Yeqamyadan Elişama törədi.
42. Yeraxmeelin qardaşı Kalevin oğulları: Zifin atası ilk oğlu Meşa, Xevronun atası Mareşa.
43. Xevronun oğulları: Qorah, Tappuah, Reqem və Şema.
44. Şemadan Yorqoamın atası olan Raxam törədi. Reqemdən Şammay törədi.
45. Şammayın oğlu Maon idi. Maon Bet-Suru tikdi.
46. Kalevin cariyəsi Efa Xaranı, Mosanı və Qazezi doğdu. Xaran Qazezin atası idi.
47. Yahdayın oğulları: Regem, Yotam, Geşan, Pelet, Efa və Şaaf.
48. Kalevin cariyəsi Maaka Şeveri və Tirxananı doğdu.
49. O həm də Madmannanın atası Şaafı, Makbenanın və Giveanın atası Şevanı doğdu. Kalevin qızı Aksa idi.
50. Bunlar Kalevin nəsilləri idi.Efratanın ilk oğlu Xurun oğulları bunlardır: Qiryat-Yearimin atası Şoval,
51. Bet-Lexemin atası Salma, Bet-Qaderin atası Xaref.
52. Qiryat-Yearimin atası Şovalın nəsilləri bunlardır: Haroelilər, Manaxatlıların yarısı.
53. Qiryat-Yearimin sakinləri: Yeterlilər, Putlular, Şumalılar, Mişralılar. Bunların arasından Soralılar və Eştaollular çıxdılar.
54. Salmanın nəsilləri: Bet-Lexemlilər, Netofalılar, Atrot-Bet-Yoavlılar, Manaxatlıların yarısı və Soralılar.
55. Yabesdə yaşayan mirzələrin nəsilləri: Tirealılar, Şimealılar, Sukalılar. Bunlar Bet-Rekavın atası Xammatın nəslindən olan Qenlilərdir.

Zəbur 76:1-6
1. Allah Yəhudada şöhrətlidir,İsraildə Onun adı böyükdür.
2. Çardağı Salemdədir,Məskəni Siondadır.
3. Allah orada alovlu oxları,Qalxan-qılıncı və bütün silahları qırdı.
4. Ey Allah, şərəfli Sənsən,Ulu dağlardan da əzəmətlisən!
5. Cəsur ürəklilər talan oldu,Ölüm yuxusuna daldı,Bütün cəngavərlərin əlləri sustaldı.
6. Ey Yaqubun Allahı, Sənin məzəmmətindənArabaçılar və atlar uyumuş qaldı.

Süleymanın Məsəlləri 19:6-7
6. Çoxları nəcabətlinin üzünü görmək istər,Səxavətli adamla çoxları dostluq edər.
7. Yoxsuldan qardaşının da zəhləsi gedər,Dostları ondan lap uzaq gəzər,Yalvararaq ardınca düşsə də, yaxınına gəlməz.

Həvarilərin İşləri 4:1-22
1. Kahinlər, məbəd mühafizəçilərinin başçısı və sadukeylər xalqa vəz edən Peterlə Yəhyanın üstünə getdilər.
2. Çünki bu həvarilərin xalqı öyrətməsinə, İsaya şamil edərək ölülər arasından dirilməni bəyan etməsinə qıcıqlandılar.
3. Onları tutdular və axşam olduğu üçün sabahkı günə qədər zindanda saxladılar.
4. Lakin onların sözünə qulaq asanlardan bir çoxu iman etdi. Beləliklə, iman edən kişilərin sayı beş minə qədər çatdı.
5. Ertəsi gün Yəhudilərin rəhbərləri, ağsaqqalları və ilahiyyatçıları Yerusəlimə toplaşdılar.
6. Baş kahin Xanan, Qayafa, Yəhya, İsgəndər və baş kahinin nəslindən olanların hamısı orada idi.
7. Peterlə Yəhyanı onların qarşısına gətirib soruşdular: «Siz bunu hansı qüdrətlə, kimin adı ilə edirsiniz?»
8. O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları!
9. Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə sağalmasına görə sorğu-suala çəkiliriksə,
10. hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülər arasından diriltdiyi Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub.
11. Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır.
12. Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq».
13. Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular.
14. Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər.
15. Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb
16. dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik.
17. Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər».
18. Beləcə onları çağırıb əmr verdilər ki, İsanın adını bəyan etmək və bu adla hər hansı bir təlim öyrətmək qadağandır.
19. Lakin Peterlə Yəhya cavab verib dedilər: «Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur?
20. Axı eşidib-gördüklərimizi deməyə bilmərik».
21. Ali Şuranın üzvləri onlara cəza vermək üçün imkan tapa bilmədiklərinə görə onları bir daha hədələyəndən sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verən hadisəyə görə Allahı izzətləndirdi.
22. Bu əlamət vasitəsilə sağalan adamın qırxdan artıq yaşı var idi.