A A A A A

Bir il Bibliya


Aprel 13


Yeşua 15:1-63
1. Nəsillərinə görə Yəhuda övladları qəbiləsinin irs torpağı Edom sərhədinə, cənuba doğru və oranın ən cənubunda yerləşən Zin səhrasına qədər idi.
2. Onların cənub sərhədi Duz dənizi qurtaran yerdən – cənubda yerləşən körfəzdən başlayırdı.
3. Aqrabbim keçidinin cənubundan keçib Zinə çatırdı və oradan Qadeş-Barneanın cənubundan qalxaraq Xesrona çatırdı. Buradan Addara qalxıb Qarqaya dönürdü.
4. Sonra isə Asmonadan keçib Misir vadisinə çıxırdı və bu sərhədin sonu dənizdə qurtarırdı. Rəbb demişdi ki, cənub sərhədiniz bura olacaq.
5. Şərq sərhədi İordan çayının mənsəbindən Duz dənizi boyunca idi. Şimal tərəfdən isə bu sərhəd İordan çayının mənsəbində yerləşən su körfəzindən başlayırdı.
6. Sonra bu sərhəd Bet-Xoqlaya qalxaraq Bet-Aravanın şimalından keçirdi və Ruven oğlu Bohanın qayasına çatırdı.
7. Sonra isə Akor dərəsindən Devirə çıxıb oranın cənubundakı Adummim yoxuşu qarşısında olan Qilqala doğru, şimala yönəlirdi. Buradan isə En-Şemeş sularına keçirdi və onun sonu En-Rogeldə qurtarırdı.
8. Sonra sərhəd Ben-Hinnom vadisindən cənuba doğru Yevusluların şəhərinin, yəni Yerusəlimin arxasından keçib buradan Refaim vadisinin şimal qütbündə olan Hinnom vadisinin qərbindəki dağın təpəsinə qalxırdı.
9. Bu dağın təpəsindən isə Neftoah sularının mənbəyinə doğru uzanıb Efron dağındakı şəhərlərə çıxır və oradan Baalaya, yəni Qiryat-Yearimə tərəf uzanırdı.
10. Baaladan qərbə doğru, Seir dağına qədər dönəndən sonra Yearim dağının, yəni Kesalonun şimal tərəfindən keçib Bet-Şemeşə enərək Timnaya çatırdı.
11. Sonra isə Eqronun yanından şimala doğru çıxaraq Şikkerona uzanıb Baala dağına keçərək Yavneelə qalxırdı. Burada sərhədin sonu dənizdə qurtarırdı.
12. Böyük dənizin sahili qərb sərhədi idi. Nəsillərinə görə Yəhuda övladlarına verilən torpağın sərhədi belə idi.
13. Rəbbin əmrinə görə Yeşua Yəhudalıların torpağında olan Qiryat-Arbanı, yəni Xevronu irs olaraq Yefunne oğlu Kalevə verdi. Arba Anaqın atası idi.
14. Kalev Anaq oğullarından Anaqın üç oğlu Şeşayı, Aximanı və Talmayı oradan qovdu.
15. Bundan sonra Devir əhalisinə qarşı çıxdı. Devirin əvvəlki adı Qiryat-Sefer idi.
16. Kalev dedi: «Kim Qiryat-Seferliləri qırıb oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm».
17. Oranı Kalevin qardaşı Kenazın oğlu Otniel aldı. Kalev də qızı Aksanı ona ərə verdi.
18. Aksa ona ərə gedəndə ərini atasından bir tarla istəməyə sövq etdirdi. Qız eşşəyindən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?»
19. Aksa dedi: «Mənə bir pay da ver. Madam ki Negev torpağını mənə verdin, onda su qaynaqlarını da mənə ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi.
20. Nəsillərinə görə Yəhuda övladlarının qəbiləsinin irs torpağı budur:
21. Yəhuda övladları qəbiləsinin Edom sərhədinə doğru ən cənubda yerləşən şəhərləri bunlardır: Qavseel, Eder, Yaqur,
22. Qina, Dimona, Adada,
23. Qedeş, Xasor, İtnan,
24. Zif, Telem, Bealot,
25. Xasor-Xadatta, Qeriyot-Xesron, yəni Xasor
26. Amam, Şema, Molada,
27. Xasar-Qadda, Xeşmon, Bet-Pelet,
28. Xasar-Şual, Beer-Şeva, Bizyotya,
29. Baala, İyim, Esem,
30. Eltolad, Kesil, Xorma,
31. Ziqlaq, Madmanna, Sansanna,
32. Levaot, Şilxim, Ayin və Rimmon. Bu şəhərlərin hamısı kəndləri ilə birlikdə iyirmi doqquz şəhər idi.
33. Yamaclı-düzənlikli bölgədə yerləşən şəhərlər isə bunlardır: Eştaol, Sora, Aşna,
34. Zanoah, En-Qannim, Tappuah, Enam,
35. Yarmut, Adullam, Soko, Azeqa,
36. Şaarayim, Aditayim, Gedera və Gederotayim. Bunlar da kəndləri ilə birlikdə on dörd şəhər idi.
37. Senan, Xadaşa, Miqdal-Qad,
38. Dilan, Mispe, Yoqteel,
39. Lakiş, Bosqat, Eqlon,
40. Kabbon, Laxmas, Kitliş,
41. Gederot, Bet-Daqon, Naama və Maqqeda. Bunlar da kəndləri ilə birlikdə on altı şəhər idi.
42. Livna, Eter, Aşan,
43. İftah, Aşna, Nesiv,
44. Qeila, Akziv və Mareşa. Bunlar da kəndləri ilə birlikdə doqquz şəhər idi.
45. Qəsəbələri və kəndləri ilə birlikdə Eqron,
46. Eqrondan dənizə qədər kəndləri ilə birlikdə bütün Aşdod ətrafında yerləşənlər,
47. Aşdod və onun qəsəbələri ilə kəndləri, Misir vadisinə və Böyük dənizin sahilinə qədər olan Qəzzə və onun qəsəbələri ilə kəndləri.
48. Dağlıq bölgəsində yerləşən şəhərlər isə bunlardır: Şamir, Yattir, Soko,
49. Danna, Qiryat-Sanna, yəni Devir,
50. Anav, Eştemo, Anim,
51. Qoşen, Xolon və Gilo. Bunlar da kəndləri ilə birlikdə on bir şəhər idi.
52. Arav, Ruma, Eşan,
53. Yanim, Bet-Tappuah, Afeqa,
54. Xumta, Qiryat-Arba, yəni Xevron, Sior. Bunlar da kəndləri ilə birlikdə doqquz şəhər idi.
55. Maon, Karmel, Zif, Yutta,
56. İzreel, Yoqdeam, Zanoah,
57. Qayin, Givea, Timna. Bunlar da kəndləri ilə birlikdə on şəhər idi.
58. Xalxul, Bet-Sur, Qedor,
59. Maarat, Bet-Anot, Elteqon. Bunlar da kəndləri ilə birlikdə altı şəhər idi.
60. Qiryat-Baal, yəni Qiryat-Yearim, Rabba. Bunlar da kəndləri ilə birlikdə iki şəhər idi.
61. Çöllükdə yerləşən şəhərlər isə bunlardır: Bet-Arava, Middin, Sekaka,
62. Nivşan, Duz şəhəri, En-Gedi. Bunlar da kəndləri ilə birlikdə altı şəhər idi.
63. Yəhuda övladları Yerusəlimdə yaşayan Yevusluları qova bilmədilər və Yevuslular bu günə qədər Yəhuda övladları ilə birlikdə Yerusəlimdə yaşayır.

Yeşua 16:1-10
1. Yusif övladlarına püşk ilə düşən torpaqların sərhədi şərqdən Yerixo sularından – qarşısındakı İordan çayından başlayıb çöllüyə, Yerixodan Bet-Elin dağlıq bölgəsinə qalxırdı.
2. Bet-Eldən isə Luza çıxıb Arklılar torpağına, Atarota keçirdi.
3. Sonra qərbə doğru Aşağı Bet-Xoron torpağına qədər, Yafletlilər torpağına, bundan sonra isə Gezerə qədər enirdi. Bu sərhədin sonu dənizdə qurtarırdı.
4. Yusifin övladları Menaşşe və Efrayim torpaqlarını irs olaraq aldılar.
5. Efrayim övladlarının nəsillərinə görə irs torpağının sərhədi belə idi. Şərqə doğru Atrot-Addardan Yuxarı Bet-Xorona qədər gedib dənizdə bitirdi.
6. Şimal tərəfdən isə Mikmetatdan şərqə tərəf uzanıb, Taanat-Şilo şəhərinin şərqindən dönərək Yanoahın şərqinə çıxırdı.
7. Yanoahdan isə Atarota və Naaraya enərək oradan Yerixoya çatır və sonu İordan çayında qurtarırdı.
8. Bu sərhəd Tappuahdan qərbə tərəf Qana vadisinə gedərək sonu dənizdə bitirdi. Nəsillərinə görə Efrayim övladları qəbiləsinin irs torpağı bunlardır.
9. Bundan əlavə, Menaşşe övladlarına düşən torpaqlarda da Efrayim övladları üçün ayrılan şəhər və kəndlər var idi.
10. Amma Efrayim övladları Gezerdə yaşayan Kənanlıları qovmadılar. Onlar bu günə qədər Efrayim övladları arasında yaşayır, Efrayim övladları üçün mükəlləfiyyətçi quldurlar.

Zəbur 45:1-5
1. Qəlbim yaxşı sözlərlə çağlayır,Qoy şeirlərimi padşahıma söyləyim,Dilim mahir bir xəttatın qələminə oxşayır.
2. Bəşər övladlarının ən gözəli sənsən,Dodaqlarından lətafətli sözlər tökülür,Çünki Allah səni əbədilik xeyir-dualı edib.
3. Ey cəngavər, qılıncını belinə bağla,Əzəmətini, ehtişamını göstər.
4. Həqiqət, itaətkarlıq və salehlik naminəDöyüş arabasına qalx,Əzəmətinlə uğur qazan.Qoy sağ əlindən möhtəşəm işlər gəlsin.
5. Nə itidir oxların,Padşahın düşmənlərinin köksünə saplanır.Xalqlar ayağının altına yıxılır.

Süleymanın Məsəlləri 14:4-5
4. Öküz olmayan yerdə axur təmiz olar,Amma bol məhsul öküzün gücü ilə yaranar.
5. Doğru şahid yalan deməz,Yalançı şahid yalandan üzə durar.

Luka 11:29-54
29. Camaat Onun ətrafına yığılanda İsa danışmağa başladı: «İndiki nəsil pis nəsildir. Onlar əlamət axtarır, amma onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək.
30. Çünki Yunus Nineva əhalisinə necə bir əlamət oldusa, Bəşər Oğlu da bu nəsil üçün belə olacaq.
31. Cənub mələkəsi qiyamət günündə bu nəslin adamları ilə birgə qalxıb onları məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır.
32. Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.
33. Heç kim çırağı yandırıb onu gizli yerə yaxud da qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər.
34. Bədəninin çırağı gözündür. Gözün sağlam olanda bütün bədənin də nurlu olur. Gözün zəif görəndə isə bütün bədənin də qaranlıq olur.
35. Beləliklə, diqqət et ki, səndəki “nur” qaranlıq olmasın.
36. Əgər sənin bütün bədənin nurlu olub heç bir yerdə qaranlıq qalmırsa, çıraq sənə öz nuru ilə işıq saçdığı kimi bədənin də tamamilə nurlu olacaq».
37. İsa bunları deyib qurtaranda fariseylərdən biri Onu evinə yeməyə dəvət etdi. O da içəri girib süfrəyə oturdu.
38. İsanın yeməkdən əvvəl yuyunmadığını görən farisey heyrətləndi.
39. Lakin Rəbb ona dedi: «İndi siz fariseylər kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub.
40. Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi?
41. Yaxşısı budur ki, qablarınızın içindəkilərini sədəqə verəsiniz, onda sizin üçün hər şey təmiz olar.
42. Vay halınıza, ey fariseylər! Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.
43. Vay halınıza, ey fariseylər! Sinaqoqlarda baş kürsüləri tutmağı və bazar meydanlarında salam almağı sevirsiniz.
44. Vay halınıza! Çünki siz insanların xəbəri olmadan üstündən keçdikləri itmiş qəbirlərə oxşayırsınız».
45. Qanunşünaslardan biri İsaya cavab verdi: «Müəllim, sən bunları deməklə bizi də təhqir edirsən».
46. İsa da belə dedi: «Elə sizin də vay halınıza, ey qanunşünaslar! Çünki adamları ağır yüklərlə yükləyirsiniz, amma özünüz barmağınızın biri ilə də bu yüklərə toxunmursunuz.
47. Vay halınıza! Çünki peyğəmbərlərə məqbərələr tikirsiniz, amma onları sizin ata-babalarınız öldürdülər!
48. Beləliklə, siz ata-babalarınızın etdiklərinə şahidlik edib bəyənirsiniz. Çünki onlar peyğəmbərləri öldürüb, sizsə onlara məqbərələr tikirsiniz.
49. Buna görə də Allahın hikməti belə demişdi: “Mən onlara peyğəmbərlər və həvarilər göndərəcəyəm, onların bəzisini öldürüb, bəzisini isə təqib edəcəklər”.
50. Beləcə bu nəsil dünya yaranandan bəri Habilin qanından tutmuş qurbangahla məbədin arasında öldürülmüş Zəkəriyyənin qanına qədər bütün peyğəmbərlərin tökülən qanı üçün məsuliyyət daşıyacaq. Bəli, Mən sizə deyirəm: onun üçün bu nəsil məsuliyyət daşıyacaq.
51.
52. Vay halınıza, ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmədiniz, girmək istəyənlərə də mane oldunuz».
53. İsa oradan çıxanda ilahiyyatçılarla fariseylər ona çox təzyiq göstərərək bir çox məsələlər barədə Onu sorğu-suala tutmağa başladılar.
54. Onlar fürsət axtarırdılar ki, İsanın ağzından çıxan bir sözlə Onu tələyə salsınlar.