A A A A A

Bir il Bibliya


Mart 18


Saylar 33:1-56
1. Musa və Harunun başçılığı ilə ordular halında Misir torpağından çıxan İsrail övladlarının köçləri bunlardır.
2. Musa Rəbbin əmrinə görə onların köçlərini və dayanacaqlarını qeyd etdi. Onların köçləri və qaldıqları yerlər bunlardır:
3. İsrail övladları Pasxa bayramının səhəri, birinci ayın on beşində Misirlilərin gözü qarşısında vüqarla Ramsesdən yola düşdü.
4. O vaxt Misirlilər Rəbbin qırdığı bütün ilk oğlanları basdırırdılar. Rəbb onların allahlarını da Öz hökmünə məruz qoymuşdu.
5. İsrail övladları Ramsesdən yola çıxıb Sukkotda düşərgə saldılar.
6. Sukkotu tərk edib səhra kənarındakı Etamda düşərgə saldılar.
7. Etamı tərk edib Baal-Sefonun şərqində Pi-Haxirota qayıtdılar və Miqdol yaxınlığında düşərgə saldılar.
8. Pi-Haxirotu tərk edib dənizin ortasından keçərək səhraya çıxdılar. Etam səhrasında üç gün gəzib dolanandan sonra Marada düşərgə saldılar.
9. Maranı tərk edib on iki su çeşməsi və yetmiş xurma ağacı olan Elimə gedərək orada düşərgə saldılar.
10. Elimi tərk edib Qırmızı dəniz kənarında düşərgə saldılar.
11. Qırmızı dənizin kənarından ayrılıb Sin səhrasında düşərgə saldılar.
12. Sin səhrasını tərk edib Dofqada düşərgə saldılar.
13. Dofqanı tərk edib Aluşda düşərgə saldılar.
14. Aluşu tərk edib Refidimdə düşərgə saldılar. Orada xalq üçün içməyə su yox idi.
15. Refidimi tərk edib Sina səhrasında düşərgə saldılar.
16. Sina səhrasını tərk edib Qivrot-Hattaavada düşərgə saldılar.
17. Qivrot-Hattaavanı tərk edib Xaserotda düşərgə saldılar.
18. Xaserotu tərk edib Ritmada düşərgə saldılar.
19. Ritmanı tərk edib Rimmon-Peresdə düşərgə saldılar.
20. Rimmon-Peresi tərk edib Livnada düşərgə saldılar.
21. Livnanı tərk edib Rissada düşərgə saldılar.
22. Rissanı tərk edib Qehelatda düşərgə saldılar.
23. Qehelatı tərk edib Şefer dağında düşərgə saldılar.
24. Şefer dağını tərk edib Xaradada düşərgə saldılar.
25. Xaradadan ayrılıb Maqhelotda düşərgə saldılar.
26. Maqhelotu tərk edib Taxatda düşərgə saldılar.
27. Taxatdan ayrılıb Terahda düşərgə saldılar.
28. Terahı tərk edib Mitqada düşərgə saldılar.
29. Mitqanı tərk edib Xaşmonada düşərgə saldılar.
30. Xaşmonadan ayrılıb Moserotda düşərgə saldılar.
31. Moserotu tərk edib Bene-Yaaqanda düşərgə saldılar.
32. Bene-Yaaqandan ayrılıb Xor-Haqqidqadda düşərgə saldılar.
33. Xor-Haqqidqadı tərk edib Yotvatada düşərgə saldılar.
34. Yotvatanı tərk edib Avronada düşərgə saldılar.
35. Avronanı tərk edib Esyon-Geverdə düşərgə saldılar.
36. Esyon-Geveri tərk edib Zin səhrasında, yəni Qadeşdə düşərgə saldılar.
37. Qadeşdən ayrılıb Edom torpağının sərhədindəki Hor dağında düşərgə saldılar.
38. Kahin Harun Rəbbin əmrinə görə Hor dağına çıxdı. İsraillilərin Misirdən çıxmasının qırxıncı ilində, beşinci ayın birinci günündə orada öldü.
39. Harun Hor dağında öləndə yüz iyirmi üç yaşında idi.
40. Kənan ölkəsinin Negev bölgəsində yaşayan Kənanlı Arad padşahı eşitdi ki, İsrail övladları gəlib.
41. İsrail övladları Hor dağından ayrılıb Salmonada düşərgə saldılar.
42. Salmonanı tərk edib Punonda düşərgə saldılar.
43. Punonu tərk edib Ovotda düşərgə saldılar.
44. Ovotu tərk edib Moav sərhədindəki İye-Avarimdə düşərgə saldılar.
45. İye-Avarimi tərk edib Divon-Qadda düşərgə saldılar.
46. Divon-Qaddan ayrılıb Almon-Divlataymada düşərgə saldılar.
47. Almon-Divlataymanı tərk edib Nevo yaxınlığında olan Avarim dağlıq bölgəsində düşərgə saldılar.
48. Avarim dağlıq bölgəsindən ayrılıb İordan çayı yanında, Yerixo qarşısında olan Moav düzənliyində düşərgə saldılar.
49. İordan çayı boyunca Bet-Yeşimotdan Avel-Şittimə qədər Moav düzənliyində düşərgə saldılar.
50. Orada, İordan çayı yanında, Yerixo qarşısındakı Moav düzənliyində Rəbb Musaya belə dedi:
51. «İsrail övladlarına de: “İordan çayından Kənan ölkəsinə keçəndə
52. ölkədə yaşayan bütün əhalini qovun. Oyma daşlarının, tökmə bütlərinin hamısını yox edin. Onların bütün səcdəgah yerlərini dağıdın.
53. Ölkəni ələ keçirib orada məskunlaşacaqsınız, çünki mülk almaq üçün oranı sizə verdim.
54. Püşklə ölkəni nəsilləriniz arasında bölün. Böyük nəslə böyük torpaq payı, kiçik nəslə kiçik torpaq payı verin. Kimin püşkünə nə çıxsa, qoy ora onun olsun. Paylarınızı atalarınızın qəbilələrinə görə irs alın.
55. Amma yerli əhalini qovmasanız, qalanlar böyrünüzü kol kimi dolayıb tikan kimi gözünüzə girəcək. Yaşadığınız ölkədə sizə əziyyət verəcək.
56. Mən də onlara nə etməyi düşünsəm, onu sizə edəcəyəm”».

Saylar 34:1-29
1. Rəbb Musaya dedi:
2. «İsrail övladlarına əmr et və onlara de: “Kənan ölkəsinə girdiyiniz zaman irs olaraq sizə düşən torpağın – Kənan torpağının sərhədləri belə olacaq:
3. Cənub tərəfiniz Zin səhrasından Edom sərhədi boyunca uzanacaq. Cənub sərhədiniz şərqdə Duz dənizinin ucundan başlayacaq.
4. Sərhədiniz Aqrabbim keçidinin cənubundan dolaşaraq Zin səhrasına keçəcək və oradan Qadeş-Barneanın cənubuna qədər uzanacaq. Oradan Xasar-Addara uzanıb Asmona keçəcək.
5. Sərhəd Asmondan Misir vadisinə qədər dolaşacaq və onun ucu dənizin yanında olacaq.
6. Qərb sərhədiniz Böyük dənizi və onun kənarı olacaq, qərb sərhədiniz belə olacaq.
7. Şimal sərhədiniz bu olacaq: Böyük dənizdən Hor dağına qədər nişan qoyacaqsınız.
8. Hor dağından da Xamat keçidinə qədər nişan qoyacaqsınız. Sərhədin ucu Sedadda olacaq.
9. Sərhəd Zifrona uzanacaq və onun ucu Xasar-Enanda olacaq. Bu, şimal sərhədiniz olacaq.
10. Şərq sərhədinizə Xasar-Enandan Şefama qədər nişan qoyacaqsınız.
11. Sərhəd Şefamdan Ayinin şərq tərəfində olan Rivlaya enəcək və oradan Kinneret gölünün şərq kənarındakı yamaclara çatacaq.
12. Sonra sərhəd İordan çayı boyunca enəcək və onun ucu Duz dənizinin yanında olacaq.Hər tərəfdən ölkənizin sərhədləri bunlar olacaq”».
13. Musa İsrail övladlarına əmr edib dedi: «Bu o torpaqdır ki, siz onu püşk vasitəsilə bölməlisiniz. Rəbbin əmri ilə onu doqquz yarım qəbilə arasında bölməlisiniz.
14. Çünki Ruven qəbiləsinin nəsilləri, Qad qəbiləsinin nəsilləri və Menaşşe qəbiləsinin o biri yarısı öz irsini aldılar.
15. Bu iki yarım qəbilə Yerixonun qarşısında İordan çayının şərq tərəfində irsini aldı».
16. Rəbb Musaya dedi:
17. «Torpaqları sizə irs olaraq böləcək adamların adları belədir: kahin Eleazar və Nun oğlu Yeşua.
18. Torpaqları bölmək üçün hər qəbilədən bir nəfər rəhbər götürün.
19. Bu adamlar bunlardır: Yəhuda qəbiləsi üçün Yefunne oğlu Kalev;
20. Şimeon qəbiləsi üçün Ammihud oğlu Şamuel;
21. Binyamin qəbiləsi üçün Kislon oğlu Elidad;
22. Dan qəbiləsi üçün rəhbər olan Yoqli oğlu Buqqi;
23. Yusif oğullarından Menaşşe qəbiləsi üçün rəhbər olan Efod oğlu Xanniel;
24. Efrayim qəbiləsi üçün rəhbər olan Şiftan oğlu Qemuel;
25. Zevulun qəbiləsi üçün rəhbər olan Parnak oğlu Elisafan;
26. İssakar qəbiləsi üçün rəhbər olan Azzan oğlu Paltiel;
27. Aşer qəbiləsi üçün rəhbər olan Şelomi oğlu Axihud;
28. Naftali qəbiləsi üçün rəhbər olan Ammihud oğlu Pedahel».
29. Kənan torpağında İsrail övladlarına irs torpaqları bölmək üçün Rəbbin əmr etdiyi adamlar bunlardır.

Zəbur 35:9-16
9. Onda canım Rəblə şad olacaq,Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.
10. Bütün varlığımla belə deyəcəyəm:«Ya Rəbb, Sənin kimisi varmı?Məzlumu ondan güclünün əlindən,Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən».
11. Amansız şahidlər qalxırlar,Yalandan üzümə dururlar.
12. Yaxşılığımın əvəzində onlardan yamanlıq görürəm,Əzizi ölən bir adama bənzəyirəm.
13. Vaxtı ilə onlar xəstələnərkənÇul geyib, oruc tutub canıma zülm edirdim,Başımı aşağı salıb dua edirdim.
14. Onları özümə dost və qardaş bilirdim.Anası üçün yas tutan adam təkBükülüb hüznlə gəzirdim.
15. Lakin mən büdrəyərkənBir yerə toplaşıb sevindilər.Tanımadığım əclaflar mənə qarşı toplaşdılar.Dayanmadan məni didirdilər,
16. Şikəstləri təhqir edən allahsızlar kimiMənə dişlərini qıcayırdılar.

Süleymanın Məsəlləri 12:2-2
2. Rəbb yaxşı adamdan razı qalar,Pisniyyət adamı isə məhkum edər.

Mark 15:1-24
1. Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər.
2. Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir».
3. Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər.
4. Pilat Ondan yenə soruşdu: «Heç cavab verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!»
5. Amma İsa yenə də ona cavab vermədi. Pilat buna heyrətləndi.
6. Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi.
7. Üsyan zamanı adam öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu.
8. Xalq Pilatın yanına çıxıb ondan xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin.
9. Pilat onlara cavab verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?»
10. Çünki başçı kahinlərin İsanı paxıllıqdan təslim etdiyini bilirdi.
11. Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlər.
12. Pilat yenə onlardan soruşaraq dedi: «Bəs nə istəyirsiniz? Yəhudilərin Padşahı dediyiniz bu Adama nə edim?»
13. «Onu çarmıxa çək!» deyə yenə bağırdılar.
14. Pilat «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Onu çarmıxa çək!» deyə daha ucadan bağırdılar.
15. Xalqı razı salmaq istəyən Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.
16. Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar.
17. Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular.
18. «Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar.
19. Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar.
20. Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar.
21. O vaxt Şimon adlı Kirenalı bir nəfər kənd yerindən gəlib oradan keçirdi. O, İsgəndər və Rufusun atasıdır. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.
22. İsanı Qolqota adlanan yerə gətirdilər. «Qolqota» «Kəllə yeri» deməkdir.
23. Ona mirra ilə qarışıq şərab vermək istədilər, amma O imtina etdi.
24. İsanı çarmıxa çəkdilər. Paltarlarını isə «kimə nə düşdü-düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər.