A A A A A

Bir il Bibliya


Dekabr 8


Huşə 7:1-16
1. İsrailə şəfa vermək istəyəndəEfrayimin günahları,Samariyanın pislikləri ortaya çıxır.Çünki hiylə ilə davranırlar.Evlərə oğru girir,Küçədə quldur soyğunçuluq edir.
2. Ürəklərində düşünmürlər ki,Mən onların bütün pisliklərini yada salıram.İndi günahları onları dövrələyib vəGözümün önündədir.
3. Padşahı pislikləri ilə,Başçıları yalanları ilə sevindirirlər.
4. Hamısı zinakardır,Yoğrulan xəmir acıyana qədərTəndirçinin odunu qurdalamağa ehtiyac görmədiyiSoba kimi şəhvətlə yanırlar.
5. Padşahımızın ad günündəBaşçılar şərabın atəşindən xəstələndi,Padşah da istehzaçılarla əl-ələ verdi.
6. Pusquda yatarkənÜrəkləri soba kimi qızar.Qəzəbləri bütün gecə için-için yanar,Səhər də alovlu atəş kimi parlayar.
7. Onların hamısı soba kimi qızışıbÖz hakimlərini həlak etdi.Bütün padşahları yıxıldı,Aralarında Məni çağıran yoxdur.
8. Efrayim başqa xalqlara qarışır;Efrayim bir üzü çiy qalan kökədir.
9. Onun gücünü özgələr yedi,O isə bilmir,Saçına dən düşüb,O isə bilmir.
10. İsrailin qüruru özünə qarşı şəhadət edir.Ancaq yenə də özlərinin Allahı Rəbbə tərəf dönmür,Onu axtarmırlar.
11. Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir.Gah Misirliləri çağırır,Gah Aşşura gedirlər.
12. Onlar gedən zamanMən onların başına torumu atacağam.Göydəki quşlar kimiOnları vurub yerə salacağam.İcmalarında bildirildiyi kimiOnları cəzalandıracağam.
13. Vay onların halına!Çünki Məndən uzaqlaşdılar.Başlarına bəla gəlsin!Çünki Mənə qarşı üsyan etdilər.Mən onları qurtarmaq istəyirdim,Onlarsa Mənə böhtan deyir.
14. Ürəkdən Mənə fəryad etmirlər,Ancaq yataqlarının içində ulayırlar.Taxıl və təzə şərab üçün özlərini yaralayırlar,Amma Məndən üz döndərirlər.
15. Mən onlara nəsihət verdim,Qollarına güc verdim.Onlarsa Mənə qarşı qəsd qurur.
16. Onlar üz tutur,Ancaq ucalara tərəf yox.Hədəfi əyri vuran kamana bənzəyirlər.Dillərinin arsızlığı üzündənBaşçıları qılınca tuş gələcək.Buna görə də MisirdəKinayə hədəfi olacaqlar.

Huşə 8:1-14
1. Şeypur çalmağa hazırlaş!Rəbbin evinin üzərinəDüşmən qartal kimi hücum çəkir.Çünki İsraillilər Mənim əhdimi pozdu,Mənim qanunuma qarşı çıxdı.
2. Onlar Mənə fəryad edib deyəcək:“Allahım, biz İsraillilər Səni tanıyırıq”.
3. İsrail yaxşılığı rədd etdi,Düşmən onu təqib edəcək.
4. Məndən soruşmadanÖzlərinə padşah qoydular.Məndən xəbər almadanBaşçılar seçdilər.Özlərinə qızıl və gümüşlərindənÖlümlərinə yol açanBütlər düzəltdilər.
5. Ey Samariya, dana bütün rədd edildi!Mənim qəzəbim onlara qarşı alovlandı.Nə vaxta qədər onlar pak olmayacaq?
6. Çünki bu büt İsrailin işidir,Usta onu düzəldib,Ona görə də Allah deyil.Samariyadakı dana bütüXıncım-xıncım olacaq.
7. Onlar külək qaldırdı,Qasırğa alacaqlar.Sünbül bitirməyən buğda un verməz,Versə də, yadlar onu udacaq.
8. İsrail udulmuşdur,İndi onlar millətlər arasındaHeç kəsin bəyənmədiyi bir qab kimi oldu.
9. Onlar tənha gəzən vəhşi eşşək kimiAşşur tərəfə getdi.Efrayim muzdla özünə oynaşlar tutdu.
10. Onlar millətlər arasında muzdla oynaş tutsalar da,Mən indi onları bir yerə toplayacağam.Onlar qüdrətli padşahın zülmündənAzalmağa başlayacaq.
11. Efrayim günah təqdimi üçünÇoxlu qurbangah tiksə də,Bunlar onu günaha batıran qurbangahlar oldu.
12. Mən onlar üçün çoxlu qanun yazdım,Onlarsa bunları yad bir şey hesab etdi.
13. Mənə kəsilən qurbanlara gəlincə,Əti Mənə qurban gətiribÖzləri yeyir.Rəbb onlardan razı deyil.İndi onların qəbahətlərini yada salacaq,Günahlarına görə onları cəzalandıracaq.Onlar Misirə qayıdacaq.
14. İsrail də Yaradanını unutdu,Özünə saraylar qurdu.Yəhuda da çoxlu qalalı şəhər tikdi,Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm,Qalalarını alov yeyəcək.

Zəbur 139:7-12
7. Hara gedim ki, Ruhun orada olmasın?Hara qaçım ki, hüzurunda olmayım?
8. Əgər göylərə çıxsam, Sən oradasan,Ölülər diyarında yatsam, Sən oradasan.
9. Qanad alıb gündoğana uçsam belə,Dənizi keçib günbatana qonsam belə,
10. Sənin sağ əlin bələdçim olacaq,Sağ əlin məni qoruyacaq.
11. Desəm də: «Qoy zülmət məni bürüsün,İşıq batsın, ətrafım gecəyə dönsün»,
12. Sənin qarşında zülmət batar,Önündə gecə də gündüz kimi nur saçar.Nurun, zülmətin Sənin üçün nə fərqi var?

Süleymanın Məsəlləri 29:20-20
20. Düşünmədən danışana baxmısanmı?Axmağa ondan artıq ümid var.

2 Yəhyanın 1:1-13
1. Mən ağsaqqaldan həqiqətə görə sevdiyim seçilmiş xanıma və onun övladlarına salam! Yalnız mən deyil, həqiqəti dərk edənlərin hamısı sizi sevir.
2. Çünki həqiqət daxilimizdə qalır və əbədi olaraq bizimlə olacaq.
3. Ata Allahdan və Atanın Oğlu İsa Məsihdən olan lütf, mərhəmət, sülh də həqiqət və məhəbbət əsasında bizimlə olacaq.
4. Sənin övladlarının arasında Atadan aldığımız əmrə uyğun olaraq həqiqətə görə həyat sürənlərə rast gələndə çox sevindim.
5. Ey xanım, indi də səndən xahiş edirəm ki, bir-birimizi sevək. Sənə yazdığım yeni bir əmr deyil, əvvəldən bəri malik olduğumuz əmrdir.
6. Məhəbbət Atanın əmrlərinə görə həyat sürməyimizi tələb edir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə həyat sürəsiniz.
7. Çünki dünyada çoxlu yalançı meydana çıxıb ki, İsa Məsihin cismən gəldiyini iqrar etmir. Bunu edən şəxs yalançı və Məsih əleyhdarıdır.
8. Özünüzü qoruyun ki, bizim çəkdiyimiz zəhməti bada verməyib tam mükafatı əldə edəsiniz.
9. Həddi aşıb Məsihin təliminə sadiq qalmayan hər kəs Allaha malik deyil, həmin təlimə sadiq qalan kəs isə həm Ataya, həm də Oğula malikdir.
10. Əgər bir kəs yanınıza gəlib sizə bu təlimi öyrətməsə, onu qonaq qəbul etməyin və onunla salamlaşmayın.
11. Çünki onunla salamlaşan kəs onun şər əməllərinə şərik olur.
12. Sizə yazılası çox sözüm var, amma bunları kağız və mürəkkəblə bildirmək istəmədim. Lakin ümid edirəm ki, özüm yanınıza gəlib sizinlə üz-üzə söhbət edim və beləcə sevincimiz tamam olsun.
13. Sənin seçilmiş bacının övladları sənə salam göndərir.