A A A A A

Bir il Bibliya


Dekabr 7


Huşə 5:1-15
1. Ey kahinlər, bunu eşidin!Ey İsrail nəsli, diqqətlə dinləyin!Ey padşah sarayında olanlar, qulaq verin!Sizin barənizdə hökm çıxarıldı,Çünki siz Mispada bir tələ,Tavor dağına sərilmiş bir tor oldunuz.
2. Qanunsuzlar adam öldürməklə məşğuldur.Amma Mən onların hamısını cəzalandıracağam.
3. Efrayimi tanıyıram,İsrail Məndən gizli deyil,Çünki indi sən fahişəlik edirsən, ey Efrayim,İsrail də murdarlanıb.
4. Əməlləri qoymur ki, onlarÖzlərinin Allahına tərəf dönsün,Çünki içlərində xəyanət ruhu var,Rəbbi də tanımırlar.
5. İsrailin qüruru özünə qarşı şəhadət edir.İsraillə EfrayimGünahlarından ötrü büdrəyib-yıxılır.Yəhuda da onlarla birgə yıxılır.
6. Qoyun-keçi, mal-qara qurban edərəkRəbbi axtarmağa gedəcəklər,Amma tapmayacaqlar,Çünki Rəbb onları tərk etdi.
7. Onlar Rəbbə xəyanət etdi,Çünki bic uşaqlar doğdu.İndi Təzə Ay mərasimi olandaOnlar tarlaları ilə birlikdə məhv olacaq.
8. Giveada şeypur çalın,Ramada kərənay çalın,Bet-Avendə car çəkin,Düşmən arxandadır, ey Binyamin!
9. Efrayim cəza günündə viran olacaq,Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.
10. Yəhuda başçılarıSərhəd daşı dəyişənlərə bənzəyir.Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm.
11. Efrayim zülm gördü,Hökm ilə əzildi,Çünki bilə-biləBoş şeylərin dalınca getdi.
12. Mən Efrayimlilərə qarşı güvə,Yəhuda nəsli üçün kif olacağam.
13. Efrayim xəstəliyini,Yəhuda yarasını gördü.Efrayim Aşşura getdi,Böyük padşahdan kömək istədi,Amma o sizə şəfa verməz,Yaranızı sağaltmaz.
14. Bəli, Mən Efrayimlilərə qarşı bir şir,Yəhuda nəsli üçün cavan aslan olacağam.Mən, Mən onu parçalayıb gedəcəyəm,Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq.
15. Sonra qayıdıb Öz məskənimə gedəcəyəm,O vaxtacan ki özlərini günahkar sayaraqMənim hüzurumu axtaracaqlar.Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar».

Huşə 6:1-11
1. «Gəlin Rəbbə qayıdaq.O bizi parçaladı,O da bizə şəfa verəcək.O bizi yaraladı,O da yaramızı sarıyacaq.
2. İki gün sonra bizi dirildəcək,Üçüncü gün ayağa qaldıracaq,Onun hüzurunda yaşayacağıq.
3. Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək.O hökmən dan yeri kimi doğacaq,Yağış kimi,Torpağı sulayan yaz yağışı kimiYanımıza gələcək».
4. Allah deyir:«Ey Efrayim, sənə nə edim?Ey Yəhuda, bəs sənə nə edim?Çünki məhəbbətiniz səhər dumanı,Erkən uçub gedən şeh kimidir.
5. Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım,Ağzımdan çıxan sözlərlə öldürdüm.Sizin üzərinizdə hökmümŞimşək kimi parıldayır.
6. Çünki Mən qurban deyil,Məhəbbət istəyirəm.Yandırma qurbanlarından çoxAllahı tanımağınızı istəyirəm.
7. Ancaq onlar Adəm kimi əhdi pozdu,Orada Mənə xəyanət etdi.
8. Gilead şər adamların şəhəridir,Qan izləri ilə doludur.
9. Quldur dəstələri necə insan üçün pusquya yatırsa,Kahin dəstələri də Şekemə gedən yolda adam öldürür,Bəli, xəbislik edir.
10. İsrail nəslində qorxunc bir şey gördüm,Efrayim fahişəliyə batmış,İsrail murdarlanmışdır.
11. Ey Yəhuda, sənin üçün dəBir biçin günü təyin edildi.Mən xalqımı sürgündən qaytaranda,

Zəbur 139:1-6
1. Ya Rəbb, məni yoxlayaraq tanıdın,
2. Oturuşumu-duruşumu Özün bilirsən,Fikirlərimi uzaqdan duyursan.
3. Getməyimə, yatmağıma nəzarət edirsən,Nə yollardan keçdiyimi bilirsən.
4. Sözlərimi dilə gətirməmişdən əvvəl,Ya Rəbb, hamısını tamamilə bilirsən.
5. Hər yandan məni əhatə etmisən,Öz əlini üzərimə qoymusan.
6. Bu bilik əsrarəngizdir, məndən yüksəkdir,Bunu dərk edə bilmərəm.

Süleymanın Məsəlləri 29:19-19
19. Qula sözlə tərbiyə vermək olmaz,Çünki başa düşsə belə, qulaq asmaz.

1 Yəhyanın 5:1-21
1. İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub. Doğanı sevən ondan doğulanı da sevir.
2. Biz Allahın övladlarını sevdiyimizi bundan anlayırıq ki, Allahı sevib Onun əmrlərinə əməl edirik.
3. Çünki Allah məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil.
4. Çünki Allahdan doğulan hər kəs dünyaya qalib gəlir. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır.
5. Dünyaya qalib gələn kimdir? Əlbəttə ki, İsanın Allahın Oğlu olmasına inanan!
6. Su və qanla gələn Şəxs həmin İsa Məsihdir. O yalnız su ilə deyil, su və qanla gəldi. Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir.
7. Bəli, üç şahid var:
8. Ruh, su və qan. Bunların üçü də bir-birinə uyğun gəlir.
9. Biz insanların şəhadətini qəbul edirik, amma Allahın şəhadəti bundan üstündür. Çünki bu, Allahın şəhadətidir; O Öz Oğlu barədə şəhadət edib.
10. Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir. Amma Allaha inanmayan Onu yalançı yerinə qoyub. Çünki Allahın Öz Oğlu barədə verdiyi şəhadətə inanmayıb.
11. Bu şəhadət ondan ibarətdir ki, Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır.
12. Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur.
13. Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz.
14. Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir.
15. Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alırıq.
16. Əgər bir kəs qardaşının ölümə aparmayan günah etdiyini görsə, qoy Allahdan onun sağ qalmasını diləsin və beləcə ona – ölümə aparmayan günah edən kəsə həyat versin. Ölümə aparan günah da var. Demirəm ki, bu barədə Allahdan istəsin.
17. Hər cür haqsızlıq günahdır, amma ölümə aparmayan günah da var.
18. Bilirik ki, Allahdan doğulan hər kəs günahını davam etdirməz. Əksinə, Allahdan doğulan Oğul onu qoruyur və şər olan ona toxuna bilmir.
19. Bilirik ki, biz Allahdanıq, amma bütün dünya şər olanın hakimiyyəti altındadır.
20. Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur.
21. Ey övladlar, özünüzü bütlərdən qoruyun!