A A A A A

Bir il Bibliya


Dekabr 6


Huşə 3:1-5
1. Rəbb mənə dedi: «Get yenə də aşnasının sevdiyi zina edən qadını sev, necə ki Rəbb İsrail övladlarını sevir, onlarsa başqa allahlara üz tutur və bunlara təqdim edilən üzüm kökələrini sevir».
2. Mən də qadını özüm üçün on beş gümüşə və bir yarım xomer arpaya satın aldım.
3. Ona dedim: «Uzun müddət mənim yanımda qal, başqa bir kişi ilə olub zina etmə. Mən də səninlə belə rəftar edərəm.
4. Ona görə ki İsrail övladları uzun müddət padşah və başçı, qurban və müqəddəs daş, efod və ev bütləri olmadan yaşayacaq.
5. Sonra İsrail övladları dönüb özlərinin Allahı Rəbbi və padşahı Davudu axtaracaq. Axır zamanda lərzə içində Rəbbə və Onun xeyirxahlığına doğru yönələcəklər».

Huşə 4:1-19
1. «Ey İsrail övladları, Rəbbin sözünü eşidin,Çünki bu ölkədə yaşayanlarıRəbb ittiham edir.Sədaqət, məhəbbət, Allahı tanımaqBu yerdə yox olub.
2. Lənət, yalan, qətl, oğurluq və zinaHər yerə yayılıb.Qoluzorluluq edərəkQan üstünə qan tökürlər.
3. Bundan ötrü ölkə yas tutur,Orada yaşayan hər kəs bezib.Həmçinin çöl heyvanları, göy quşları,Hətta dənizdəki balıqlar da məhv olur.
4. Ancaq heç kəs dava etməsin,Heç kəs başqasını təqsirləndirməsin,Çünki Mənim davam səninlədir, ey kahin.
5. Sən gündüz büdrəyəcəksən,Peyğəmbər də gecə səninlə birgə.Sənin ananıməhv edəcəyəm.
6. Xalqım biliksizlikdən məhv oldu.Sən biliyi rədd etdiyin üçünMən də səni rədd edəcəyəm ki,Bir daha Mənə kahinlik etməyəsən.İndi ki öz Allahının qanununu unutdun,Mən də sənin balalarını unudacağam.
7. Kahinlər nə qədər çoxaldısa,Mənə qarşı o qədər çox günah etdi.Onların izzətini rüsvayçılığa çevirəcəyəm.
8. Xalqımın günahı ilə bəslənirlər,Onların qəbahətinə can atırlar.
9. Xalqın başına gələnKahinin də başına gələcək.Tutduqları yol üçün onları cəzalandıracağam.Əməllərinin əvəzini onlara ödəyəcəyəm.
10. Yeyəcəklər, amma doymayacaqlar,Fahişəlik edəcəklər, amma çoxalmayacaqlar,Çünki onlar Rəbbi tərk edibBaşqa allahlara könül verdi.
11. Zina, köhnə və təzə şərabOnların ürəklərini cəlb edib.
12. Xalqım ağacdan olan əşyaya sual verir,Əsalarından cavab alır,Çünki xəyanət ruhu onları azdırdı.Özlərinin Allahından ayrılıb xəyanət etdilər.
13. Dağların başında qurban kəsirlər,Təpələrdə palıd, ağcaqovaq və yabanı püstə ağacı altındaKölgələri gözəl olduğu üçün buxur yandırırlar.Buna görə də qızlarınız fahişəlik edir,Gəlinləriniz də zinakardır.
14. Fahişəlik edən qızlarınızı,Zina edən gəlinlərinizi cəzalandırmayacağam.Çünki kişiləriniz fahişələrlə oynaşır,Məbəd fahişələri ilə birgə qurban kəsir.Dərrakəsiz xalq məhv olacaq.
15. Ey İsrail, sən xəyanət etsən də,Heç olmasa Yəhuda təqsirkar olmasın.Qilqala getməyin,Bet-Avenə çıxmayın.“Var olan Rəbbin haqqı üçün”Deyib and içməyin.
16. Bəli, İsrail inadkar bir düyə kimi inad etdi.İndi Rəbb onlarıOtlaqda quzu otaran kimi necə otarsın?
17. Efrayim bütlərindən yapışdı,Burax onu!
18. Onlar içkiləri qurtarandan sonraHələ pozğunluq da edir.Onların başçıları rüsvayçılığı çox sevir.
19. Külək onları qanadları ilə sarıyacaq,Qurbanlarından ötrü utanacaqlar.

Zəbur 138:7-8
7. Sıxıntı içində gəzsəm də,Mənə həyat verirsən.Düşmənin qəzəbinə qarşı əl qaldırırsan,Məni sağ əlinlə qurtarırsan.
8. Rəbb mənə verdiyi vədə əməl edir.Ya Rəbb, məhəbbətin əbədidir.Öz əlinin işini tərk etmə!

Süleymanın Məsəlləri 29:18-18
18. İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar.Qanuna əməl edən nə bəxtiyardır!

1 Yəhyanın 4:1-21
1. Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb.
2. Allahın Ruhunu bundan tanıya bilərsiniz: İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır,
3. İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil. Bu, «Məsih əleyhdarı»nın ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır.
4. Sizsə, ey övladlar, Allahdansınız və yalançı peyğəmbərlərə qalib gəlmisiniz. Çünki sizdə olan Ruh dünyada olandan üstündür.
5. Onlar dünyadandır, buna görə də dünyəvi mövqedən danışırlar və dünya onlara qulaq asır.
6. Bizsə Allahdanıq. Allahı tanıyan bizə qulaq asır, Allahdan olmayansa bizə qulaq asmır. Həqiqət ruhunu və aldatma ruhunu bundan tanıyırıq.
7. Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır.
8. Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir.
9. Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq.
10. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.
11. Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək.
12. Allahı heç kim heç zaman görməyib. Əgər biz bir-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur.
13. Bizim Onda, Onun da bizdə qaldığını bundan bilirik ki, O bizə Öz Ruhundan verib.
14. Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi.
15. Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır.
16. Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq.Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar.
17. Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik.
18. Məhəbbətdə qorxu yoxdur, əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil.
19. Biz sevirik, çünki öncə O bizi sevdi.
20. Kim «mən Allahı sevirəm» deyir, amma öz qardaşına nifrət edirsə, yalançıdır. Axı gördüyü qardaşını sevməyən görmədiyi Allahı sevə bilməz.
21. Bizim Ondan aldığımız əmr budur ki, Allahı sevən gərək öz qardaşını da sevsin.