A A A A A

Bir il Bibliya


Dekabr 17


Acdiya 1:1-21
1. Bu, Avdiyaya zühur olan görüntüdür.Xudavənd Rəbb Edom barəsində belə deyir:Biz Rəbdən xəbər eşitdik,Millətlər arasına«Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi.
2. «Bax səni millətlər arasında kiçildəcəyəm,Hamı sənə xor baxacaq.
3. Ey sən qayaçatlarında məskən salan,Evini yüksəklərdə quran!Ürəyinin qüruru səni aldatdı,Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin.
4. Sən qartal kimi yuxarı uçubYuvanı ulduzlar arasında qursan da,Səni oradan endirəcəyəm».Rəbb bəyan edir.
5. «Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi,Ancaq öz istədikləri qədər oğurlamazdılarmı?Əgər üzüm yığanlar sənin bağına gəlsəydi,Bir neçə salxımı saxlamazdılarmı?Amma gör səni nə cür müsibətlər gözləyir!
6. Esavın hər şeyi talan ediləcək,Gizli xəzinələri aşkara çıxarılacaq.
7. Səninlə əhd bağlayanların hamısıSəni ölkəndən qovacaq,Müttəfiqlərin səni aldadıb məğlub edəcək.Səninlə çörək yeyənlər sənə tələ quracaq,“Onun ağlı haradadır?” deyəcək».
8. Rəbb bəyan edir:«O gün Edomun hikmətli adamlarını,Esav dağındakı müdrikləri məhv edəcəyəm.
9. Ey Teman,igid adamların elə qorxuya düşəcək ki,Esav dağlarının hər sakini qırğında öldürüləcək.
10. Qardaşın Yaquba etdiyin zorakılığa görəSən xəcalət içində qalacaqsan,Əbədi məhv olacaqsan.
11. Yadellilər onun sərvətini aparandaSən uzaqda durub tamaşa etdin.Əcnəbilər onun şəhər darvazalarından giribYerusəlim üçün püşk atandaSən də onlardan biri kimi davrandın.
12. Sən gərək Yəhudalı soydaşlarınınBədbəxtlik günündən zövq almayaydın,Həlak olduqları gün sevinməyəydin,O əzablı gündə rişxənd etməyəydin,
13. Xalqımın fəlakətli günündəOnların şəhər darvazalarından girməyəydin,Başlarına bəla gələn günOnların fəlakətini sevinclə seyr etməyəydin,Başlarına bəla gələn günOnların malına əl uzatmayaydın!
14. Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçünYol ayrıcında dayanmayaydın,O əzablı gün qurtulanlarıDüşmənə təslim etməyəydin!
15. Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır,Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək,Əməllərinin əvəzi öz başına gələcək!
16. Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz kimiBütün xalqlar durmadan içəcək,İçib yox olacaq,Sanki əvvəldən yox idi.
17. Lakin qurtuluş tapanlarSion dağına toplanacaq,O dağ müqəddəs olacaq.Yaqub nəsli mülkünə sahib olacaq!
18. Yaqub nəsli od,Yusif nəsli alov,Esav nəsli isə küləş olacaq,Yaqub və Yusif nəsliEsav nəslini yandırıb məhv edəcək.Esav nəslindən qurtulan olmayacaq.Çünki Rəbb belə söylədi.
19. Negev sakinləri Esav dağını,Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini,Yəhudalılar Efrayimlə Samariya torpaqlarını,Binyaminlilər isə Gileadı zəbt edəcək.
20. Xalahda olan İsrail sürgünləriKənanın Sarfata qədər uzanan torpaqlarını,Sefaradda olan Yerusəlim sürgünləriNegev şəhərlərini zəbt edəcək.
21. Xalqı qurtaranlar Sion dağına çıxıbEsav dağına hökm edəcək:Rəbb səltənət sürəcək».

Zəbur 143:7-12
7. Ya Rəbb, mənə tez cavab ver,Çünki ürəyim çəkilir.Üzünü məndən gizlətmə,Qoyma qəbirə düşən insanlara bənzəyim.
8. Hər səhər məhəbbətini mənə hiss etdir,Çünki Sənə güvənirəm.Gedəcəyim yolu mənə öyrət,Çünki varlığımı Sənə verirəm.
9. Ya Rəbb, məni düşmənlərdən qurtar,Sənə pənah gətirirəm.
10. Mənə Sənin iradənə əməl etməyi öyrət,Çünki mənim Allahım Sənsən.Sənin Ruhun yaxşıdır,Düz yer üçün mənə yol göstər.
11. Ya Rəbb, mənə ismin naminə həyat ver,Salehliyin naminə canımı dardan qurtar.
12. Məhəbbətin naminə yağılarımı məhv et,Canıma düşmən olanları qır, çünki mən Sənin qulunam.

Süleymanın Məsəlləri 30:5-5
5. Allahın hər bir kəlamı safdır,Ona pənah gətirənlərin sipəri Odur.

Yəhyanın Vəhyi 7:1-17
1. Bundan sonra mən yer üzünün dörd küncündə dayanan dörd mələk gördüm. Onlar yer üzünün dörd küləyini tutmuşdular ki, nə quru, nə dəniz və nə də bir ağac üstünə yel əssin.
2. Gündoğan tərəfdən qalxan başqa bir mələk də gördüm ki, var olan Allahın möhürünə malik idi. O, uca səslə quruya və dənizə ziyan vurmaq izni verilmiş dörd mələyi çağırıb dedi:
3. «Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın».
4. Möhürlənmiş şəxslərin sayını da eşitdim; İsrail övladlarının bütün qəbilələrindən 144 000 nəfər möhürlənmişdi:
5. Yəhuda qəbiləsindən 12 000 möhürlənmiş nəfər;Ruven qəbiləsindən 12 000 nəfər;Qad qəbiləsindən 12 000 nəfər;
6. Aşer qəbiləsindən 12 000 nəfər;Naftali qəbiləsindən 12 000 nəfər;Menaşşe qəbiləsindən 12 000 nəfər;
7. Şimeon qəbiləsindən 12 000 nəfər;Levi qəbiləsindən 12 000 nəfər;İssakar qəbiləsindən 12 000 nəfər;
8. Zevulun qəbiləsindən 12 000 nəfər;Yusif qəbiləsindən 12 000 nəfər;Binyamin qəbiləsindən 12 000 möhürlənmiş nəfər.
9. Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar.
10. Uca səslə nida edirdilər:«Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!»
11. Bütün mələklər də taxtın, ağsaqqalların və dörd canlı məxluqun ətrafında dayanmışdı. Onlar taxtın önündə üzüstə yerə qapanaraq Allaha səcdə edib dedilər:
12. «Amin! Allahımıza əbədi olaraqAlqış, izzət, hikmət, şükür, şərəf,Qüdrət və qüvvət olsun! Amin!»
13. Bu arada ağsaqqallardan biri məndən soruşdu: «Ağ xalat geyinmiş bu şəxslər kimdir və haradan gəliblər?»
14. Ona dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar.
15. Buna görə dəOnlar Allahın taxtının önündədir,Gecə-gündüz məbədində Ona ibadət edirlər.Taxtda Oturan daOnların üzərində məskən salacaq.
16. Onlar bir daha nə ac,Nə də susuz qalacaq,Günəş və qızmar istiOnları vurmayacaq.
17. Çünki taxtın ortasında olan QuzuOnların Çobanı olacaq,Onları həyat suyunun qaynaqlarına aparacaq,Allah onların bütün göz yaşlarını siləcək».