A A A A A

Alkitab dalam satu tahun


Desember 14


Amos 4:1-13
1. Ey sizlər, Samariya dağında bəslənən Başan inəkləri!Bu sözü dinləyin, ey yoxsullara zülm edən,Möhtacları sıxışdıran, ərlərinə “gətir içək” deyən qadınlar!
2. Xudavənd Rəbb Öz müqəddəsliyi naminə belə and içmişdir.“Budur, üstünüzə elə vaxt gəlir ki,Hamınız balıq kimi çəngəllərlə çəkiləcəksiniz,Tilovlarla tutulacaqsınız.
3. Hər biriniz qarşısındakı dəlmə-deşikdən çıxarılacaq,Harmona tərəf atılacaqsınız” Rəbb belə bəyan edir.
4. “Bet-Elə gedib günah işlədin!Qilqala gəlib günahlarınızı çoxaldın!Hər səhər qurbanlarınızı gətirin,Hər üç gündən bir qazancınızın onda birini verin.
5. Təşəkkür üçün mayalı çörək yandırıb təqdim edin,Öz könüllü təqdimlərinizlə öyünün.Ey İsraillilər, sizin xoşunuza gələn budur!” Xudavənd Rəbb belə bəyan edir.
6. “Mən bütün şəhərlərinizdə ağzınızı boş qoydum. Hər yerdə sizə çörək qıtlığı verdim. Lakin yenə Mənim tərəfimə dönmədiniz” Rəbb belə bəyan edir.
7. “Mən biçin vaxtına üç ay qalmış sizdən yağışı kəsdim. Bir şəhərin üzərinə yağış yağdırdım, o birinin isə üzərinə yağdırmadım. Yağış bir əkin üzərinə yağdı, o birinin isə üzərinə yağmadığına görə o qurudu.
8. İki-üç şəhər su içmək üçün bir şəhərə getdi, doyunca su içmədi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
9. “Əkininizə səmum küləyi və kif göndərərək sizə zərər vurdum. Bağlarınızı və üzümlüklərinizi, əncir və zeytun ağaclarınızı çəyirtkə yedi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
10. “Misirdə olduğu kimi aranıza vəba göndərdim. Cavanlarınızı qılıncla öldürtdüm. Atlarınızı sürüb apartdırdım. Ordunuzdan meyit iyini burnunuza çatdırdım. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
11. “Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
12. “Ey İsraillilər, buna görə də sizinlə belə rəftar edəcəyəm. Bu rəftarıma görə Allahınızı qarşılamağa hazır olun, ey İsraillilər!”
13. Odur dağlara quruluş verən, küləyi yaradan,Nə düşündüyünü insana bildirən,Dan işığını qaranlıq edən,Yer üzünün yüksək yerlərinə ayaq basan –Onun adı Ordular Allahı Rəbdir.

Amos 5:1-27
1. Ey İsrail nəsli, sizin barənizdə mərsiyə kimi oxuduğum bu sözləri dinləyin!
2. “İsrail zorlanmış bir qız kimi yıxılıb,Bir daha qalxmayacaq.Öz torpağı üstə atılıb,Onu qaldıran yoxdur”.
3. Çünki Xudavənd Rəbb belə deyir:“Bir şəhərdən min nəfər döyüşə çıxsa,Yüz nəfəri sağ qalacaq,Yüz adam döyüşə çıxsa,İsrail nəslindən on nəfər sağ qalacaq”.
4. Rəbb İsrail nəslinə belə deyir:“Mənə tərəf dönün ki, sağ qalasınız!
5. Bet-Elə dönməyin,Qilqala getməyin,Beer-Şevaya keçməyin,Çünki sürgün olunmaq hökmən Qilqala gəlir,Bet-El bir heçə dönəcək”.
6. Rəbbə tərəf dönün ki, sağ qalasınız!Yoxsa O, Yusif nəslini od kimi yandırıb-yaxacaq,Bet-Eldəki odu söndürən olmayacaq.
7. Ey ədaləti çevirib acı yovşan edənlər,Ey salehliyi yerə vurub tapdalayanlar!
8. Odur Ülkər və Orion bürclərini yaradan,Qaranlığı aydın səhərə çevirən,Gündüzü gecə edib qaraldan,Dəniz sularını götürüb yer üzünə tökən –Onun adı Rəbdir.
9. Güclüləri ildırım kimi məhv edər,Qalalarını viran edər.
10. Siz isə haqsızlığa etirazını bildirənlərə,Düz danışanlara nifrət edirsiniz.
11. Kasıbı ayaq altına saldığınıza görə,Ondan taxıl qopardığınıza görəYonulmuş daşdan evlər tikibOnların içində yaşamayacaqsınız.Gözəl üzümlüklər salıbOnların şərabını içməyəcəksiniz.
12. Çünki cinayətlərinizin çox,Günahlarınızın ağır olduğunu bilirəm.Ey salehi incidənlər, rüşvət alanlar,Möhtacların haqqını tapdalayanlar!
13. Bu zəmanə o qədər pisdir ki,Ağlı başında olan susur.
14. Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız!Beləcə iddia etdiyiniz kimiOrdular Allahı Rəbb,Həqiqətən, sizə yar olacaq.
15. Pisliyə nifrət edin,Yaxşılığı sevin,Məhkəmədə ədalətə üstünlük verin.Bəlkə Ordular Allahı RəbbQalan Yusif övladlarına lütf edər.
16. Ordular Allahı Xudavənd Rəbb belə deyir:“Bütün meydanlardan fəğan qopacaq,Bütün küçələrdə ah-zar edəcəklər.Fəğan edən mərsiyə oxuyanlarlaKəndlilər yas tutmağa çağırılacaqlar.
17. Bütün üzüm bağlarından da fəğan qopacaq,Çünki aranızdan Mən keçəcəyəm” Rəbb belə deyir.
18. Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər!Rəbbin günü siz nə əldə edəcəksiniz?İşıq yox, qaranlıq.
19. Şirdən qaçan adamın qarşısına ayı necə çıxarsaYaxud evə gəlib əlini divara dayayanı ilan necə çalarsa,
20. Rəbbin günü də eləcə işıq yox, qaranlıq olmayacaqmı?O, zülmətdir, onda nur yoxdur.
21. Rəbb belə deyir:“Bayramlarınıza nifrət edirəm,Xor baxıram,Təntənəli toplantılarınızdan iyrənirəm.
22. Mənə yandırma qurbanlarınızı,Taxıl təqdimlərinizi gətirsəniz də, razı qalmayacağam.Mənə kökəldilmiş heyvanlarınızdanÜnsiyyət qurbanı təqdim etsəniz də,Onlara nəzər salmayacağam.
23. Gurultulu ilahilərinizi Məndən uzaq edin!Çənglərinizin səsinə qulaq asmayacağam.
24. Lakin qoy ədalət sular kimi tökülsün,Salehlik davamlı sel kimi axsın!
25. Ey İsrail nəsli,Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?
26. Öz düzəltdiyiniz saxta Sakkut padşahınızı,Kiyun bütlərinizi, ulduz allahlarınızı gəzdirmişdinizmi?
27. Elə buna görə də siziDəməşqin o tayına sürgünə aparacağam” Rəbb belə deyir.Onun adı Ordular Allahıdır.

Zəbur 141:5-10
5. Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər,Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır.Daim pislərin şərinə qarşı dua edərəm.
6. Hakimləri yarğandan atılarkənQoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin.
7. Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimiSümüklərimiz ölülər diyarının qapısına səpilib.
8. Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm,Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm.
9. Şər iş görənlərin tələsindən,Onların qurduğu cələdən məni qoru.
10. Qoy pislər öz torlarına düşsün,Mən də yolumu salamat keçib-gedim.

Süleymanın Məsəlləri 29:26-26
26. Çoxu hökmdarın hüzurunu arzular,Amma insan ədaləti Rəbdə tapar.

Yəhyanın Vəhyi 4:1-11
1. Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm».
2. Elə o an mən Ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub, taxtda da Biri oturub.
3. Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi.
4. Taxtın hər tərəfində daha iyirmi dörd taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu.
5. Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Allahın yeddi ruhudur.
6. Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi.Taxtın ətrafında, hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş dörd canlı məxluq var idi.
7. Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi.
8. Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir:«Var Olmuş, Var Olan və Gəlməli Olan,Külli-İxtiyar Rəbb AllahMüqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»
9. Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə
10. iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər:
11. «Ey bizim Rəbbimiz və Allahımız!Sən izzət, şərəf və qüdrət almağa layiqsən.Çünki hər şeyi Sən yaratdın,Hər şey Sənin iradənlə var olub yarandı».