A A A A A

Bir il Bibliya


Noyabr 3


Mərsiyələr 1:1-22
1. Yerusəlim şəhəri necə də boş qalıb,Bir zaman insanlarla dolu idi,İndi dul qadına bənzəyir –Millətlər arasında ulu sayılan,Ellər arasında mələkə olan,Bu şəhər nökərçilik edir.
2. Gecələr acı-acı ağlar,Göz yaşları ilə yanağı islanar,Məşuqlarının arasındanOna təsəlli verən yoxdur.Bütün dostları ona xəyanət etdi, düşmən oldu.
3. Yəhuda dərdə, ağır zillətə düşüb,İndi sürgünə gedir.O, millətlər arasında yaşayır,O torpaqlarda rahatlıq tapmır,Yəhuda bu iztiraba düşəndə,Təqibçilər ona çatdılar.
4. Siona gedən yollar yas tutur,Çünki bayramlarına gələn yoxdur,Buranın bütün darvazaları kimsəsiz qalıb,Kahinləri ah-zar edir.Bu şəhərin qızları əzab-əziyyət çəkir,Buranın aqibəti acıdır,
5. İndi düşmənlər bu şəhərin üstündə hökmrandır,Bu yağılar gör necə firavan yaşayır.Çox üsyankar olduqlarına görəRəbb onları bu zülmə saldı,Övladları düşmən önündə əsir aparıldı.
6. Sion qızının cah-calalı yox oldu,Onların başçıları otlaqsız maral kimi oldu,Onlar təqib edənlərin qarşısındanTaqətsiz qaçırlar.
7. Yerusəlim sıxıntı içində avara gəzərkənÖtən günlərdə olan bütün sərvətini xatırlayır,Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur.Düşmənləri ona baxır,Yıxılmağına gülür.
8. Yerusəlim böyük günah işlətdi,Ona görə özünü murdar etdi.Yerusəlimə hörmət edənlərin hər biriİndi ona xor baxır,Çünki onu çılpaq görürlər,O da üzünü yana çevirib inləyir.
9. Ətəyində ləkələr qaldı,Sonunu düşünməz oldu,Ona görə qorxunc surətdə yıxıldı,Ona təsəlli verən yoxdur,Ya Rəbb, gör bu əzabımı,Çünki düşmən zəfər çaldı.
10. Onun bütün sərvətini talamaq üçünDüşmən əlini uzatdı.Göz önündəcə millətlər,Camaatın arasına girməsini qadağan etdiyinMüqəddəs məkanına soxuldu.
11. Oranın bütün xalqı zarıyır, çörək axtarır,Canlarını taqətə gətirmək üçünSərvətlərinin əvəzinə azuqə alır.«Ya Rəbb, indi bax, halımı gör,Bir səfilə dönmüşəm».
12. Ey yoldan keçənlərin hamısı,Bu iş sizin üçün boşdurmu?Baxın dərdimə, bunun kimisi varmı,Mənim başıma gətirilən dərd başqasında olarmı?Rəbb qəzəbdən alovlanandaBu dərdi başıma tökdü.
13. Yuxarıdan od göndərdi,Sümüklərimədək bu odu yeritdi.Ayaqlarım üçün tor qurdu,Məni geri qaytardı.Gün boyu məni yalqız qoydu, taqətdən saldı.
14. Xudavənd günahlarımı mənə boyunduruq etdi,Əli ilə bir-birinə hördü,Onları boynuma keçirtdi,Taqətimi tükəndirdi.Məni qarşısında dura bilmədiyimİnsanlara təslim etdi.
15. Məni müdafiə edən cəngavərlər vardı,Hamısı Xudavənd tərəfindən atıldı.Mənə qarşı bir ordu göndərdi,Seçmə igidlərimi qırıb tapdalatdı.Bakirə Yəhuda qızını üzümsıxanda əzdi.
16. Bunlar üçün ağlayıram,Gözlərimdən yaş axır.Təsəlli verən məndən uzaqdır,Məni dirçəldən uzaqdır.Övladlarım yalqız qalıb,Çünki düşmən zəfər çalıb.
17. Sion əl açıb,Amma ona təsəlli verən yoxdur.Rəbb Yaqub nəslinə qarşı bu əmrini verib:«Qoy qonşuları onun düşməni olsun,Çünki Yerusəlim onlar üçün murdar əskiyə çevrilib».
18. Rəbb adildir, mən isə əmrinə qarşı çıxdım,Ey bütün xalqlar, siz mənə qulaq asın!Mənim çəkdiyim bu dərdə baxın,Bakirə qızlarım, igidlərim sürgünə gedib.
19. Müttəfiqlərimi çağırdım,Lakin məni aldatdılar,Kahinlərim, ağsaqqallarım cana gəlmək üçünYemək axtardılar,Amma şəhərin içindəcə canlarını tapşırdılar.
20. Ya Rəbb, bax dara düşmüşəm,Canım əzabdan yanır.Çox üsyankarlıq etmişəm,Buna görə ürəyim üzülür.Bayırdakı qılınc məni övladsız qoyur,Ölüm evimi içəridən bəzəyir.
21. Necə ah-zar çəkdiyimi eşidiblər,Amma mənə təsəlli verən yoxdur,Düşmənlərim bu əziyyətimdən xəbər tutdu,Onlar başıma gələnlərə sevinir,Elan etdiyin günü yetir!Qoy onlar mənim vəziyyətimə düşsün.
22. Etdikləri pislikləri yada sal,Üsyankarlığıma görə mənə etdiyini onlara da et,Çox ah-nalə çəkirəm,Ürəyim taqətdən düşüb.

Mərsiyələr 2:1-22
1. Xudavənd Sion qızına qəzəblənərkənOnu hər tərəfdən qara bulud aldı.İsrailin əzəmətini göydən yerə tulladı,Qəzəbləndiyi gün kətilinixatirindən çıxardı.
2. Xudavənd aman vermədənYaqub nəslinin bütün məskənlərini dağıtdı,Qəzəbi ilə Yəhuda qızının qalalarını yıxdı,Padşahlığı, başçıları yerlə yeksan etdi.
3. Qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi,Düşmən önündə onun üstündən sağ əlini götürdü.Sanki Yaqub nəslini hər tərəfdən oda saldıGöndərdiyi atəşlə yandırıb-yaxdı.
4. Düşmən kimi kamanının yayını dartdı,Yağı kimi sağ əlini qaldırdı,Gözə xoş görünənləri tamamilə öldürdü.Qəzəbini Sion qızının çadırına alov kimi tökdü.
5. Xudavənd İsraili uddu,Onunla düşmən kimi rəftar etdi.Bütün saraylarını yerlə yeksan etdi,Qalalarını viran qoydu,Yəhudanın fəryadını, fəğanını daha da artırdı.
6. Çardağını viranə bağlar tək qırıb tökdü,Görüş yerlərini xarabalığa çevirdi,Rəbb Siona bayram və Şənbə günlərini unutdurdu,Qəzəbi ilə padşahını, kahinini atdı.
7. Xudavənd qurbangahını rədd etdi,Müqəddəs məkanını tərk etdi.Saraylarının sədlərini düşmən əlinə keçirtdi,Onlar bayram günlərində olduğu kimiRəbbin məbədində haray qopardı.
8. Rəbb niyyət etdi ki,Sion qızının divarlarını dağıtsın.Ölçü ipini dartıb, dağıtmaq üçün ondan əl çəkməyəcək.Qala divarını, səddini, matəmə bürüyüb,Hamısı qüvvələrini itirib.
9. Onun darvazalarını yerə batırdı,Cəftələrini qırıb atdı,Padşahlarını, başçılarınıYad millətlərin arasına saldı,Qanuna əməl edilmir,Artıq peyğəmbərlərinə Rəbdən görüntü gəlmir.
10. Sion qızının ağsaqqalları susub-dinmir,Onlar toz-torpaq içində əyləşib,Başlarına toz töküb, çul geyib,Yerusəlimin bakirə qızları başlarını yerə dikib.
11. Ağlamaqdan gözlərimin nuru gedir,Canım əzabdan yanır.Əziz xalqım qırıldığına görə ürəyimdən qan axır.Çünki şəhər meydanlarındakıKörpələrin, uşaqların huşu başından çıxır.
12. Şəhər meydanlarında yaralılar kimi huşunu itirirlər,Ana qucağında can verirlər.Analarından soruşurlar:«Hanı çörək, hanı şərab?»
13. Ey Yerusəlim qızı, sənə nə deyim?Səni kimlə müqayisə edim?Ey bakirə Sion qızı, səni kimə bənzədim?Bununla mən sənə təsəlli verə bilim?Çünki yaran dəniz qədər dərindir,Sənə kim şəfa verə bilər?
14. Sənin üçün görülən görüntülər yalan oldu,Peyğəmbərlərin səni aldatdı.Firavanlığını sənə qaytarmaq üçünTəqsirlərini üzə çıxartmadılar,Amma bu peyğəmbərlər səni azdırdı,Sənin üçün yalandan görüntülər gördü.
15. Yoldan keçən bütün insanlarQarşında əl çalırlar,Başlarını yelləyib səni fitə basırlar.Yerusəlim qızına belə deyirlər:«Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?»
16. Bütün düşmənlərin səni ələ salır,Fitə basır, diş qıcıdır,«Onu udduq,Bu günün həsrətini çəkdik, axır ki bunu gördük» deyirlər.
17. Rəbb Öz iradəsini yerinə yetirdi,Qədim zamanlarda əmr etdiyi sözü həyata keçirtdi.Səni viran qoydu, aman vermədi,Düşmənlərini sənin halına sevindirdi,Yağılarını gücləndirdi.
18. Xalq Xudavəndə ürəkdən fəryad etdi,Ey Sion qızının divarı!Qoy gecə-gündüz sənin gözlərindən sel kimi yaş axsın,Dincəlmə, aç gözlərini, yumulmasın.
19. Qalx, gecə fəryad etməyə,Gecə növbələri başlayarkənXudavəndin hüzurunda qəlbini sular kimi açıb tök.Əllərini Ona aç, övladlarının sağ qalmasını dilə,Onlar hər tin başında acından huşunu itirir.
20. Ya Rəbb, indi bax, xalqının halını gör!Kiminlə belə rəftar etmisən?Analar uşaqlarını, əziz balalarınımı yesin?Kahinlər, peyğəmbərlər Xudavəndin Müqəddəs məkanındamı qətlə yetirilsin?
21. Gənclər, qocalar toz-torpaqda, küçələrdə yatır.Bakirə qızlarım, igidlərim qılıncdan keçirilir.Qəzəbləndiyin gün onları qətlə çatdırmısan,Aman vermədən qırmısan.
22. Qorxduqlarımı hər yandan çağırmısan,Elə bil bayrama dəvət etmisən.Rəbbin qəzəb günündə qaçıb-qurtulan olmadı,Onların arasından sağ qalan olmadı,Sevə-sevə övlad böyütmüşdüm,Onları düşmənim həlak etdi.

Zəbur 119:137-144
137. Ya Rəbb, adilsən,Hökmlərin doğrudur.
138. Buyurduğun göstərişlər ədalətlidir,Onlar tamamilə etibarlıdır.
139. Qeyrətim məni yandırıb-yaxıb,Çünki düşmənlərim Sənin sözlərini unudub.
140. Sənin kəlamın çox safdır,Bu qulun onu sevir.
141. Kiçik sayılsam da, mənə xor baxsalar da,Qayda-qanunlarını unutmamışam.
142. Salehliyin əbədi salehlikdir,Sənin qanunun həqiqətdir.
143. Başıma sıxıntı və məşəqqət gəldi,Amma Sənin əmrlərin mənə zövq verdi.
144. Sənin göstərişlərin həmişə ədalətlidir,Mənə ağıl ver ki, yaşayım.

Süleymanın Məsəlləri 28:9-10
9. Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır,Onun duaları iyrəncdir.
10. Kim ki əməlisalehləri əyri yola çəkər,Öz qazdığı quyuya düşər,Kamillərə yaxşı şeylər irs qalar.

Titusa 3:1-15
1. İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itaət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar.
2. Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar.
3. Çünki bir zamanlar biz də ağılsız, itaətsiz, yolunu azmış, müxtəlif ehtiraslar və zövqlərə qul olan, kin, paxıllıq içində yaşayan mənfur və bir-birimizə nifrət edən adamlar idik.
4. Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman
5. bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi.
6. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki,
7. Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq.
8. Bu söz etibarlıdır.Mən bunların üzərində dayanmağını istəyirəm ki, Allaha iman etmişlər xeyirxah işlərlə məşğul olmağa diqqət yetirsinlər. Bu, insanlar üçün xeyirli və faydalıdır.
9. Lakin axmaq mübahisələrdən, nəsil şəcərələrindən, münaqişələrdən, Qanunla bağlı dava-dalaşlardan uzaq dur. Çünki bunlar faydasız və boş şeylərdir.
10. Təfriqəçi adamdan birinci və ikinci xəbərdarlıqdan sonra əlaqəni kəs.
11. Belə adamın yolunu azmış və günahkar olduğuna əmin ola bilərsən. O öz-özünü məhkum etmişdir.
12. Mən Artema və ya Tixiki yanına göndərən kimi çalış ki, yanıma, Nikopolisə gələsən. Çünki qışı orada keçirməyi qərara almışam.
13. Qanunşünas Zena ilə Apollonu səylə yola sal, qoy onların heç bir şeyə ehtiyacı olmasın.
14. Qoy bizimkilər də təcili ehtiyacları ödəmək üçün xeyirli işlərlə məşğul olmağı öyrənsinlər ki, bəhrəsiz qalmasınlar.
15. Yanımdakıların hamısı səni salamlayır. Bizi sevən imanlılara salam söylə.Hamınıza lütf olsun!