A A A A A

Bir il Bibliya


Noyabr 2


Yeremya 51:1-64
1. Rəbb belə deyir:«Mən Babildə və Lev-Qamaydayaşayanlara qarşıHəlakedici bir külək əsdirəcəyəm.
2. Babilə taxılsovuranlargöndərəcəyəm,Onu sovurub ölkəsini boş qoyacaqlar,Qara gündə hər yandan ona hücum edəcəklər.
3. Oxçu kamanını çəkməsin,Zirehini geyməsin.Onun cavanlarına rəhm etməyin,Ordusunu tamamilə məhv edin.
4. Öldürülənlər Xaldey ölkəsində,Yaralılar Babil küçələrindəYerə səriləcək.
5. Ancaq İsrailin Müqəddəsinə qarşıÖlkələri təqsirlə dolduğu haldaÖzlərinin Allahı Ordular Rəbbiİsrail və Yəhuda xalqlarını tərk etmədi.
6. Babilin içindən qaçın!Hər kəs canını qurtarsın!Onun günahına görə məhv olmayın.Çünki Rəbbin qisas zamanıdır,Ona öz əvəzini verəcək.
7. Babil Rəbbin əlində bir qızıl kasa idi,Bütün dünyanı sərxoş edirdi.Millətlər onun şərabını içdi,Ona görə də çılğınlaşdı.
8. Babil qəflətən düşüb parça-parça olacaq,Onun üçün yas tutun!Yarasına məlhəm sürtün,Bəlkə şəfa tapar.
9. Babilə şəfa vermək istədik,Amma sağalmadı.Onu tərk edək,Hər birimiz öz ölkəmizə qayıdaq.Çünki Babilin hökmü göylərə çatır,Buludlara qədər yüksəlir.
10. Rəbb bizə bəraət verdi.Gəlin Allahımız Rəbbin nələr etdiyiniSionda elan edək!
11. Oxları itiləyin,Kaman qablarını doldurun!Rəbb Midiya padşahlarını hərəkətə gətirdi.Məqsədi Babili yox etməkdir,Rəbb Öz qisasını, məbədinin qisasını alacaq.
12. Babil divarlarına qarşıBayraq yüksəldin!Keşikçiləri çoxaldın,Növbətçiləri öz yerinə qoyun,Pusquda durun.Çünki Rəbb Babildə yaşayanlara qarşıHəm niyyət qurdu,Həm də söylədiyini yerinə yetirdi.
13. Ey axar suların sahilində yaşayanlar,Çoxlu xəzinələri olanlar,Axırınız gəldi,Vaxtınız yetişdi».
14. Ordular Rəbbi Öz varlığına and içdi:«Səni çəyirtkə sürüsü ilə dolduran kimiMütləq əsgərlərlə dolduracağam,Sənə qarşı zəfər nərəsi çəkəcəklər».
15. Rəbb qüdrəti ilə yer üzünü yaratdı,Hikməti ilə dünyanı qurdu,Dərrakəsi ilə göyləri yaydı.
16. O gurlayanda göydəki sular çağlayır,Yerin ucqarlarından buludları yüksəldir,Yağış üçün şimşək çaxdırır,Anbarlarından külək çıxarır.
17. Hər kəs ağılsız oldu,Bilikləri qalmadı.Hər zərgər düzəltdiyi bütdən utanacaq,Çünki onun tökdüyü büt puçdur,Onda nəfəs yoxdur.
18. Onlar boş şey, masqaraçıların işidir,Cəza vaxtı məhv olacaqlar.
19. Yaquba Nəsib Olan isə onlara bənzəməz,Çünki irs qəbiləsi ilə birgəHər şeyi yaradan Odur.Onun adı Ordular Rəbbidir.
20. «Sən mənim toppuzum, döyüş silahımsan,Səninlə millətləri qırıram,Səninlə padşahlıqları məhv edirəm.
21. Səninlə atları və süvariləri qırıram,Səninlə döyüş arabaları və minicilərini qırıram,
22. Səninlə kişi və qadınları qırıram,Səninlə qoca və cavanları qırıram,Səninlə gənc oğlan və qızları qırıram.
23. Səninlə çoban və sürüsünü qırıram,Səninlə əkinçi və öküzlərini qırıram,Səninlə valilərlə vəkilləri qırıram.
24. Amma Babildə və Xaldey ölkəsində yaşayanlaraSionda etdikləri bütün pis əməllərinin əvəziniGözlərinizin önündə verəcəyəm»Rəbb belə bəyan edir.
25. «Budur, sənə qarşıyam,Ey həlak edən dağ»Rəbb belə bəyan edir.«Ey bütün dünyanı həlak edən!Sənə əlimi qaldırıbQayanın başından yuvarlayacağam,Səni yanmış bir dağa çevirəcəyəm.
26. Səndən künc və təməl daşı götürməyəcəklər,Sən əbədi bir viranə olacaqsan»Rəbb belə bəyan edir.
27. «Yer üzündə bayraq qaldırın!Millətlər arasında şeypur çalın!Millətləri Babilə qarşı döyüşə hazırlayın!Urartu, Minni və Aşkenaz padşahlıqlarınıOna qarşı toplayın.Ona qarşı bir sərkərdə təyin edin,Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin.
28. Millətləri – Midiya padşahlarını,Valilərini və bütün vəkillərini,Başçılıqları altındakı bütün ölkələriBabilə qarşı döyüşə hazırlayın!
29. Ölkə titrəyib lərzəyə gəlir!Çünki Rəbbin Babilə qarşı niyyəti –Oranı sakinsiz bir viranəyə çevirmə niyyətiYerinə yetməlidir.
30. Babil döyüşçüləri vuruşmaqdan əl çəkdi,Öz qalalarında oturdu.Gücləri tükəndi,Ürkək qadınlara döndülər.Yaşadıqları yerlər oda verildi,Darvaza sürgüləri qırıldı.
31. Qasid qasid dalınca,Xəbərçi xəbərçi dalınca qaçıbBu xəbəri Babil padşahına çatdırır:“Şəhər hər tərəfdən alındı,
32. Çay keçidləri tutuldu,Qamışlıqlar yandırıldı,Döyüşçülər çaşqınlığa düşdü”».
33. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir:«Vaxtı gələndə xırman yeri necə tapdalanırsa,Babil xalqı da elə olacaq.Qısa müddətdən sonraOnun da biçin zamanı gələcək».
34. «Babil padşahı NavuxodonosorBizi əzib yedi,Boş bir qaba çevirdi.Canavar kimi uddu,Gözəl yeməklərimizlə qarnını doydurdu.Sonra bizi qusdu.
35. Bizə və əhalimizə qarşı edilən zorakılıqBabilin başına gəlsin»Deyir Sion sakini.«Tökülən qanımızın haqq-hesabıQoy Xaldeylilərdən soruşulsun»Deyir Yerusəlim.
36. Buna görə Rəbb belə deyir:«Məhkəmədə işinizə Mən baxacağam,Qisasınızı Mən alacağam.Onun çayını qurudacaq,Bulağının suyunu kəsəcəyəm.
37. Babil daş qalaqlarına,Çaqqal yuvasına dönəcək.Dəhşət hədəfi olacaq,İstehza ilə ona fit çalacaqlar.Orada heç kəs yaşamayacaq.
38. Xalqı cavan aslanlar kimi kükrəyəcək,Şir balaları kimi nərildəyəcək.
39. Ancaq qızışdıqları vaxtZiyafət düzəldib onları sərxoş edəcəyəm.Qoy keflənsinlər,Əbədi yuxuya dalsınlar,Heç vaxt oyanmasınlar»Rəbb belə bəyan edir.
40. «Onları quzu, qoç və təkə kimiKəsməyə aparacağam.
41. Şeşaknecə alındı!Bütün dünyanın qürurlandığı yerNecə dəhşətli hala düşdü.Babil millətlər arasındaNecə dəhşətli hala düşdü!
42. Babili çay basacaq,Onu gurlayan dalğalar örtəcək.
43. Qəsəbələri viran olacaq,Torpaqları heç kəsin yaşamadığı,Bəşər oğlunun keçmədiyiQuraq bir çölə dönəcək.
44. Babildə Bel bütünü cəzalandıracağam,Udduğunu ona qusduracağam.Artıq millətlər oraya axın-axın gəlməyəcək,Babil divarı da yıxılacaq.
45. Oradan çıx, ey xalqım!Hamınız canınızı qurtarın!Rəbbin qızğın qəzəbindən qaçın!
46. Ölkədə eşitdiyiniz şayiələrə görəCəsarətinizi itirib qorxmayın.Bir il bir şayiə gəlir,O biri il başqası.Ölkədə zorakılıq,Başçının başçıya qarşı çıxması barədəŞayiələr yayılır.
47. Buna görə də yəqin kiBabilin bütlərini cəzalandıracağım günlər gəlir.Bütün ölkə utandırılacaq,Öldürülənləri onun ortasında yerə səriləcək.
48. O zaman yer, göy və onlardakı hər şeyBabilin başına gələnlərə sevinəcək.Çünki şimaldan gələn məhv edənlərOna hücum edəcək»Rəbb belə bəyan edir.
49. «İsrailin öldürülənlərinə görəBabil də məhv olmalıdır,Necə ki yer üzündə öldürülən hər kəsBabilə görə məhv oldu.
50. Ey qılıncdan qurtulanlar,Qaçın, ləngiməyin!Rəbbi uzaqdan yada salın,Yerusəlim barədə düşünün!»
51. Biz utandıq,Çünki təhqir eşitdik,Üzümüzü rüsvayçılıq örtdü.Çünki yadellilər Rəbbin məbədininMüqəddəs yerlərinə girdi.
52. «Buna görə də bütləriniCəzalandıracağım günlər gəlir,Bütün ölkədə yaralılar inildəyəcək»Rəbb belə bəyan edir.
53. «Babil göylərə çıxsa da,Ucalardakı qalasını möhkəmləndirsə də,Məhv edənləri üstünə göndərəcəyəm»Rəbb belə bəyan edir.
54. «Babildən fəryad,Xaldey ölkəsindən böyük qırğın səsi eşidilir.
55. Çünki Rəbb Babili məhv edir,Onun hay-küyünü susdurur.Düşmən dalğaları axar sular kimi kükrəyir,Səslərinin gurultusu ucalır.
56. Çünki Babilə qarşı bir məhv edən çıxacaq,Döyüşçüləri əsir tutulacaq,Kamanları qırılacaq.Çünki Rəbb əvəz verən bir Allahdır,Mütləq cəzalandıracaq.
57. Babil başçılarını, müdriklərini,Valilərini, vəkillərini, döyüşçüləriniElə sərxoş edəcəyəm ki,Əbədi yuxuya dalacaq,Heç vaxt oyanmayacaqlar»Adı Ordular Rəbbi olan Padşah belə bəyan edir.
58. Ordular Rəbbi deyir:«Babilin qalın divarları yerlə yeksan ediləcək,Uca darvazaları oda veriləcək.Xalqlar boş-boşuna zəhmət çəkir,Ümmətlərin çəkdiyi əziyyətOda təslim ediləcək».
59. Yəhuda padşahı Sidqiyanın padşahlığının dördüncü ilində ordu təsərrüfatçısı Maxseya oğlu Neriya oğlu Seraya, Sidqiya ilə birgə Babilə gedərkən Yeremya peyğəmbər ona bu əmri tapşırdı.
60. Yeremya Babilin başına gələcək bütün fəlakətləri, Babil barədə yazılmış bütün bu sözləri bir tumara yazdı.
61. Yeremya Serayaya dedi: «Babilə çatanda bütün bu sözləri oxumağı unutma.
62. De ki: “Ya Rəbb, buranı dağıdacağını, içində insanın da, heyvanın da yaşamayacağını, ölkənin əbədi viran qalacağını söylədin”.
63. Bu tumarı oxuyub qurtaranda sən ona bir daş bağlayıb Fərat çayının ortasına at və
64. söylə: “Qoy Babil də belə batsın və Mənim onun başına gətirəcəyim fəlakətdən bir daha çıxa bilməsin, qoy onlar taqətdən düşsün”».Yeremyanın sözləri buraya qədərdir.

Yeremya 52:1-34
1. Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.
2. O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər gördü.
3. Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi. Axırda Rəbb onları hüzurundan kənar etdi. Sidqiya Babil padşahına qarşı üsyan etdi.
4. Sidqiyanın padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi.
5. Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı.
6. Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı.
7. Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan qaçıb Arava yoluna çıxdı.
8. Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliyində Sidqiyaya çatdı. Sidqiyanın bütün ordusu onu tərk edib dağıldı.
9. Padşahı tutub Xamat torpağındakı Rivlaya, Babil padşahının yanına apardılar. Babil padşahı onun haqqında hökm verdi.
10. O, Sidqiyanın gözü önündə oğullarını öldürtdü, sonra bütün Yəhuda başçılarını da Rivlada öldürtdü.
11. Həmçinin Sidqiyanın gözlərini çıxartdı, onu qandallayıb Babilə apardı. Babil padşahı onu ölənə qədər zindanda saxladı.
12. Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın onuncu günü Babil padşahına xidmət edən keşikçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi.
13. O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı.
14. Keşikçilər rəisinə tabe olan bütün Xaldey ordusu hər tərəfdən Yerusəlim divarlarını uçurtdu.
15. Keşikçilər rəisi Nevuzaradan yoxsul adamların bir hissəsini, şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və sağ qalan sənətkarları sürgün etdi.
16. Ancaq o, bağçılıq, əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı.
17. Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardı.
18. İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, piyalələri, nimçələri və bütün tunc qabları götürüb apardılar.
19. Keşikçilər rəisi xalis qızıldan və gümüşdən olan tasları, buxurdanları, piyalələri, qazanları, çıraqdanları, nimçələri, kasaları götürüb apardı.
20. Rəbbin məbədi üçün padşah Süleymanın düzəltdiyi iki sütun, hovuz və altındakı on iki tunc buğa heykəli və dayaqlardan alınan tuncun ağırlığı hesaba gəlməzdi.
21. Bir sütunun hündürlüyü on səkkiz qulac idi, dairəsi on iki qulac idi. Hər biri dörd barmaq qalınlığında idi, içləri boş idi.
22. Üzərində tunc bir başlıq var idi. Başlığın hündürlüyü beş qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi, hamısı tuncdan düzəldilmişdi. O biri sütun da narlarla bəzənmişdi və əvvəlkinə bənzəyirdi.
23. Yanlarda doxsan altı nar var idi. Başlığı əhatəyə alan hörmə torların üzərində cəmi yüz nar var idi.
24. Keşikçilər rəisi Nevuzaradan başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və astana keşikçisi olan üç nəfəri əsir aldı.
25. Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan yeddi nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu.
26. Keşikçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı.
27. Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu.
28. Navuxodonosorun sürgünə apardığı xalqın sayı belədir: yeddinci ildə üç min iyirmi üç nəfər Yəhudi;
29. Navuxodonosorun padşahlığının on səkkizinci ilində Yerusəlimdən səkkiz yüz otuz iki nəfər;
30. iyirmi üçüncü ilində keşikçilər rəisi Nevuzaradanın sürgün etdiyi yeddi yüz qırx beş nəfər Yəhudi. Ümumilikdə dörd min altı yüz nəfər idi.
31. Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi beşinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi.
32. Onunla mehribanlıqla söhbət etdi və onun üçün özü ilə birgə Babildə olan padşahların taxtından yuxarı bir taxt qoydurdu.
33. Yehoyakin həbsxana paltarlarını əynindən çıxartdı. O yaşadığı müddətdə həmişə Babil padşahının süfrəsində yemək yeyərdi.
34. Bütün ömrü boyu ona Babil padşahı tərəfindən öləcəyi günə qədər gündəlik azuqə verilirdi.

Zəbur 119:129-136
129. Göstərişlərinin heyrətamizliyinə görəOnlara ürəkdən əməl edirəm.
130. Kəlamının açıqlanması nur saçır,Hər nadanı ağıllandırır.
131. Ağız açıb ah-zar edirəm,Çünki əmrlərinin həsrətini çəkirəm.
132. Adını sevənlər üçün etdiyin adətə görəMənə bax və lütf göstər.
133. Kəlamınla addımlarımı möhkəmləndir,Qoy heç bir təqsirim mənə hakimlik etməsin.
134. Məni insanların zülmündən qurtar,Qoy Sənin qayda-qanunlarına bağlı qalım.
135. Üzün qulunun üstünə nur saçsın,Sən mənə qaydalarını öyrət.
136. Gözlərimdən sellər kimi yaş axır,Çünki insanlar qanununa bağlı qalmırlar.

Süleymanın Məsəlləri 28:7-8
7. Qanan oğul qanunu yerinə yetirər,Qarınquluya qoşulan atasına xəcalət çəkdirər.
8. Kim ki müamilə ilə, sələmlə var-dövlət yığar,Onun varı axırda kasıblara səxavət göstərənə qalar.

Titusa 2:1-15
1. Sənsə sağlam təlimə uyğun olanı öyrət.
2. Yaşlı kişilər ayıq, ləyaqətli, ağıllı-kamallı, imanda, məhəbbətdə və dözümdə sağlam olsunlar.
3. Yaşlı qadınlar da eyni şəkildə müqəddəslərə yaraşan tərzdə davransınlar. Böhtançı, şərab düşkünü olmasınlar və xeyirli şeyləri öyrədərək
4. tərbiyə etsinlər ki, gənc qadınlar ərlərini və uşaqlarını sevsinlər,
5. ağıllı-kamallı, ismətli, evdar, xeyirxah, öz ərlərinə tabe olsunlar. O zaman Allahın kəlamına küfr olunmaz.
6. Gənc oğlanlara da ağıllı-kamallı olmaq üçün nəsihət ver.
7. Yaxşı işlər görərək hər şeydə özünü nümunə göstər. Təlimdə dürüst və ləyaqətli olaraq
8. tənqid olunmaz sağlam sözlər danış ki, sənə qarşı çıxanlar bizim haqqımızda pis bir söz deyə bilməyib utansın.
9. Qulları başa sal ki, hər şeydə öz ağalarına tabe olsunlar, onları razı salsınlar. Qoy cavab qaytarmasınlar,
10. oğurluq etməsinlər, amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər.
11. Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi.
12. Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir.
13. Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.
14. O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.
15. Bunları tam bir səlahiyyətlə bildir, nəsihət ver və məzəmmət et. Qoy heç kim sənə hörmətsizlik etməsin.