A A A A A

Bir il Bibliya


Noyabr 18


Yezekel 27:1-36
1. Mənə Rəbbin bu sözü nazil oldu:
2. «Sən ey bəşər oğlu, Sur üçün mərsiyə oxuyub
3. ona söylə ki, sən ey dəniz qapılarında yerləşən, çoxlu sahil xalqı ilə ticarət edən şəhər, Xudavənd Rəbb belə deyir:“Ey Sur, sən dedin:‹Mən gözəllikdə qüsursuzam›.
4. Sərhədlərin dənizin qoynunda idi.Səni tikənlər gözəlliyini kamil etdi.
5. Bütün taxtalarınıSenirin şam ağaclarından düzəltdilər.Sənə dor qayırmaq üçünLivandan sidr ağacları gətirdilər.
6. Avarlarını Başanın palıd ağaclarından qayırdılar,Göyərtəni fil sümüyü ilə bəzənən,Kittim sahillərindən gətirilənŞam ağaclarından düzəltdilər.
7. Sənin yelkənin, bayrağınMisirin naxışlı kətanından oldu.Talvarın Elişa sahillərininBənövşəyi və tünd qırmızı parçalarından idi.
8. Sidonda və Ervadda yaşayanlarSənin avar çəkənlərin idi.Ey Sur, səndə bacarıqlı adamlar var idi,Gəmiçilərin onlardan idi.
9. Gəmilərindəki yarıqları təmir edənlərGevalın təcrübəli və bacarıqlı adamları idi.Dənizdəki bütün gəmilər və dənizçilərMallarını dəyişmək üçünSənin yanına gəldi.
10. Fars, Lud və Put əsgərləriOrdunda xidmət edirdi.Qalxanlarını, dəbilqələriniDivarlarından asdılar,Sənə əzəmət verdilər.
11. Ervaddan və Xelekdən gələnlərHər tərəfdən divarlarını qorudu.Qammadlılar qüllələrində gözətçi oldu.Qalxanlarını divarlarından asdı,Gözəlliyini kamil etdi.
12. Səndə hər cür mal bol olduğu üçünTarşiş səninlə ticarət etdi,Mallarının əvəzinə sənəGümüş, dəmir, qalay və qurğuşun verdilər.
13. Yavan, Tuval və Meşek səninlə ticarət etdi,Mallarının əvəzinə sənəQullar və tunc qablar verdilər.
14. Bet-Toqarma xalqıMallarının əvəzinə sənəAt, döyüş atı və qatır verdi.
15. Dedan xalqı səninlə ticarət etdi,Çoxlu sahil xalqı sənin müştərin idi,Səndən aldıqları malın əvəzinəFil sümüyü və abnos ağacı verdilər.
16. Sənin məmulatın çox olduğu üçünAram səninlə ticarət etdi,Mallarının əvəzində sənəFiruzə, tünd qırmızı qumaş, naxışlı paltarlar,İncə kətan, mərcan və yaqut verdilər.
17. Yəhuda və İsrail ölkəsi səninlə ticarət etdi,Mallarının əvəzinə sənəMinnit buğdası, darı, bal,Zeytun yağı və balzam verdilər.
18. Sənin məmulatın çox olduğu üçün,Səndə hər cür mal bol olduğuna görəDəməşq səninlə ticarət etdi,Helbon şərabı, Saxar yunu ilə ticarət etdi.
19. Vadan və Uzaldan gələnYavan səninlə ticarət etdi.Sənə gətirilən mallar arasındaİşlənmiş dəmir, darçın və ətirli qamış var idi.
20. Dedan xalqı səninlə ticarət edibSənə yəhər üçün qumaş verdi.
21. Ərəbistan və bütün Qedar rəhbərləriSənin müştərilərin idi,Quzu, qoç və təkə iləSəninlə ticarət etdilər.
22. Səba və Raama tacirləriSəninlə ticarət etdi.Mallarının əvəzinə sənəHər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər.
23. Xaran, Kanne, Eden, Səba tacirləri, Aşşur və KilmadSəninlə ticarət etdi,
24. Onlar bazarlarındaGözəl paltar, bənövşəyi qumaş, naxışlı libaslar,Sıx toxunmuş, iplərlə bağlanmışRəngli xalçalarlaSəninlə ticarət etdi.
25. Tarşiş gəmilərisənin mallarını daşıdı.Dənizin qoynunda böyük yüklə doldun.
26. Avarçəkənlərin səni açıq dənizlərə çıxartdı,Ancaq şərq yeli dənizin qoynunda səni parçaladı.
27. Gəmin qəzaya uğradığı günVar-dövlətin, malların, ticarət şeylərin,Gəmiçilərin, sükançıların,Təmirçilərin, ticarət şəriklərin,Döyüşçülərin – içində olan bütün camaatDənizin dərinliklərinə batacaq.
28. Sükançıların fəryadındanDənizin sahilləri titrəyəcək.
29. Avarçəkənlərin hamısı gəmilərini tərk edəcək,Gəmiçilərlə sükançıların hamısıGəmilərindən düşüb quruda dayanacaq.
30. Uca səslə sənin üçünAcı-acı fəryad edəcəklər.Başlarına torpaq səpələyəcəklər,Küldə eşələnəcəklər.
31. Sənin üçün saçlarını ülgüclə qırxacaqlar,Çula bürünəcəklər.Sənin üçün acı-acı ağlayıbYas tutacaqlar.
32. Yaslarında sənin üçün mərsiyə oxuyubBelə deyəcəklər:‹Dənizin ortasındaSur şəhəri kimi susdurulanBir şəhər varmı görəsən?›
33. Malların dənizin o tayına çatandaÇoxlu xalqı doydururdun.Böyük var-dövlətinlə, malınlaDünya padşahlarını sərvət sahibi edirdin.
34. İndi isə dənizdə, suların dərinliyindəXarabalığa çevrildiyin zamanMal-dövlətin və bütün camaatınSəninlə birlikdə batdı.
35. Sahillərdə yaşayanların hamısıBaşına gələnlərdən heyrətə düşdü.Onların padşahlarının tükləri biz-biz oldu,Bənizləri soldu.
36. Millətlərin arasındakı tacirlərSənə görə fit çalacaq.Aqibətin dəhşətli oldu,Sən əbədi olaraq yox olacaqsan”».

Yezekel 28:1-26
1. Mənə Rəbbin bu sözü nazil oldu:
2. «Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin:‹Mən Allaham,Dənizlərin qoynunda,Allahın taxtında otururam›.Ürəyində özünü Allah sandın,Ancaq sən Allah deyil, insansan.
3. Bax sən Danieldən daha müdriksən,Heç kəs öz sirrini səndən gizlədə bilməz.
4. Müdrikliyin və ağlınla özünə sərvət yığdın,Xəzinələrinə qızıl-gümüş topladın.
5. Ticarətdə çox bacarıqlı olduğun üçünÖz sərvətini artırdın.Var-dövlətin çoxalandaÖzünə qürrələndin”.
6. Buna görə də Xudavənd Rəbb belə deyir:“İndi ki ürəyində özünü Allah sandın,
7. Mən də yadelliləri, ən rəhmsiz millətləriÜstünə göndərəcəyəm.Onlar sənin müdrikliyinin gözəlliyinəQılınc çəkibƏzəmətini murdarlayacaq.
8. Səni məzara endirəcəklər.Sən dənizlərin qoynundaDəhşətli bir ölümlə məhv olacaqsan.
9. Səni öldürənlərə də‹Mən Allaham› deyəcəksənmi?Səni öldürənlərin əlindəSən Allah deyil, insansan.
10. Yadellilərin əlindəSünnətsizlərin ölümü ilə öləcəksən”.Çünki Mən bunu söylədim,Xudavənd Rəbb belə bəyan edir».
11. Mənə yenə Xudavənd Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, Sur padşahı üçün mərsiyə oxuyub söylə ki, Xudavənd Rəbb belə deyir:
12. “Sən kamilliyin möhürüsən,Müdrikliyin bütöv,Gözəlliyin qüsursuz idi.
13. Sən Allahın bağçası olanEden bağında idin.Cürbəcür qiymətli daşlarla –Yaqut, topaz, almaz,Sarı yaqut, damarlı əqiq, yəşəm daşı,Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin.Qaxma və oyma işlərin qızıldan idi.Bunlar yaradıldığın gün hazırlanmışdı.
14. Sən məsh edilmiş, qoruyucu bir keruv idin.Səni bunun üçün qoymuşdum.Allahın müqəddəs dağının üstündə idin,Odlu daşlar arasında gəzirdin.
15. Yaradıldığın gündənSəndə pislik tapılana qədərYollarında qüsursuz idin.
16. Bol ticarətindən ötrüİçin zorakılıqla doldu,Sən günah etdin.Buna görə də səni murdar bir şey kimiAllahın dağından atdım,Odlu daşların arasından qovdum,Ey qoruyucu keruv!
17. Gözəl olduğun üçün ürəyin qürurlandı,Əzəmətinə görə müdrikliyini korladın.Beləcə səni yerə atdım,Padşahların önündə tamaşaya çevirdim.
18. Çoxlu təqsir etdiyin üçün,Ticarətdə əliəyriliyinə görəMüqəddəs məkanlarını murdarladın.Mən içindən bir od çıxardım ki,Səni yandırıb məhv etsin.Bütün seyr edənlərin gözü önündəSəni torpaq üstündə külə çevirdim.
19. Xalqlar arasında səni tanıyanlarFəlakətinə heyrət etdi.Aqibətin dəhşətli oldu,Artıq salamat qalmayacaqsan”».
20. Mənə Rəbbin bu sözü nazil oldu:
21. «Ey bəşər oğlu, üzünü Sidona tərəf çevirib onun əleyhinə peyğəmbərlik edərək söylə ki,
22. Xudavənd Rəbb belə deyir:“Ey Sidon, Mən sənin əleyhinəyəm,Sənin içində izzət qazanacağam.Mən sakinlərini cəzalandırıbOnların arasında müqəddəs tutulandaBiləcəklər ki, Rəbb Mənəm.
23. Əhalinin içinə vəba,Küçələrinə qan göndərəcəyəm.Hər tərəfdən onların üstünə gələn qılınclaVurulub həlak olacaqlar.Onda biləcəklər ki, Rəbb Mənəm.
24. İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha İsrail üçün batan tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.
25. Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq.
26. Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».

Zəbur 129:1-4
1. Qoy İsrail söyləsin:«Mənə gəncliyimdən bəri əzab verdilər.
2. Bəli, gəncliyimdən bəri mənə əzab verdilər,Lakin məğlub edə bilmədilər.
3. Elə bil kürəyimdə kotan sürüblər,Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər.
4. Rəbb isə adildir,Pislərin buxovlarını qırdı».

Süleymanın Məsəlləri 28:26-26
26. Öz ağlına güvənən axmaqdır,Hikmətlə gəzib-dolaşan azad olur.

İbranilərə 12:1-29
1. Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq.
2. Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.
3. Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz.
4. Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız.
5. Sizə oğul deyib verilən bu nəsihəti unutdunuz:«Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma,Onun məzəmmətindən ruhdan düşmə.
6. Çünki Rəbb sevdiyini tərbiyələndirər,Qəbul etdiyi hər oğulu döyər».
7. Tərbiyəyə tab gətirin. Allah sizinlə övladları kimi rəftar edir. Elə bir oğul varmı atası onu tərbiyələndirməsin?
8. Hər kəs üçün ümumi olan tərbiyədən məhrum olsanız, deməli, siz oğul yox, qeyri-qanuni övladsınız.
9. Həm də əgər bizi tərbiyələndirən cismani atalarımıza hörmət ediriksə, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi?
10. Atalarımız bizi qısa bir müddətə öz dərk etdikləri kimi tərbiyələndirdilər. Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir.
11. Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir.
12. Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin.
13. Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə sağalsın.
14. Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.
15. Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin.
16. Qoy heç kim əxlaqsız və yaxud Esav kimi allahsız olmasın. O, bir qab xörəyə görə öz ilk oğulluq haqqını satdı.
17. Bilirsiniz ki, bundan sonra da o, xeyir-duanı irs olaraq almaq istəyirdi, lakin rədd olundu. Xeyir-duanı göz yaşları ilə axtardısa da, atasının fikrini dəyişməyə qadir olmadı.
18. Siz toxunula bilən, odla yanan bir şeyə, qaranlığa, zülmətə, qasırğaya,
19. şeypur gurultusuna və kəlam söyləyən səsə yaxınlaşmadınız; o səsi eşidənlər onlara daha bir söz deyilməsin deyə yalvardılar.
20. Çünki «əgər dağa bir heyvan belə, toxunsa, o, daşqalaq edilsin» əmrinə tab gətirə bilməzdilər.
21. Bu mənzərə o qədər qorxunc idi ki, Musa «mən qorxu və lərzə içindəyəm» dedi.
22. Lakin siz Sion dağına, var olan Allahın şəhərinə – səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə,
23. göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına,
24. Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız.
25. Bunu Deyəni rədd etməyəsiniz deyə diqqətli olun. Çünki əgər yer üzündə xəbərdarlıq edəni rədd edənlər cəzadan qaça bilmədilərsə, biz göylərdən xəbərdarlıq Edəndən üz döndərsək, cəzadan qaça bilməyəcəyimiz daha çox yəqindir.
26. O vaxt Onun səsi yeri sarsıtdı. Amma indi«Mən bir dəfə də yalnız yeri yox, göyü də lərzəyə gətirəcəyəm»deyə vəd etmişdir.
27. «Bir dəfə də» sözü bunu göstərir: sarsıla bilən, yəni yaradılmış şeylər aradan qaldırılacaq ki, sarsıla bilməyənlər daim var olsunlar.
28. Buna görə sarsılmaz Padşahlığa nail olduğumuz üçün minnətdar olaq; belə ki möminlik və ehtiramla Allaha məqbul tərzdə Ona ibadət edək.
29. Çünki Allahımız yandırıb-yaxan alovdur.