A A A A A

Bir il Bibliya


Oktyabr 6


Yeşaya 63:1-19
1. Edomdan, Bosradan al geyimlər geyibBu gələn kimdir?Təmtəraqlı libas içində,Böyük qüdrətlə gələn kimdir?«O Mənəm, həqiqətlə danışan,Qurtarmağa qadir olan».
2. Nə üçün geyimlərin qırmızıdır,Nə üçün libasın al rəngdədir,Sanki sən üzümsıxanda üzüm sıxırdın?
3. «Üzümsıxanda üzümü tək sıxdım,Yanımda xalqlardan heç kim olmadı.Qəzəb içində onları tapdaladım,Qeyzlə təpiyimin altına saldım.Qanları geyimlərimə sıçradı,Bütün libaslarımı bulaşdırdım.
4. Çünki qisas günü qəlbimdə idi,Xalqımı satın aldığım il gəldi.
5. Mən baxdım, kömək edən bir kəs yox idi,Mənim tərəfimi saxlayan olmadığına məəttəl qaldım,Onda qolum mənə zəfər gətirdi,Qeyzim mənə dayaq oldu.
6. Qəzəb içində xalqları tapdaladım,Qeyzimi onlara içirtdim,Qanlarını yerə axıtdım».
7. Rəbbin lütfkar işlərindən,Həmdlərə layiq əməllərindən nəql edəcəyəm.Böyük mərhəməti və məhəbbəti naminə,İsrail nəslinə etdiyi böyük xeyirxahlığına görə,Rəbbin bizə etdiyi bütün işlərinə görəOnu xatırlayacağam.
8. Rəbb dedi:«Əlbəttə, onlar Mənim xalqımdır,Məni aldatmayan övladlarımdır».Beləcə onlara Qurtarıcı oldu.
9. Onlar əziyyət çəkdikdəO da əziyyət çəkdi.Hüzurundan gələn mələk onları xilas etdi.Məhəbbəti və mərhəməti iləOnları satın aldı.Bütün keçmiş günlərdə onları götürüb apardı.
10. Lakin İsrail üsyankar olaraqOnun Müqəddəs Ruhunu kədərləndirdi.Rəbb də düşməni olubOnlara qarşı döyüşdü.
11. Sonra xalq keçmiş günləri –Rəbbin qulu Musanın dövrünü yada saldı.Onları sürüsünün çobanları ilə birgəDənizdən keçirən haradadır?Onların daxilinəMüqəddəs Ruhunu ehsan edən,
12. Öz əzəmətli gücü ilə Musanın sağ əlindən tutub,Özünə əbədi ad qazandırmaq üçünSuları qarşılarında yaran Rəbb haradadır?
13. Bir at çöldə yıxılmadan çapan kimiOnları da dərinliklərdən elə keçirən Rəbb haradadır?
14. Rəbbin Ruhu onlara elə rahatlıq verdi ki,Elə bil naxır otu bol olan dərədə otarılır.Bəli, Sən adını şərəfləndirmək naminəXalqına belə yol göstərdin.
15. Ya Rəbb, göylərdən bax,Müqəddəs, izzətli, uca məskənindən bizə nəzər sal!Haradadır Sənin qeyrətin, gücün?Qəlbindəki həsrəti, rəhmi bizdən əsirgədin.
16. Sənsən Atamız.İbrahim bizi tanımasa da,İsrail bizim kim olduğumuzu bilməsə də,Atamız Sənsən, ya Rəbb,Əzəldən bəri adın «Bizi Satınalan»dır.
17. Nə üçün, ya Rəbb,Bizi yolundan azdırırsan,Səndən qorxmayaq deyəQəlblərimizi inadkar edirsən?Qullarının xatirinə,İrsin olan qəbilələrinin xatirinə geri dön.
18. Müqəddəs xalqın qısa müddətə Sənin Müqəddəs məkanına sahib oldu.İndi isə oranı düşmənlərimizin ayağı tapdalayır.
19. Əzəldən bəri heç vaxtHakimlik etmədiyin xalqa bənzədik,Sanki Sənin adına bağlı xalq olmamışıq.

Yeşaya 64:1-12
1. Ya Rəbb, kaş göyləri yarıb enəydin,Dağlar hüzurunda sarsılardı!
2. Alov kolluğu yandıran kimi,Od suyu qaynadan kimiAdını yağılarına tanıtdıraydın,Millətlər önündə lərzəyə gələrdi!
3. Sən gözləmədiyimiz əzəmətli işlər edəndəEndin yer üzünə, dağlar önündə sarsıldı.
4. Ona etibar edənlər üçün belə işlər edən Allahı,Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.
5. Sevinə-sevinə salehlik edəni,Yollarında Səni xatırlayanları qarşılayırsan.Amma biz günaha batdıq, Sən qəzəbləndin.Beləcə xeyli vaxt yaşadıq,Bəs biz necə xilas ola bilərik?
6. Hamımız elə bil ki murdarlandıq,Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir.Hamımız yarpaq kimi soluruq,Şər əməllərimiz bizi külək tək sovurub-aparır.
7. Sənin adını çağıran yoxdur,Sənə bağlanmaq üçün can atan yoxdur.Çünki bizdən üz döndərdin,Şər əməllərimizə görə bizi yox etdin.
8. Yenə də, ya Rəbb, Sənsən Atamız:Biz gilik, Sən isə dulusçu,Biz hamımız Sənin əlinin işiyik.
9. Ya Rəbb, çox qəzəblənmə,Şər əməllərimizi heç vaxt xatırlama,Hamımız Sənin xalqınıq, bunu nəzərə al.
10. Müqəddəs şəhərlərin səhraya,Sion çöllüyə döndü,Yerusəlim viran qaldı.
11. Atalarımızın Sənə həmd etdikləri yer –Müqəddəs, şanlı məbədimiz yandı,Gözəl binalarımız xaraba qaldı.
12. Bütün bunlardan sonra,Ya Rəbb, yenə də Özünü saxlayacaqsanmı?Susub bizi nə qədər alçaldacaqsan?

Zəbur 115:14-18
14. Qoy Rəbb sizi,Sizi və nəslinizi artırsın!
15. Rəbdən, göyləri və yeri YaradandanBərəkət alasınız!
16. Rəbb səmaya sahibdir,Yeri bəşər övladlarına verdi.
17. Ölənlər, sükut diyarına düşənlərRəbbə həmd etmirlər.
18. Lakin biz Rəbbə alqış edirikİndidən sonsuzadək.Rəbbə həmd edin!

Süleymanın Məsəlləri 26:27-27
27. Quyu qazan özü quyuya düşər,Daş isə onu yuvarlayanın üstünə gələr.

Filipililərə 1:1-30
1. Məsih İsanın qulları mən Paul və Timoteydən Filipidə olan cəmiyyət nəzarətçiləri və xidmətçiləri ilə bərabər Məsih İsada müqəddəs olanların hamısına salam!
2. Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
3. Sizi hər dəfə yada salanda Allahıma şükür edirəm.
4. Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua edirəm.
5. Çünki ilk gündən indiyədək Müjdəni yaymaqda şərik oldunuz.
6. Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq.
7. Hamınız haqqında belə düşünməkdə haqlıyam, çünki qəlbimdə yeriniz var. İstər həbsdə olsam, istər Müjdəni müdafiə və təsdiq etsəm, hamınız mənimlə bərabər Allahın lütfünə şəriksiniz.
8. Allah şahidimdir ki, Məsih İsanın duyğusu ilə hər birinizin həsrətini çəkirəm.
9. Dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın,
10. siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.
11.
12. Qardaşlar, bunu sizə bildirmək istəyirəm ki, başıma gələnlər Müjdə yaymağı daha da irəli apardı.
13. Belə olanda bütün saray mühafizəçiləri daxil olmaqla hamıya məlum oldu ki, Məsihdə olduğuma görə həbs olunmuşam.
14. Həmçinin qardaşlardan əksəriyyəti mənim həbsimdən ötrü Rəbbə güvənərək kəlamı qorxmadan bəyan etmək üçün daha çox cəsarət göstərdi.
15. Doğrusu, bəziləri paxıllıq və rəqabət, bəziləri isə yaxşı niyyətlə Məsihi vəz edirlər.
16. Bəziləri bunu məhəbbətlə edirlər, çünki bilirlər ki, mən Müjdəni müdafiə etmək üçün təyin edilmişəm.
17. Bəziləri isə Məsihi səmimiliklə deyil, məhbus halımda guya mənə əziyyət verməklə özlərini göstərmək üçün bəyan edirlər.
18. Nə olar? İstər riyakarlıqla, istərsə də səmimiliklə, nə cür olursa-olsun, əsasən Məsih bəyan edilir, mən buna sevinirəm. Əlbəttə, sevinəcəyəm,
19. çünki bilirəm ki, bunun nəticəsi dualarınızla və İsa Məsihin Ruhunun köməyi ilə mənim xilasım olacaq.
20. Böyük həvəslə gözləyir və ümidvaram ki, heç bir vəziyyətdə utandırılmayacağam, yaşasam da, ölsəm də, həmişəki kimi indi də bədənimdə Məsihin ucalması üçün tam cəsarət göstərə biləcəyəm.
21. Çünki mənim üçün yaşamaq Məsihdir, ölməksə qazancdır.
22. Lakin cismən yaşasam, faydalı işlər görə biləcəyəm. Buna görə nə seçəcəyimi bilmirəm.
23. Hər iki tərəfdən yolum kəsilib. Arzum buranı tərk edib Məsihlə olmaqdır, çünki bu lap yaxşıdır.
24. Amma sağ qalmağım sizin üçün daha lazımlıdır.
25. Buna əmin olaraq bilirəm: sağ qalacağam və hamınızla birlikdə qalmaqda davam edəcəyəm ki, imanda həm irəliləyəsiniz, həm də sevinəsiniz.
26. Belə ki bir də yanınıza gəldiyim üçün mənə görə Məsih İsada fəxriniz artsın.
27. Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz
28. və heç bir şəkildə əleyhdarlarınızdan qorxmursunuz. Bu onlar üçün həlak, sizin üçünsə xilas əlamətidir. Bu da Allahın işidir.
29. Çünki sizə yalnız Məsihə iman etmək deyil, Onun uğrunda əzab çəkmək üstünlüyü də ehsan olundu.
30. Apardığım mübarizəni əvvəldən gördünüz, indi də bunun haqqında eşidir və siz də həmin mübarizəni aparırsınız.