A A A A A

Bir il Bibliya


Oktyabr 5


Yeşaya 61:1-11
1. Xudavənd Rəbbin Ruhu üzərimdədir,Çünki fəqirlərə müjdəni bildirmək üçünO məni məsh etdi.Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün,Əsirlərə azadlıq,Dustaqlara sərbəstlik elan etmək üçün,
2. Rəbbin lütf ilini,Allahımızın qisas gününü bəyan etmək üçün,Yaslıların hamısına təsəlli vermək üçün,
3. Sionda yas tutanları təmin etmək,Kül yerinə çələng,Yas yerinə sevinc gətirən məsh yağı,Kədərli ruh əvəzinəHəmd libasını bəxş etmək üçünRəbb məni göndərdi.Rəbbin şöhrətini aşkar etmək üçünOnlara Rəbbin əkdiyi salehlik palıdları deyiləcək.
4. Onlar qədim dağıntıları inşa edəcək,Əvvəlki xarabalıqları bərpa edəcək,Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq.
5. Yadellilər gəlib sürülərinizi otaracaq,Əcnəbilər sizə əkinçilik və bağbanlıq edəcək.
6. Sizsə Rəbbin kahinləri,Allahımızın xidmətçiləri adlanacaqsınız.Millətlərin sərvəti ilə bəslənəcəksiniz,Var-dövlətləri ilə fəxr edəcəksiniz.
7. Çəkdiyiniz xəcalət yerinə ikiqat şərəf,Rüsvayçılıq əvəzinə payınızı alıb sevinəcəksiniz.İndi isə torpağınızda ikiqat mülk alacaqsınız,Sevinciniz əbədi olacaq.
8. Çünki Mən Rəbb ədaləti sevirəm.Soyğunçuluğa, haqsızlığa nifrət edirəm.Əlbəttə, əməllərinə görə onlara haqqını verəcəyəm,Onlarla əbədi əhd kəsəcəyəm.
9. Nəsillərindən törəyənlər millətlər içində,Övladları xalqlar arasında tanınacaq.Onları görən hər kəs biləcək ki,Rəbb nəsillərinə xeyir-dua verdi.
10. Rəbdə böyük sevinc tapacağam,Allahımda ürəyim şadlıqdan coşacaq,Çünki çələnglə bəzənmiş bəy kimi,Bər-bəzək taxmış gəlin kimiMənə qurtuluş paltarı geyindirdi,Salehlik libası ilə bürüdü.
11. Torpaq zoğlarını necə cücərdirsə,Bağ əkilən toxumları necə yetişdirirsə,Xudavənd Rəbb də bütün millətlər qarşısındaSalehliyi və həmdi belə yetişdirəcək.

Yeşaya 62:1-12
1. Salehliyi nur kimi saçanadək,Qurtuluşu məşəl tək yananadəkSion naminə susmayacağam,Yerusəlim naminə sakit durmayacağam.
2. Millətlər salehliyini,Bütün padşahlar əzəmətini görəcək.Rəbbin ağzı ilə deyəcəyi,Sənə verəcəyi yeni bir adla çağırılacaqsan.
3. Sən Rəbbin əlində gözəllik tacı,Allahının ovcunda padşahlıq çələngi olacaqsan.
4. Artıq sənə «atılmış»,Ölkənə «viranə qalmış» deməyəcəklər.Əvəzinə sənə «sevdiyim»,Ölkənə isə «ərli» deyiləcək.Çünki Rəbb səni sevəcək,Ölkən də ərli sayılacaq.
5. Bir gənc bakirə qızla evləndiyi kimiSəni Yaradan da səninlə evlənəcək.Bəy gəlindən zövq aldığı kimiAllahın da səndən zövq alacaq.
6. Ey Yerusəlim, divarlarının üstünəMən qarovulçular qoydum.Gecə-gündüz onlar susmayacaq.Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın,
7. Rəbb Yerusəlimi bərpa edənədək,Onu yer üzünün tərifə layiq şəhərinə döndərənədəkOna rahatlıq verməyin!
8. Rəbb sağ əlini, güclü qolunuQaldırıb and içdi:«Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm,Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək.
9. Taxılı yığan yeyəcək,Rəbbə həmdlər edəcək.Üzümü toplayan şərabınıMəbədimin həyətlərində içəcək».
10. Keçin, keçin şəhər darvazalarından,Xalq üçün yol hazırlayın!Tikin, yol salın,Daşları kənara atın,Xalqlar üçün bayraq qaldırın!
11. Rəbb yer üzünün ən uzaq yerlərinə bəyan etdi:«Sion qızına deyin:“Budur, qurtuluşun gəlir,Rəbbin mükafatı onunladır,Ənamı önündədir”».
12. Sion xalqına«Rəbbin satın aldığı, müqəddəs xalq» deyəcəklər.Sən, ey Yerusəlim,«Allahın axtardığı, tərk olmamış şəhər» adlanacaqsan.

Zəbur 115:9-13
9. Ey İsraillilər, Rəbbə güvənin,Odur köməyiniz və sipəriniz!
10. Ey Harun nəsli, Rəbbə güvənin,Odur köməyiniz və sipəriniz!
11. Ey Rəbdən qorxanlar, Rəbbə güvənin,Odur köməyiniz və sipəriniz!
12. Rəbb bizi unutmayıb,Bizə xeyir-dua verəcək –İsrail nəslinə xeyir-dua verəcək,Harun nəslinə xeyir-dua verəcək,
13. Kiçikdən böyüyə qədərOndan qorxanlara xeyir-dua verəcək.

Süleymanın Məsəlləri 26:24-26
24. Düşmən kinini dili altında gizlədər,Qəlbində hiyləsini saxlar.
25. Onun mehriban danışığına inanma,Qəlbinə yeddi cür iyrənclik doldurub.
26. Nifrətini fırıldaqla gizlətsə də,Şəri camaat qarşısında üzə çıxar.

Efeslilərə 6:1-24
1. Ey övladlar, Rəbdə olduğunuza görə ata-ananıza itaət edin. Bu haqdandır.
2. İçində vəd olan ilk əmr budur: «Ata-anana hörmət et ki,
3. xoş güzəranın və yer üzündə ömrün uzun olsun».
4. Ey atalar, siz də övladlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və öyüdü ilə böyüdün.
5. Ey qullar, Məsihə itaət etdiyiniz kimi dünyəvi ağalarınıza da qorxu və lərzə ilə səmimi qəlbdən itaət edin.
6. Bunu yalnız insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, Məsihin qulları kimi can-dildən Allahın iradəsini yerinə yetirmək üçün edin.
7. İnsanlara deyil, Rəbbə qulluq etdiyiniz kimi ürəkdən qulluq edin.
8. Bilin ki, istər qul, istərsə də azad – hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq.
9. Ey ağalar, siz də həmçinin qullarınızla bu cür rəftar edin. Daha onlara hədə-qorxu gəlməyin. Bilin ki, onların da, sizin də Ağanız göylərdədir və O, insanlar arasında tərəfkeşlik etməz.
10. Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
11. İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün.
12. Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır.
13. Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.
14. Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.
15.
16. Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün.
17. Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.
18. Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.
19. Ağzımı hər açanda mənə lazımi söz verilsin deyə mənim üçün də dua edin ki, uğrunda zəncirlə bağlı halda elçilik etdiyim Müjdənin sirrini açım və bu Müjdəni lazımınca cəsarətlə bəyan edə bilim.
20.
21. Necə olduğumu və nə iş gördüyümü siz də biləsiniz deyə Rəbdə sevimli qardaş və sadiq xidmətçi Tixik sizə hər şeyi bildirəcək.
22. Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız və o sizin qəlbinizi ovutsun.
23. Ata Allah və Rəbb İsa Məsihdən bacı-qardaşlara sülh və imanla məhəbbət olsun.
24. Rəbbimiz İsa Məsihi ölməz məhəbbətlə sevənlərin hamısına lütf olsun!