A A A A A

Bir il Bibliya

Oktyabr 2

Yeşaya 55:1-13
1. Ey bütün susamışlar, gəlin su başına!Ey pulu olmayanlar, gəlin, alın, yeyin!Gəlin, şərabı və südü pulsuz, havayı alın!
2. Nə üçün pulunuzu çörək olmayan şeylərə,Qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz?Məni diqqətlə dinləyin ki,Yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız.
3. Qulaq asın, Mənim yanıma gəlin,Dinləyin ki, sağ qalasınız.Mən sizinlə əbədi əhd,Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm.
4. Budur, onu ümmətlərə şahid,Xalqlara başçı və hökmdar etdim.
5. Tanımadığınız millətləri çağıracaqsınız.Sizi tanımayan millətlər qaça-qaça yanınıza gələcək.Allahınız Rəbbə görə,İsrailin Müqəddəsindən ötrü onlar gələcək,Çünki Rəbb sizi ucaltdı.
6. Tapmaq fürsəti olarkən Rəbbi axtarın,O yaxın ikən Onu çağırın.
7. Qoy pis adam öz yolunu,Şər adam öz fikirlərini atsın.Qoy Rəbbə sarı dönsün ki, Onda mərhəmət tapsın.Qoy Allahımıza tərəf dönsün,Çünki Onun əfvi boldur.
8. «Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil,Sizin yollarınız Mənim yollarım deyil»Rəbb belə bəyan edir.
9. «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə,Yollarım da sizin yollarınızdan,Fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir.
10. Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa,Ancaq torpağı sulayıb yeri məhsuldar edirsə,Əkinçiyə toxum, yeyənə çörək verirsə,
11. Ağzımdan çıxan kəlmə də belədir:Boş yerə yanıma qayıtmaz,Ancaq istədiyimi yerinə yetirər,Onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.
12. Sevinclə çıxacaqsınız,Sülhlə müşayiət olunacaqsınız,Dağlar, təpələr önünüzdə sevinclə nəğmə deyəcək,Çöldəki bütün ağaclar əl çalacaq.
13. Tikanlı kol əvəzinə şam ağacı,Qanqal əvəzinə mərsin ağacı bitəcək.Bu, Rəbb üçün şöhrət,Pozulmaz əbədi əlamət olacaq».

Yeşaya 56:1-12
1. Rəbb belə deyir:«Ədaləti qoruyun, salehliyə əməl edin.Çünki xilasım yaxındadır,Salehliyim tezliklə aşkar olunacaq.
2. Bunu edən insan,Buna itaət edən bəşər oğlu nə bəxtiyardır!Şənbə gününü tutar, murdarlamaz,Hər cür şərdən qorunar.
3. Qoy Rəbbə bel bağlayan heç bir yadelli deməsin:“Əlbəttə, Rəbb məni Öz xalqından ayıracaq”.Qoy heç bir xədim deməsin:“Mən quru bir ağacam”».
4. Çünki Rəbb belə deyir:«Şənbə günlərimə riayət edən,Mənə xoş gələni seçən,Əhdimə itaət edən xədimlərə
5. Evimdə, divarlarımın arasındaOğul və qızlardan daha da yaxşı olanXatirə və ad verəcəyəm.Onlara silinməz, əbədi bir ad verəcəyəm.
6. Rəbbə xidmət etmək, Onun adını sevmək,Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan,Əhdimə itaət edən,Rəbbə bel bağlayan bütün yadelliləri
7. Müqəddəs dağıma gətiribDua evimdə sevindirəcəyəm.Onların gətirdikləriYandırma qurbanları, bütün qurbanlarQurbangahımda qəbul olunacaq.Çünki Mənim evim bütün xalqlar üçünDua evi adlandırılacaq».
8. İsrailin əsir düşmüş övladlarını toplayanXudavənd Rəbb belə bəyan edir:«Mən hələ toplanmışların yanına başqalarını da yığacağam».
9. Ey bütün çöl heyvanları,Ey bütün meşə heyvanları,Gəlin yeməyə!
10. Xalqımın bütün gözətçiləri kordur, cahildir!Onların hamısı hürə bilməyən lal itlərdir,Yuxu görürlər, uzanırlar,Yatmağı sevirlər!
11. Acgöz, azğın köpəklərdir bunlar,Axmaq çobanlardır bunlar!Hər kəs öz yolu ilə gedir,Hər biri öz xeyrini güdür!
12. Bir-birlərinə deyirlər:«Gəlin, şərab gətirək,Bol-bol kefləndirici içki içək!Sabahkı gün də bu gün kimi,Hətta bundan da çox yaxşı olacaq!»

Zəbur 113:5-9
5. Allahımız Rəbbin misli varmı?Ucalardakı taxtında oturan,
6. Göyə, yerə əyilərək baxan Odur.
7. O, yoxsulları toz-torpaqdan qaldırar,Fəqirləri küllükdən çıxarar.
8. Onları əsilzadələrlə,Öz xalqının əsilzadələri ilə yanaşı oturdar.
9. Sonsuz qadının evini tikər,Ona övlad verməklə bəxtəvər ana edər.Rəbbə həmd edin!

Süleymanın Məsəlləri 26:20-21
20. Odun qurtaranda ocaq sönər,Qeybətçi olmayan yerdə dava bitər.
21. Necə ki kömür köz salar, odun alışar,Davakar adam da münaqişəni bu cür alovlandırar.

Efeslilərə 4:1-32
1. Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz.
2. Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün.
3. Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın.
4. Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir,
5. Rəbb bir, iman bir, vəftiz bir,
6. hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.
7. Hər birimizə isə Məsihin bəxşişinin ölçüsü ilə lütf verilmişdir.
8. Bunun üçün belə deyilir:«Ucalara çıxıb əsirləri Özü ilə apardı,İnsanlara hədiyyələr verdi».
9. Bəs bu «çıxıb» sözü nə deməkdir? Yalnız o deməkdir ki, Məsih əvvəlcə aşağılara, yer üzünə də enmişdi.
10. Enən də Odur, hər şeyi bütövləşdirmək üçün bütün göylər üzərinə çıxan da Odur.
11. Özü kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini çoban və müəllim təyin etdi ki,
12. Məsihin bədəninin inkişafından ötrü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər.
13. Bunun nəticəsində hamımız imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinliyi həddinə çatacağıq.
14. Belə ki artıq insanların kələkbazlığı ilə, bizi yoldan azdırmaq üçün hazırladıqları hiylələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq.
15. Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək.
16. Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir.
17. Beləliklə, bunu Rəbdə olaraq deyir və xəbərdarlıq edirəm ki, siz artıq başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin.
18. Onların şüurlarını qaranlıq alıb və mənəviyyatca nadan, qəlbən inadkar olduqlarına görə Allah həyatına yad oldular.
19. Həssaslığı hərtərəfli itirərək hərisliklə hər cür murdar işlər üçün özlərini pozğunluğa verdilər.
20. Sizsə Məsihi elə öyrənməmisiniz.
21. Əlbəttə, siz İsanın səsini eşitdiniz və İsada – Ondakı həqiqətə əsasən təlim aldınız.
22. Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın,
23. ruhən və əqlən yeniləşin,
24. əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.
25. Buna görə yalanı kənara atın, hər biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik.
26. Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub
27. iblisə yer verməyin.
28. Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun.
29. Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.
30. Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz.
31. Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun.
32. Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.