A A A A A

Bir il Bibliya

Oktyabr 15

Yeremya 15:1-21
1. Rəbb mənə dedi: «Musa ilə Şamuel önümdə dursalar da, yenə ürəyim bu xalqa tərəf yönəlməz. Onları qarşımdan rədd et ki, getsinlər.
2. Sənə “Hara gedək?” dedikləri zaman onlara söylə ki, Rəbb belə deyir:“Vəba üçün ayrılanlar vəbaya,Qılınc üçün ayrılanlar qılınca,Aclıq üçün ayrılanlar aclığa,Sürgün üçün ayrılanlar sürgünə”.
3. Rəbb bəyan edir: “Onların başına dörd növ bəla gətirəcəyəm: öldürmək üçün qılıncı, parçalamaq üçün itləri, yeyib həlak etmək üçün göydəki quşları və yerdəki heyvanları.
4. Yəhuda padşahı Xizqiya oğlu Menaşşeyə, onun Yerusəlimdə etdiyi işlərə görə onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam”.
5. Ey Yerusəlim, bəs sənə kim acıyacaq?Sənin üçün kim yas tutacaq?Halını soruşmaq üçünKim yolundan dönüb sənin yanına gələcək?
6. Rəbb bəyan edir: “Sən Məni rədd etdin,Geri çəkildin.Mən də əlimi uzadıb səni məhv edirəm.Daha bağışlamaqdan yoruldum.
7. Onları ölkənin şəhər darvazalarındaKürəklə sovurdum,Xalqımı övladsız qoydum,Onları məhv etdim.Çünki yollarından dönmədilər.
8. Mənim önümdə onların dul qadınlarının sayıDəniz qumundan da çox oldu.Günorta çağıCavanlarının analarını ağlar qoymaq üçünMəhv edəni gətirdim.Qəflətən onları qorxu və dəhşətə saldım.
9. Yeddi uşaq doğan qadın zəifləyib can verdi,Onun günəşi günorta çağı batdı,Utanıb alçaldı.Onlardan sağ qalanlarınıDüşmənlərinin önündəQılınca təslim edəcəyəm”»Rəbb belə bəyan edir.
10. Vay mənim halıma!Ey anam, sən məni bütün ölkə iləMübahisə və dava etmək üçün doğmusan!Mən heç kəsə sələm vermədim,Heç kəs də mənə sələm vermədi.Ancaq hamı məni lənətləyir.
11. Rəbb dedi:«Bundan sonra mütləq səniXeyir üçün xilas edəcəyəm.Bəla və kədər vaxtı düşmənləriniSənə yalvarmağa məcbur edəcəyəm.
12. Dəmiri, şimaldan gələn dəmiri və tuncuKim qıra bilər?
13. Sənin sərvətini və xəzinələriniQarət malı kimi başqalarına havayı verəcəyəm.Bunu ölkənin hər tərəfindəSənin günahlarından ötrü edəcəyəm.
14. Mən səni tanımadığın ölkədəDüşmənlərinə qul edəcəyəm.Çünki qəzəbim od tutubSizi yandıracaq».
15. Sən bilirsən, ya Rəbb!Məni yada sal və qayğıma qal.Məni təqib edənlərdən qisasımı al,Səbirli olduğuna görə məni həlak etmə.Bil ki, Sənin üçün rüsvay oldum.
16. Sözlərini tapıb yedim,Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi.Çünki Sənə məxsusam,Ey Ordular Allahı Rəbb!
17. Kef çəkənlərin məclisində oturaraqSevinib coşmadım,Əlin üzərimdə olduğuna görəTək-tənha oturdum.Çünki məni qəzəblə doldurmuşdun.
18. Nə üçün ağrım kəsilməz,Yaram çarəsizdir,Şəfasına ümid yoxdur?Məgər mənim üçün suyu qurumuş,Etibarsız bir vadi olacaqsan?
19. Buna görə Rəbb belə deyir:«Əgər sən tövbə etsən,Səni yenə qəbul edib xidmətimə təyin edərəm.Əgər cəfəngiyat danışmaq əvəzinəQiymətli sözlər söyləsən,O zaman Mənim dilimlə danışacaqsan.Onlar özləri sənə tərəf dönəcək,Amma sən onlara tərəf qayıtmayacaqsan.
20. Səni bu xalq üçünMöhkəm tunc bir divar edəcəyəm.Sənə qarşı döyüşəcəklər,Ancaq qalib gələ bilməyəcəklər.Çünki Mən səninlə olacağam ki,Səni qurtarıb azad edim»Rəbb belə bəyan edir.
21. «Səni pis adamların əlindən azad edəcəyəm,Zülmkarların pəncəsindən satın alacağam».

Yeremya 16:1-21
1. Mənə Rəbbin bu sözü nazil oldu:
2. «Özünə arvad alma, qoy bu yerdə oğulların və qızların olmasın.
3. Çünki bu yerdə doğulan oğullar və qızlar, onları doğan analar və onları törədən atalar üçün Rəbb belə deyir:
4. “Onlar ölümcül xəstəliklərdən öləcək. Onlar üçün yas tutulmayacaq, basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar. Qılınc və aclıqla qırılıb-qurtaracaqlar. Cəsədləri də göydəki quşlara və yerdəki heyvanlara yem olacaq”.
5. Çünki Rəbb belə deyir: “Yas evinə girmə, ağlamaq üçün getmə, başsağlığı vermə, çünki bu xalqın arasından Öz sülhümü, məhəbbətimi və mərhəmətimi götürdüm” Rəbb belə bəyan edir.
6. “Bu ölkədə böyüklər də, kiçiklər də öləcək, qəbirə qoyulmayacaq, adamlar onlar üçün yas tutmayacaq, özlərini yaralayıb saçlarını qırxmayacaq.
7. Ölüdən ötrü yas tutana təsəlli vermək üçün kimsə onunla çörək kəsməyəcək, ata-anaları üçün onlara təsəlli kasasını içirməyəcək.
8. Sən onlarla oturaraq yeyib-içmək üçün ziyafət məclislərinə də girmə”.
9. Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax bu yerdə sizin günlərinizdə gözlərinizin önündə sevinc və şadlıq sədasını, bəy-gəlin səsini yox edəcəyəm”.
10. Bütün bu sözləri xalqa bildirəndə onlar sənə belə deyəcək: “Nə üçün Rəbb başımıza bu qədər böyük bəla gətirəcəyini söylədi? Təqsirimiz nədir? Allahımız Rəbbə qarşı nə günah etmişik?”
11. Sən onlara söylə ki: “Sizin atalarınız Məni tərk etdi” Rəbb belə bəyan edir. “Başqa allahların tərəfdarı oldular, onlara qulluq və səcdə etdilər, Məni tərk edib qanunuma əməl etmədilər.
12. Siz atalarınızdan da artıq pislik etdiniz, özünüz də Mənə qulaq asmayaraq qara ürəklərinizin inadı ilə hərəkət etdiniz.
13. Buna görə də sizi bu ölkədən atalarınızın və özünüzün tanımadığı bir ölkəyə atacağam. Orada gecə-gündüz başqa allahlara qulluq edəcəksiniz, çünki sizə mərhəmət etməyəcəyəm”».
14. Buna görə də Rəbb bəyan edir: «Bir gün gələcək ki, insanlar artıq “İsrail övladlarını Misir torpağından çıxaran Rəbbin varlığına and olsun” deməyəcəklər,
15. amma “İsrail övladlarını şimal ölkəsindən və qovduğu başqa ölkələrdən çıxaran Rəbbin varlığına and olsun” deyəcəklər. Çünki onları atalarına verdiyim torpağa qaytaracağam».
16. Rəbb bəyan edir: «Mən çoxlu balıqçı göndərəcəyəm, onları tutacaqlar. Ondan sonra Mən çoxlu ovçu göndərəcəyəm, hər dağ və təpə üzərindən, qaya oyuqlarından onları ovlayacaqlar.
17. Çünki Mənim nəzərim onların bütün yollarını izləyir. Onlar Məndən gizlənə bilməz, təqsirləri də Mənim nəzərimdən qaça bilməz.
18. İlk növbədə onların təqsirlərinin və günahlarının əvəzini alacağam. Çünki iyrənc bütlərinin qurbanları ilə ölkəmi murdarladılar, mülkümü murdar bütlərlə doldurdular».
19. Ya Rəbb, qüvvətim və qalam,Sıxıntı günündə sığınacağım!Millətlər yer üzünün qurtaracağınadək hər yerdənSənin yanına gəlib deyəcək:«Atalarımız saxta və puç bütlərə –Heç bir fayda görmədikləri şeylərə varis oldu.
20. Adam da özünə bütlər düzəldər?Axı onlar allah deyil.
21. Buna görə də onlara göstərəcəyəm,Əlimi və qüdrətimi nümayiş etdirəcəyəm.Onda biləcəklər ki, adım Rəbdir.

Zəbur 118:21-24
21. Ya Rəbb, Sənə şükür edirəm,Çünki cavab verərək məni xilas etmisən!
22. Bənnaların rədd etdiyi daşGuşədaşı olub.
23. Bu, Rəbbin işi idi,Gözümüzdə xariqəli bir işdir.
24. Bu günü Rəbb yaratdı,Onda sevinib şadlıq edək!

Süleymanın Məsəlləri 27:10-10
10. Həm öz dostunu, həm də atanın dostunu tərk etmə,Dara düşəndə qardaşının evinə getmə.Yaxın qonşu uzaq qohumdan yaxşıdır.

1 Saloniklilərə 2:1-20
1. Qardaşlar, özünüz də bilirsiniz ki, yanınıza gəlməyimiz əbəs olmadı.
2. Bildiyiniz kimi, əvvəlcə Filipidə əziyyət çəkmiş, təhqir olunmuşduq. Amma böyük ziddiyyətlərə baxmayaraq, Allahın Müjdəsini sizə bəyan etmək üçün Allahımızdan cəsarət aldıq.
3. Çünki bizim çağırışımız aldatmağa, murdarlığa əsaslanmır və bunun hiyləgərliyə də dəxli yoxdur.
4. Əksinə, Allah tərəfindən Müjdəni yaymaq tapşırığını almağa layiq görüldüyümüzə görə insanları deyil, ürəklərimizi sınaqdan keçirən Allahı razı salmaqdan ötrü danışırıq.
5. Siz bilirsiniz ki, heç vaxt yanınıza yaltaq sözlərlə yaxud tamahkarlığı gizlədən riyakarlıqla gəlmədik. Allah da buna şahiddir.
6. İzzəti heç bir insanda – nə sizdə, nə də başqalarında axtardıq.
7. Məsihin həvariləri kimi bunu sizdən tələb edə bilərdik, amma biz sizinlə övladlarını isti qucağına alıb yedirdən ana kimi mülayim rəftar etdik.
8. Sizlərə elə könül bağlamışdıq ki, yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı belə, sizə verməyə razı idik. Çünki bizim sevimlilərimiz idiniz.
9. Bəli, qardaşlar, bizim əmək və zəhmətimizi xatırlayırsınız: heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışaraq sizə Allahın Müjdəsini vəz etdik.
10. Siz imanlılarla necə müqəddəs, saleh və nöqsansız davrandığımıza həm özünüz, həm də Allah şahiddir.
11. Bildiyiniz kimi, ata övladları ilə necə rəftar edirsə, biz də hər birinizlə elə rəftar etdik.
12. Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz.
13. Biz də dayanmadan Allaha şükür edirik ki, siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil, həqiqətən, Allahın kəlamı olaraq qəbul etdiniz. Siz imanlılarda fəaliyyət göstərən də bu kəlamdır.
14. Çünki qardaşlar, siz Allahın Yəhudeyadakı Məsih İsada olan cəmiyyətlərindən nümunə götürdünüz. Onların Yəhudilərdən çəkdiyi əzabları eynilə siz də öz soydaşlarınızdan çəkdiniz.
15. Yəhudilər Rəbb İsanı və peyğəmbərləri öldürdülər, bizi də təqib etdilər. Onlar Allahı narazı salır və bütün insanlara qarşı çıxırlar.
16. Çünki başqa millətlər xilas olsunlar deyə biz onlarla danışanda bu Yəhudilər bizə mane olur. Beləcə hər zaman günahlarının üzərinə günah gətirirlər. Axırda Allahın qəzəbinə düçar oldular.
17. Bizsə, qardaşlar, qısa bir müddət üçün qəlbən deyil, şəxsən sizdən məhrum olduq, ona görə böyük arzu ilə üzünüzü görməyə daha çox səy göstərdik.
18. Biz yanınıza gəlməyi arzu etdik, dəfələrlə mən Paul bunu istədim, amma Şeytan bizə mane oldu.
19. Rəbbimiz İsa zühur edəndə ümidimiz, sevincimiz yaxud Onun önündə fəxr tacımız nədir? Siz deyilsinizmi?
20. Çünki siz bizim izzətimiz və sevincimizsiniz.