Müqəddəs Seçki
|
|
Əhdi-Ətiq
|
|
Əhdi-Cədid
|
|
|
|
Azərbaycan Müqəddəs Kitab 1878
|
|
|
|
1 |
Mələk mənə həyat suyu axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Allahın və Quzunun taxtından çıxır |
2 |
və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şəfa vermək üçündür. |
3 |
Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək. |
4 |
Onlar Onun üzünü görəcək, alınlarında Onun adını daşıyacaqlar. |
5 |
Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək. |
6 |
Mələk mənə dedi: «Bu sözlər etibarlı və həqiqidir. Peyğəmbərlərin ruhlarına ilham verən Rəbb Allah mələyini göndərib ki, Öz qullarına tezliklə baş verməli hadisələri göstərsin». |
7 |
İsa deyir: «Budur, tezliklə gəlirəm! Bu kitabın peyğəmbərlik sözlərinə riayət edən kəs nə bəxtiyardır!» |
8 |
Mən Yəhya bunları eşitdim və gördüm. Eşidib gördükdə bunları mənə göstərən mələyə səcdə etmək üçün onun ayaqlarına düşdüm. |
9 |
Amma o mənə dedi: «Yox, olmaz! Mən səninlə, peyğəmbər qardaşlarınla və bu kitabın sözlərinə riayət edənlərlə birgə Allah quluyam. Allaha səcdə et». |
10 |
Yenə də mənə dedi: «Bu kitabın peyğəmbərlik sözlərini möhürləmə, çünki vaxt yaxındır. |
11 |
Haqsızlıq edən qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlər görsün. Müqəddəs olan daha da müqəddəs olsun». |
12 |
İsa deyir: «Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm. |
13 |
Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!» |
14 |
Xalatlarını günahdan təmizləyənlər nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər. |
15 |
İt kimi murdarlar, sehrbazlar, əxlaqsızlar, qatillər, bütpərəstlər və yalanı sevib danışan hər kəssə kənarda qalacaq. |
16 |
Yenə deyir: «Mən İsa Öz mələyimi göndərdim ki, cəmiyyətlərə aid olan bu şəhadəti sizə versin. Mən Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam». |
17 |
Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün. |
18 |
Mən bu kitabın peyğəmbərlik sözlərini eşidən hər kəsə xəbərdarlıq edirəm: kim bunlara bir şey artırarsa, Allah da ona bu kitabda yazılan bəlaları artıracaq; |
19 |
kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah da bu kitabda yazılmış həyat ağacından və müqəddəs şəhərdən ona düşən payı götürəcək. |
20 |
Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa! |
21 |
Rəbb İsanın lütfü hamıya yar olsun! Amin. |
Azerbaijan Bible 1878 |
Public Domain: 1878 |