Əhdi-Ətiq
Əhdi-Cədid
Azerbaijan Bible 1878
← 11

Yeşua 12

13 →
1

İsrail övladları bu padşahları öldürdülər və onların torpaqlarını – İordan çayının şərqindəki bütün Arava ilə Arnon vadisindən Xermon dağına qədər olan yeri zəbt edib özlərinə mülk etdilər.

2

Xeşbonda yaşayan Emorluların padşahı Sixon bu torpaqlarda hökmranlıq etmişdi: Arnon vadisi sahilindəki Aroerdən və vadinin ortasındakı Ammonluların sərhədi olan Yabboq çayına qədər Gileadın yarısı,

3

şərqə tərəf Kinneret gölündən Arava dənizinə, yəni Duz dənizinə qədər, şərqdə Bet-Yeşimot istiqamətinə və cənuba tərəf Pisqa yamaclarının ətəklərinə qədər Arava torpağı idi.

4

Sağ qalan Rafalılardan biri olan Başan padşahı Oq Aştarotda və Edreidə hökmranlıq edirdi.

5

O, Xermon dağında, Sakada, Geşurlular və Maakatlılar sərhədinə qədər bütün Başanda, Xeşbon padşahı Sixonun sərhədinə qədər Gileadın yarısında hökmranlıq edirdi.

6

Rəbbin qulu Musa və İsrail övladları onları öldürdülər. Sonra Rəbbin qulu Musa onların torpaqlarını irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdi.

7

Livan vadisində olan Baal-Qaddan Seirə çıxan Xalaq dağına qədər İordan çayının qərb tərəfində olan torpaqlarda Yeşua ilə İsrail övladlarının öldürdükləri padşahlar bunlardır:

8

Yeşua dağlıq bölgədə, yamaclı-düzənlikli bölgədə, Aravada, yamaclarda, çöldə, Negevdə yerləşən bu torpaqları, yəni Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevuslular ölkəsini, İsrail qəbilələrinə torpaq payı kimi mülk olaraq verdi.

9

Yerixo padşahı;Bet-Elin yanındakı Ay şəhərinin padşahı;

10

Yerusəlim padşahı;Xevron padşahı;

11

Yarmut padşahı;Lakiş padşahı;

12

Eqlon padşahı;Gezer padşahı;

13

Devir padşahı;Geder padşahı;

14

Xorma padşahı;Arad padşahı;

15

Livna padşahı;Adullam padşahı;

16

Maqqeda padşahı;Bet-El padşahı;

17

Tappuah padşahı;Xefer padşahı;

18

Afeq padşahı;Laşşaron padşahı;

19

Madon padşahı;Xasor padşahı;

20

Şimron-Meron padşahı;Akşaf padşahı;

21

Taanak padşahı;Megiddo padşahı;

22

Qedeş padşahı;Karmeldəki Yoqneam padşahı;

23

Nafot-Dordakı Dor padşahı;Qilqaldakı Qoyim padşahı;

24

Tirsa padşahı.Bütün padşahlar cəmi 31 nəfər idi.

Azerbaijan Bible 1878
Public Domain: 1878