Əhdi-Ətiq
Əhdi-Cədid
Azerbaijan Bible 1878
← 1

Matta 2

3 →
1

İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib

2

dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik».

3

Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü.

4

Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu.

5

«Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb:

6

“Ey Yəhuda torpağındakı Bet-Lexem, sənYəhuda hökmdarları arasında ən kiçik deyilsən,Çünki xalqım İsrailə çoban olanHökmdar səndən çıxacaq”».

7

Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi.

8

«Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi.

9

Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı.

10

Onlar ulduzu gördükləri vaxt çox sevindilər.

11

Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər.

12

Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər.

13

Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır».

14

Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı.

15

Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi:«Öz Oğlumu Misirdən çağırdım».

16

Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü.

17

Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi:

18

«Ramada bir səs eşidildi,Ağlaşma və böyük fəryad səsləri!Rəhilə uşaqları üçün ağlayır,Təsəlli istəmir.Çünki onlar daha yoxdur».

19

Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb

20

dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü».

21

Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı.

22

Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi.

23

Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi.

Azerbaijan Bible 1878
Public Domain: 1878