Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878

Saylar 33

1

Musa və Harunun başçılığı ilə ordular halında Misir torpağından çıxan İsrail övladlarının köçləri bunlardır.

2

Musa Rəbbin əmrinə görə onların köçlərini və dayanacaqlarını qeyd etdi. Onların köçləri və qaldıqları yerlər bunlardır:

3

İsrail övladları Pasxa bayramının səhəri, birinci ayın on beşində Misirlilərin gözü qarşısında vüqarla Ramsesdən yola düşdü.

4

O vaxt Misirlilər Rəbbin qırdığı bütün ilk oğlanları basdırırdılar. Rəbb onların allahlarını da Öz hökmünə məruz qoymuşdu.

5

İsrail övladları Ramsesdən yola çıxıb Sukkotda düşərgə saldılar.

6

Sukkotu tərk edib səhra kənarındakı Etamda düşərgə saldılar.

7

Etamı tərk edib Baal-Sefonun şərqində Pi-Haxirota qayıtdılar və Miqdol yaxınlığında düşərgə saldılar.

8

Pi-Haxirotu tərk edib dənizin ortasından keçərək səhraya çıxdılar. Etam səhrasında üç gün gəzib dolanandan sonra Marada düşərgə saldılar.

9

Maranı tərk edib on iki su çeşməsi və yetmiş xurma ağacı olan Elimə gedərək orada düşərgə saldılar.

10

Elimi tərk edib Qırmızı dəniz kənarında düşərgə saldılar.

11

Qırmızı dənizin kənarından ayrılıb Sin səhrasında düşərgə saldılar.

12

Sin səhrasını tərk edib Dofqada düşərgə saldılar.

13

Dofqanı tərk edib Aluşda düşərgə saldılar.

14

Aluşu tərk edib Refidimdə düşərgə saldılar. Orada xalq üçün içməyə su yox idi.

15

Refidimi tərk edib Sina səhrasında düşərgə saldılar.

16

Sina səhrasını tərk edib Qivrot-Hattaavada düşərgə saldılar.

17

Qivrot-Hattaavanı tərk edib Xaserotda düşərgə saldılar.

18

Xaserotu tərk edib Ritmada düşərgə saldılar.

19

Ritmanı tərk edib Rimmon-Peresdə düşərgə saldılar.

20

Rimmon-Peresi tərk edib Livnada düşərgə saldılar.

21

Livnanı tərk edib Rissada düşərgə saldılar.

22

Rissanı tərk edib Qehelatda düşərgə saldılar.

23

Qehelatı tərk edib Şefer dağında düşərgə saldılar.

24

Şefer dağını tərk edib Xaradada düşərgə saldılar.

25

Xaradadan ayrılıb Maqhelotda düşərgə saldılar.

26

Maqhelotu tərk edib Taxatda düşərgə saldılar.

27

Taxatdan ayrılıb Terahda düşərgə saldılar.

28

Terahı tərk edib Mitqada düşərgə saldılar.

29

Mitqanı tərk edib Xaşmonada düşərgə saldılar.

30

Xaşmonadan ayrılıb Moserotda düşərgə saldılar.

31

Moserotu tərk edib Bene-Yaaqanda düşərgə saldılar.

32

Bene-Yaaqandan ayrılıb Xor-Haqqidqadda düşərgə saldılar.

33

Xor-Haqqidqadı tərk edib Yotvatada düşərgə saldılar.

34

Yotvatanı tərk edib Avronada düşərgə saldılar.

35

Avronanı tərk edib Esyon-Geverdə düşərgə saldılar.

36

Esyon-Geveri tərk edib Zin səhrasında, yəni Qadeşdə düşərgə saldılar.

37

Qadeşdən ayrılıb Edom torpağının sərhədindəki Hor dağında düşərgə saldılar.

38

Kahin Harun Rəbbin əmrinə görə Hor dağına çıxdı. İsraillilərin Misirdən çıxmasının qırxıncı ilində, beşinci ayın birinci günündə orada öldü.

39

Harun Hor dağında öləndə yüz iyirmi üç yaşında idi.

40

Kənan ölkəsinin Negev bölgəsində yaşayan Kənanlı Arad padşahı eşitdi ki, İsrail övladları gəlib.

41

İsrail övladları Hor dağından ayrılıb Salmonada düşərgə saldılar.

42

Salmonanı tərk edib Punonda düşərgə saldılar.

43

Punonu tərk edib Ovotda düşərgə saldılar.

44

Ovotu tərk edib Moav sərhədindəki İye-Avarimdə düşərgə saldılar.

45

İye-Avarimi tərk edib Divon-Qadda düşərgə saldılar.

46

Divon-Qaddan ayrılıb Almon-Divlataymada düşərgə saldılar.

47

Almon-Divlataymanı tərk edib Nevo yaxınlığında olan Avarim dağlıq bölgəsində düşərgə saldılar.

48

Avarim dağlıq bölgəsindən ayrılıb İordan çayı yanında, Yerixo qarşısında olan Moav düzənliyində düşərgə saldılar.

49

İordan çayı boyunca Bet-Yeşimotdan Avel-Şittimə qədər Moav düzənliyində düşərgə saldılar.

50

Orada, İordan çayı yanında, Yerixo qarşısındakı Moav düzənliyində Rəbb Musaya belə dedi:

51

«İsrail övladlarına de: “İordan çayından Kənan ölkəsinə keçəndə

52

ölkədə yaşayan bütün əhalini qovun. Oyma daşlarının, tökmə bütlərinin hamısını yox edin. Onların bütün səcdəgah yerlərini dağıdın.

53

Ölkəni ələ keçirib orada məskunlaşacaqsınız, çünki mülk almaq üçün oranı sizə verdim.

54

Püşklə ölkəni nəsilləriniz arasında bölün. Böyük nəslə böyük torpaq payı, kiçik nəslə kiçik torpaq payı verin. Kimin püşkünə nə çıxsa, qoy ora onun olsun. Paylarınızı atalarınızın qəbilələrinə görə irs alın.

55

Amma yerli əhalini qovmasanız, qalanlar böyrünüzü kol kimi dolayıb tikan kimi gözünüzə girəcək. Yaşadığınız ölkədə sizə əziyyət verəcək.

56

Mən də onlara nə etməyi düşünsəm, onu sizə edəcəyəm”».

Azerbaijan Bible 1878
Public Domain: 1878