|
|
|
|
Əhdi-Ətiq
|
|
Əhdi-Cədid
|
|
|
|
Azərbaycan Müqəddəs Kitab 1878
|
|
|
|
1 |
Rəbb Musaya belə dedi: |
2 |
«İsrail övladlarının qisasını Midyanlılardan al. Sonra isə ölüb öz xalqına qovuşacaqsan». |
3 |
Buna görə Musa xalqa belə dedi: «Aranızdan bəzi adamları silahlandırın ki, Midyanlılarla döyüşə çıxıb Rəbbin qisasını onlardan alsınlar. |
4 |
İsrail qəbilələrinin hər birindən döyüşə min nəfər göndərin». |
5 |
Beləliklə, İsrailin tayfalarından, hər qəbilədən min nəfər olmaqla döyüşə hazır on iki min nəfər seçildi. |
6 |
Musa hər qəbilədən min nəfəri kahin Eleazarın oğlu Pinxasla birlikdə döyüşə göndərdi. Pinxas özü ilə müqəddəs yerə aid bəzi əşyaları və işarə vermək üçün kərənayları götürdü. |
7 |
Onlar Rəbbin Musaya əmr etdiyi kimi Midyanlılarla döyüşüb bütün kişiləri qırdılar. |
8 |
Qırılanlar arasında Midyanın beş padşahı vardı: Evi, Reqem, Sur, Xur və Reva. Beor oğlu Bilamı da qılıncla öldürdülər. |
9 |
Sonra İsraillilər bütün Midyan qadınları ilə uşaqlarını əsir götürüb onların bütün naxır və sürülərini, bütün əşyalarını talan etdilər. |
10 |
Midyanlıların yaşadıqları bütün şəhərlərə, obalara od vurdular. |
11 |
İnsanları, heyvanları, bütün qəniməti, talan mallarını götürdülər. |
12 |
Əsirləri, qəniməti, talan mallarını İordan çayının şərqində, Yerixonun qarşısında, Moav düzənliyindəki düşərgədə olan Musa ilə kahin Eleazarın və İsrail övladlarının icmasının yanına gətirdilər. |
13 |
Musa, kahin Eleazar və icma rəhbərləri onları qarşılamaq üçün düşərgənin kənarına çıxdılar. |
14 |
Musa döyüşdən qayıdan sərkərdələrə – minbaşılara və yüzbaşılara qəzəblənib |
15 |
«Bütün qadınları nə üçün sağ saxladınız?» dedi. |
16 |
«Bunlar həmin qadınlardır ki, Bilamın verdiyi nəsihətə uyub Peor hadisəsində İsrail övladlarının Rəbdən dönməsinə səbəb oldular. Ona görə Rəbbin icması arasında vəba törəndi. |
17 |
İndi bütün oğlan uşaqlarını və kişi ilə yaxınlıq etmiş qadınları öldürün. |
18 |
Yalnız kişi ilə yaxınlıq etməmiş cavan qızları özünüz üçün sağ saxlayın. |
19 |
Aranızda kimisə öldürən yaxud meyitə toxunan hər kəs yeddi gün düşərgənin kənarında qalsın. Üçüncü və yeddinci gün özünüzü, həm də əsirlərinizi pak edin. |
20 |
Hər paltarı, dəridən, keçi tükündən və ağacdan düzələn nə varsa, hamısını pak edin». |
21 |
Bundan sonra kahin Eleazar döyüşdən qayıdan əsgərlərə dedi: «Rəbbin Musaya əmr etdiyi qanunun qaydası belədir. |
22 |
Qızılı, gümüşü, tuncu, dəmiri, qalayı, qurğuşunu, |
23 |
oda davamlı hər şeyi alovdan keçirin ki, pak sayılsın. Lakin paklama suyu ilə də paklansın. Oda davamsız şeyləri isə sudan keçirin. |
24 |
Yeddinci gün geyimlərinizi yuyun, onda pak olacaqsınız, sonra düşərgəyə girin». |
25 |
Rəbb Musaya dedi: |
26 |
«Sən, kahin Eleazar və icmanın nəsil başçıları ələ keçirilən insanları, heyvanları, talan mallarını sayın. |
27 |
Talan mallarını döyüşə çıxan igidlərlə icmanın qalan qismi arasında yarı bölün. |
28 |
Döyüşə gedən igidlərə düşən insan, mal-qara, eşşək, qoyun-keçi payından vergi olaraq beş yüzdə birini Rəbbə ayırın. |
29 |
Bu vergini igidlərə bölünən paydan götürüb Rəbbə ianə olaraq təqdim etmək üçün kahin Eleazara verin. |
30 |
O biri İsrail övladlarına düşən paydan insan, mal-qara, eşşək, qoyun-keçi və başqa heyvanlardan əllidə birini götürüb Rəbbin məskəninə cavabdeh olan Levililərə verin». |
31 |
Musa ilə kahin Eleazar Rəbbin Musaya əmr etdiyinə əməl etdilər. |
32 |
Döyüşə gedən igidlərin götürdüyü talan malından bu qənimətlər qalmışdı: 675 000 qoyun-keçi, |
33 |
72 000 mal-qara, |
34 |
61 000 eşşək, |
35 |
kişi ilə yaxınlıq etməmiş 32 000 qız. |
36 |
Bunların yarısı döyüşə gedən igidlərə pay düşdü: 337 500 qoyun-keçi, |
37 |
bunlardan Rəbbə vergi olaraq 675 qoyun-keçi verildi; |
38 |
36 000 mal-qara, bunlardan 72 mal-qara Rəbbə vergi olaraq ayrıldı; |
39 |
30 500 eşşək, bunlardan 61 eşşək Rəbbə vergi olaraq ayrıldı; |
40 |
16 000 nəfər, bunlardan 32 nəfər Rəbbə vergi olaraq ayrıldı. |
41 |
Musa Rəbbin ona əmr etdiyi kimi Rəbbə vergi olaraq ayrılanları kahin Eleazara verdi. |
42 |
Musanın döyüşə gedən igidlərdən ayırdığından İsrail övladlarına düşən payın yarısı bunlardır: |
43 |
İcmaya düşən yarı pay 337 500 qoyun-keçi, |
44 |
36 000 mal-qara, |
45 |
30 500 eşşək, |
46 |
16 000 insan. |
47 |
Rəbbin ona əmr etdiyi kimi Musa İsrail övladlarının payından hər əlli nəfərdən və heyvandan birini seçib Rəbbin məskəninə cavabdeh olan Levililərə verdi. |
48 |
Ordu bölmələrində hökm verən sərkərdələr – minbaşılar və yüzbaşılar Musanın yanına gedib dedilər: |
49 |
«Biz qulların hökm etdiyimiz döyüşçülərin sayını öyrəndik. Onlardan heç kim əskik deyildir. |
50 |
Ona görə də hər birimiz əldə etdiyimiz qızıl əşyaları – xalxalları, bilərzikləri, üzükləri, sırğaları, boyunbağıları təqdim olaraq Rəbbə gətirdik ki, Rəbbin önündə özümüz üçün kəffarə edək». |
51 |
Musa ilə kahin Eleazar qızılı və hər cür bəzək əşyalarını onlardan aldı; |
52 |
minbaşılardan və yüzbaşılardan Rəbbə ianə olaraq gətirdikləri qızıl cəmi 16 750 şekelağırlığında idi. |
53 |
Döyüşə gedən igidlərin hər biri özləri üçün talan edilmiş maldan götürmüşdü. |
54 |
Musa ilə kahin Eleazar minbaşılardan və yüzbaşılardan qızılı alıb İsrail övladları üçün Rəbbin önündə bir xatirə olaraq Hüzur çadırına gətirdilər. |
Azerbaijan Bible 1878 |
Public Domain: 1878 |