Müqəddəs Seçki
|
|
Əhdi-Ətiq
|
|
Əhdi-Cədid
|
|
|
|
Azərbaycan Müqəddəs Kitab 1878
|
|
|
|
1 |
Xudavənd Rəbb mənə belə bir görüntü göstərdi: budur, bir səbət yay meyvəsi gördüm. |
2 |
O məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir səbət yay meyvəsi”. Rəbb mənə dedi:“Xalqım İsrailin axır günü yetişib.Artıq onlardan əl çəkməyəcəyəm. |
3 |
Həmin gün saray nəğmələri fəryada çevriləcək.Meyit meyit üstə düşəcək, hər tərəfə atılacaq.Sonra sükut olacaq”.Xudavənd Rəbb belə bəyan edir. |
4 |
Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın! |
5 |
Deyirsiniz: “Təzə Ay mərasimi nə vaxt sona çatacaq ki, taxılı başqasına sataq? Şənbə günü nə vaxt qurtaracaq ki, buğdanı satışa qoyaq? Qoy ölçünü azaldaq, qiyməti də artıraq, aldadıcı tərəzi quraq. |
6 |
Qoy yoxsulları pula, möhtacları bir cüt çarığa satın alaq, buğdanın tör-töküntüsünü də sataq”. |
7 |
Yaqubun fəxri olan Rəbb belə and içmişdir: “Onların bütün işlərini heç vaxt unutmayacağam”. |
8 |
Bundan ötrü deyilmi ki, yer titrəyəcək, orada yaşayan hər kəs yasa batacaq? Bəli, bütün yer Nil çayı kimi qabaracaq, Misirdəki Nil çayı kimi coşandan sonra çəkiləcək. |
9 |
Xudavənd Rəbb bəyan edir:“Həmin gün günorta günəşi batıracağam,Yer üzündə gündüzü qaraldacağam. |
10 |
Bayramlarınızı yasa döndərəcəyəm,Bütün mahnılarınızı mərsiyəyə çevirəcəyəm.Hər kəsin belinə çul büründürəcəyəm,Hər başın saçını qırxdıracağam.Yeganə oğula yas tutulan kimiO günü sona qədər acı edəcəyəm”. |
11 |
Xudavənd Rəbb bəyan edir:“Budur, elə günlər gələcək ki,Ölkəyə qıtlıq göndərəcəyəm.Bu günlərdə çörək və suyun qıtlığı deyil,Rəbbin sözlərinin qıtlığı olacaq. |
12 |
İnsanlar Rəbbin sözünü axtaracaq.Dənizdən-dənizə,Şimaldan şərqə qədərSürətlə gəzib-dolaşacaqlar,Lakin onu tapmayacaqlar. |
13 |
Həmin gün gözəl qızlar, igid oğlanlarSusuzluqdan qəşş edəcəklər. |
14 |
Samariyanın bütlərə and içib‹Ey Dan, allahının haqqı!›,‹Beer-Şevaya gedən yol haqqı!› deyən adamlarYıxılacaq və bir daha qalxmayacaq”. |
Azerbaijan Bible 1878 |
Public Domain: 1878 |