Əhdi-Ətiq
Əhdi-Cədid
Azerbaijan Bible 1878
← 48

Yeremya 49

50 →
1

Ammon övladları barədə Rəbb belə deyir:«İsrailin övladları yoxmu?Onun varisi yoxmu?Elə isə nə üçün Milkom Qada sahib oldu?Niyə onun xalqı Qad şəhərlərində yaşayır?

2

Bu səbəbdən də o günlər gəlir ki,Ammon övladlarının Rabba şəhərinəDöyüş nərələri eşitdirəcəyəm»Rəbb belə bəyan edir.«Rabba bir xarabalıq qalağı olacaq,Qəsəbələri yandırılacaq.Beləcə İsrail onu torpağından qovanları qovacaq»Rəbb belə deyir.

3

«Nalə çək, ey Xeşbon,Çünki Ay şəhəri viran oldu.Fəryad edin, ey Rabba qızları,Çula bürünüb yas tutun.Divarlar arasında ora-bura qaçın.Çünki Milkom kahinləri və başçıları ilə birlikdəSürgünə gedəcək.

4

Vadilərlə nə üçün öyünürsən?Taqətin kəsilir,Ey dönük qız!Sən mal-dövlətinə güvənərək“Üstümə kim gələ bilər” deyirdin.

5

Ətrafında olanların hamısındanSənin üzərinə dəhşət gətirəcəyəm»Ordular Rəbbi Xudavənd belə bəyan edir.«Hamı o yan-bu yana qaçacaq,Qaçanları toplayan olmayacaq.

6

Ancaq bundan sonra sürgün olunanAmmon övladlarını geri qaytaracağam»Rəbb belə bəyan edir.

7

Edom barədə Ordular Rəbbi belə deyir:«Teman şəhərində müdriklik qalmadımı?Ağıllı adamların nəsihəti tükəndimi?Onların müdrikliyi söndümü?

8

Qaçın, arxaya dönün,Dərin mağaralarda gizlənin,Ey Dedanda yaşayanlar!Çünki Esavı cəzalandırdığım vaxtBaşına fəlakət gətirəcəyəm.

9

Əgər üzüm yığanlar sənin bağına gəlsəydi,Bir neçə salxımı saxlamazdılarmı?Gecə oğrular gəlsəydi,Yalnız istədiklərini oğurlamazdılarmı?

10

Amma mən Esavı çıl-çılpaq soyunduracağam.Onun gizli yerlərini aşkar edəcəyəm.Özü də gizlənə bilməyəcək,Övladları, qohum-qonşuları həlak olacaq,Özü də məhv olacaq.

11

Öz yetimlərini burax,Onları Mən yaşadaram.Dul qadınların da Mənə güvənsin».

12

Rəbb belə deyir: «Layiq olmayanlar da cəza kasası içmək məcburiyyətində ikən sənmi cəzasız qalacaqsan? Yox, cəzasız qalmayacaqsan, mütləq bu kasadan içəcəksən».

13

Rəbb bəyan edir: «Adım naminə and içirəm ki, Bosra xarabalığa çevriləcək, dəhşət, rüsvayçılıq, viranəlik və lənətə düçar olacaq. Bütün şəhərləri əbədi olaraq viran qalacaq.

14

Rəbdən bir xəbər eşitdim:Millətlər arasına göndərdiyi qasid“Edoma hücum etmək üçün yığılıbDöyüşə hazırlaşın!” deyir.

15

Bax səni millətlər arasında kiçildəcəyəm,İnsanlar sənə xor baxacaq.

16

Ey sən qaya çatları arasında məskən salan,Təpələrin başını əldə saxlayan!Saldığın dəhşət və ürəyinin qüruru səni aldatdı.Yuvanı qartal kimi yuxarılarda qursan da,Səni oradan endirəcəyəm»Rəbb belə bəyan edir.

17

«Edom dəhşət hədəfi olacaq,Oradan keçən hər kəsBütün yaralarından ötrüHeyrət içində ona fit çalacaq».

18

Rəbb deyir:«Sodomla Homorranı və ətrafındakı kəndləriNecə dağıtdımsa,Orada da kimsə yaşamayacaq,O yerdə bəşər oğlu sakin olmayacaq.

19

Budur, aslan İordan çayının kənarındakı sıx meşədənYaxşı sulanan otlağa qalxdığı kimiMən də Edomluları bir anda öz yurdundan qovacağam.Seçib ona rəhbər qoyacağım adam kimdir?Mənim kimisi varmı?Mənimlə dava edən,Mənim qabağımda duran bir çoban varmı?»

20

Buna görə də Rəbbin Edoma qarşı fikrini,Temanda yaşayanlara qarşı məqsədini eşidin:Sürünün ən kiçikləri də sürgün ediləcək,Xalqına görə Edom otlaqlarıSəhraya çevriləcək.

21

Dağılmalarının gurultusundanYer üzü titrəyəcək.Qışqırıqlarının səsiQırmızı dənizədək eşidiləcək.

22

Düşmən qartal kimi qalxıb üstünə cumacaq,Bosra üzərində qanadlarını gərəcək.O gün Edom döyüşçülərinin ürəyiDoğuş ağrısı çəkən qadının ürəyi kimi olacaq.

23

Bu sözlər Dəməşq barədədir:«Xamat və Arpad utanacaq,Çünki pis xəbər eşidibRuhdan düşdülər.Sakit durmayan dəniz kimiCoşub narahat oldular.

24

Dəməşq əldən düşdü,Qaçmağa üz qoydu,Onu vahimə bürüdü.Doğan qadın kimiOnu sancı və ağrı tutdu.

25

Necə oldu ki, Məni sevindirən,Şöhrətli şəhər tərk edilmədi?

26

Buna görə də cavanlarıMeydanlarında həlak olacaq.O gün bütün döyüşçüləri susdurulacaq»Ordular Rəbbi belə bəyan edir.

27

«Dəməşqin divarlarına od salacağam,Ben-Hadadın saraylarını yandırıb məhv edəcək».

28

Babil padşahı Navuxodonosorun məğlub etdiyi Qedar və Xasor padşahlıqları barədə Rəbb belə deyir:«Qalxın Qedara hücum edin,Şərq xalqını məhv edin.

29

Onların çadırlarını və sürüləriniƏllərindən alacaqlar,Çadır pərdələri, bütün əşyaları və dəvələriGötürülüb aparılacaq.Onlara “Hər tərəfdən dəhşət!”Deyib bağıracaqlar.

30

Ey Xasorda yaşayanlar,Qaçın, uzaqlaşın,Dərin mağaralarda gizlənin»Rəbb belə bəyan edir.«Çünki Babil padşahı NavuxodonosorSizin barənizdə bir fikrə gəldi,Sizə qarşı tədbir tökdü.

31

Qalxın qayğısız və asayiş içində yaşayanXalqın üzərinə hücum edin»Rəbb belə bəyan edir.«Onların şəhər darvazaları və sürgüləri yoxdur,Xalqı da özbaşına buraxılıb.

32

Dəvələri qarət ediləcək,Saysız sürüləri qənimət kimi aparılacaq.Kəkillərini qırxanlarıDörd tərəfə səpələyəcəyəm.Hər yandan başlarına fəlakət gətirəcəyəm»Rəbb belə bəyan edir.

33

«Xasor çaqqal yuvasına,Əbədi viranəliyə çevriləcək.Orada kimsə yaşamayacaq,O yerdə bəşər oğlu sakin olmayacaq».

34

Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində Rəbb Yeremya peyğəmbərə Elam barədə bu sözləri nazil etdi:

35

«Ordular Rəbbi belə deyir:“Baxın Elamın kamanını,Əsas qüvvələrini sındıracağam.

36

Elam üzərinə göylərin hər tərəfindənDörd küləyi gətirəcəyəm,Xalqını dörd tərəfə səpələyəcəyəm.Elamdan sürgün olunanlarınAralarına getmədiyi bir millət qalmayacaq.

37

Düşmənlərinin qarşısında,Canını almaq istəyənlərin önündəElamı dəhşətə salacağam.Başlarına fəlakət gətiribŞiddətli qəzəbimi yağdıracağam”Rəbb belə bəyan edir.“Onları tamamilə yox edənə qədərArxalarınca qılınc göndərəcəyəm.

38

Elamda taxtımı quracaq,Elam padşahı ilə başçılarını məhv edəcəyəm”Rəbb belə bəyan edir.

39

“Ancaq gələcəkdəElamdan sürgün olunanları geri qaytaracağam”Rəbb belə bəyan edir».

Azerbaijan Bible 1878
Public Domain: 1878