Əhdi-Ətiq
Əhdi-Cədid
Azərbaycan Müqəddəs Kitab 1878
← 46

Yeremya 47

48 →
1

Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu:

2

«Rəbb belə deyir:“Budur, şimaldan sular qalxır,Onlar sel kimi daşacaq,Ölkənin və oradakı hər şeyin,Şəhərin və orada yaşayanların üstünə axacaq.İnsanlar fəryad edəcək,O ölkədə yaşayanların hamısı nalə çəkəcək.

3

Ayğırlarının yeri döyən dırnaqlarının səsindən,Döyüş arabalarının vəlvələsindən,Təkərlərinin gurultusundanƏlləri taqətdən düşdüyü üçünAtalar dönüb oğullarına baxmır.

4

Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir.Sur və Sidona yardım edə bilən,Sağ qalan hər kəs yox ediləcək.Rəbb Kaftor sahilindən gələnFiliştlilərin sağ qalanlarını həlak edəcək.

5

Qəzzə saçını yolacaq,Aşqelon susdurulacaq.Ey düzənliklərində sağ qalanlar,Nə vaxta qədər bədənlərinizi yaralayacaqsınız?

6

‹Ey Rəbbin qılıncı,Nə vaxt sakitləşəcəksən?Qınına dön, dayan və sakit ol!› deyəcəksiniz.

7

Rəbb əmr etdiyi haldaQılınc necə susa bilər?Rəbb onu oraya – Aşqelona,Dəniz sahilinə qarşı göndərdi”».

Azerbaijan Bible 1878
Public Domain: 1878